Bakı Astara yolunda ölümlə nəticələnən hadisənin təfərrüatı
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
Bakı-Astara magistral avtomobil yolunun 8-ci kilometrliyində baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı bəzi təfərrüatlakr məlum olub.
Modern.az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, bu gün səhər saatlarında Bakı-Astara magistral yolunda "Ford" markalı yük avtomobili yanmağa başlayıb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin və Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşları hadisə yerinə köməyə gəliblər.
Yanğının söndürülməsi zamanı faciə baş verib. Belə ki, qarşı tərəfdən gələn "Mercedes‑Benz Atego" markalı yük avtomobili yanğını söndürməyə çalışan FHN əməkdaşlarını vurub.
Hadisənin yanan maşından yayılan tüstü dumanı səbəbindən baş verdiyi bildirilir.
Dövlət Yanğından Mühafizə Xidmətinin Şirvan Şəhər Yanğından Mühafizə Dəstəsinin əməkdaşı, 1984-cü il təvəllüdlü Hakim Şahlar oğlu Piriyev hərəkətdə olan yük avtomobilinin vurması nəticəsində ölüb.
O, Neftçala rayonunun Şorkənd kənd sakini idi.
Hadisə zamanı Salyan Rayon Yanğından Mühafizə Hissəsinin əməkdaşı 1989-cu il təvəllüdlü Elşən İnsanağa oğlu Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Salyan rayonunun Xocalı kənd sakinidir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:177
Bu xəbər 21 Fevral 2026 12:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















