Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

Məktəbin qarşısındakı biabırçı hadisənin təfərrüatı bilindi

Məktəbin qarşısındakı biabırçı hadisənin təfərrüatı bilindi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Quba rayonunda 1994-cü il təvəllüdlü Məhəmməd keçmiş həyat yoldaşı Ləmana (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin mayın 23-də rayonun kəndlərindən birində baş verib. Məhəmməd həmin gün saat 16 radələrində kənddə yerləşən ictimai yer hesab edilən orta məktəbin qarşısında  Ləman ilə mübahisə edib. Aralarında yaranmış mübahisə zamanı digər vətəndaşlara məhəl qoymayaraq onların qorxu və narahatlığına səbəb olub ictimai qaydanı kobud surətdə pozub. Mübahisə zamanı Ləmanın bədən nahiyyələrinə bir neçə dəfə yumruqla zərbələr endirib, onun sağlamlığının qısa müddətə pozulmasına səbəb olub. 
Məhəmmədin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Məhəmməd ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Ləman onun keçmiş arvadıdır, onlar bir müddət əvvəl rəsmi qaydada boşanıblar: “Mayın 23-də, saat 15 radələrində kənd orta məktəbində gözətçi işləyən atamın yanına getdim. Atama sözümü deyərək getmək istəyən zaman keçmiş həyat yoldaşım Ləman məktəbin həyətinə daxil oldu, ünvanıma nalayiq söyüşlə söyüb təhqir etdi. Əsəbləşərək Ləmanın üstünə getmək istədim. Amma Ləmanın atası mənə yaxınlaşdı, məni itələdi. Mən də yerə yıxıldım. Sonra ayağa qalxaraq oradan uzaqlaşdım”.
Zərərçəkmiş Ləmanın sözlərinə görə, boşanmalarına baxmayaraq keçmiş əri Məhəmməd daim onu narahat edib: “Mayın 23-də, təxminən saat 15 radələrində Məhəmməd zəng edərək “mən məktəbə gedim, uşaqları öldürəcəm" dedi. Spirtli içkinin təsiri altında olduğunu hiss etdim və uşaqların müəllimi Səmayəyə zəng etdim və “müəllimə Məhəmməd birdən gəlib, uşaqları götürmək istəsə, uşaqları ona vermə" dedim. Sonra evdən çıxaraq məktəbə getdim. Atama da zəng edərək bu barədə bildirdim. Məktəbin həyətinə girərək uşağı götürmək istəyən zaman Məhəmməd arxadan gəldi və mənim bədənimin müxtəlif nahiyyələrindən yumruqla vurdu. Mən aldığım zərbənin təsirindən yerə yıxıldım. Bu zaman atam gələrək Məhəmmədi kənara itələdi. Lakin Məhəmməd yenidən qalxaraq ünvanıma nalayiq ifadələr işlətdi, hücum edərək təpiklə yenidən ayaq nahiyyəmdən vurdu. Ətrafa toplaşmış insanlar bizi ayırdıqdan sonra atam ilə birlikdə uşaqları götürərək yaşadığım evə getdik”.
Quba Rayon Məhkəməsinin hökmü ilə Məhəmməd 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində Quba rayonu inzibati ərazi hüdudlarını tərk etməsi, həmçinin bu müddətdə hər gün yaşayış yerini saat 23:30-dan növbəti gün saat 06:00-dək tərk etməsi qadağan olunub. 
Bundan başqa, ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri tapşırılıb. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Fevral 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see333

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see270

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see262

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see260

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see241

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see239

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see237

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see234

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see227

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see224

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see222

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see216

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see215

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see201

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see200

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see194

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see187

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see182

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see171

​Bomba təhdidinə görə 300 məktəb təxliyyə edilib İtaliyada şok olay

11 Noyabr 2026 19:35see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri