Icma.az
close
up
RU
“Bakı şəhərində mənzil qiymətləri ağlasığmaz dərəcədədir, hətta Avropanın paytaxt şəhərlərindəki qiymətlərdən də bahadır”

“Bakı şəhərində mənzil qiymətləri ağlasığmaz dərəcədədir, hətta Avropanın paytaxt şəhərlərindəki qiymətlərdən də bahadır”

Bizimyol saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycanda yeni tikilən binalarda mənzil problemi qismən həll olunsa da, rahat yaşayış və idarəetmə problemləri davam edir. Bu problemlərin əsas səbəbi tikinti şirkətlərinin yaratdığı MTK-ların (mənzil-tikinti kooperativləri) qanunvericiliyə zidd olaraq binaların idarəçiliyini uzun müddət əlində saxlamasıdır.

Mənzil Məcəlləsinin 109-cu maddəsinə görə, MTK-lar yalnız müvəqqəti yaradılır və bina istismara verildikdən 1 ay ərzində ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə (MMMC) çevrilməlidir.

112.1-ci maddəyə əsasən, pay haqqını tam ödəyən şəxs MTK-dan çıxaraq mülkiyyət hüququnu əldə edə bilər.

İnzibati Xətalar Məcəlləsinin 393-1-ci maddəsi MTK-ların vaxtında ləğv edilməməsinə görə cərimə nəzərdə tutur (vəzifəli şəxslər üçün 2000 AZN, hüquqi şəxslər üçün 5000 AZN).

MTK-ların mənzil qiymətlərinə təsir edən əsas iqtisadi amillər hansılardır?MTK-ların fəaliyyətində şəffaflıq və hesabatlılıq necə təmin oluna bilər?

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalına iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, mənzil bazarı tələb və təkliflə tənzimlənir.

Natiq Cəfərli

“Süni qiymət anlayışı tənzimlənən qiymətlərə aiddir. Məsələn; benzinin qiyməti 1 manat 10 qəpik müəyyənləşdirilibsə və kimsə bunu artırırsa, bu müdaxilə artıq süni qiymət artımıdır.

Mənzil bazarı tələb və təkliflə tənzimlənir. MTK-ların fəaliyyətində şəffaflıq təbii ki, yoxdur. Bundan başqa onların maya dəyərinə təsir göstəriləsi gözlə görünən amillər var, görünməyən amillər var. Gözlə görünən tikinti materiallarının qiymətləridir. Tikinti ərazisinin, torpağın, texniki şərtlərin qiymətidir. Amma görünməyən amillər də var. Ölkədə 10-dan çox hökumət qurumu var ki, tikintiyə nəzarət funksiyası var. Onların yoxlamaları, mədəni şəkildə desək, nəzarət istiqamətləri bəzən əlavə xərclərə də gətirib çıxarır. Təbii ki, bu da Azərbaycanda qiymətin formalaşmasına təsir edən amillərdir. Bir həqiqət var ki, əsasən Bakı şəhərində mənzil qiymətləri hədsiz və ağlasığmaz dərəcədə bahadır. Bakının mərkəzində qiymətlər Avropanın paytaxt şəhərlərinin qiymətlərindən də bahadır. Bu, anlaşılan və doğru deyil”-deyə Natiq Cəfərli qeyd edib.

Günel Həsənova, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:67
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 20 Noyabr 2025 21:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see343

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see246

Enso Mareskanın Çelsi dən ayrılmasının səbəbi bəlli olub

03 Yanvar 2026 09:44see217

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see209

İranın silahlı qüvvələri hara zərbə endirəcəklərini dəqiq bilirlər Abbas Əraqçi

03 Yanvar 2026 10:23see203

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see187

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see185

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see160

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see158

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see157

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see146

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see144

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see141

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see139

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see139

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see139

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see137

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see134

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see132

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri