Icma.az
close
up
RU
WUF13 dan əvvəl “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

WUF13 dan əvvəl “Bakı şəhərsalma həftəsi” təşkil ediləcək

Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

11–17 may tarixlərində Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ərəfəsində paytaxtımızında “Bakı şəhərsalma həftəsi” təşkil olunacaq. Bakı şəhərinin müxtəlif məkanlarında eyni anda silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur.

Əməliyyat Şirkətindən APA-ya verilən məlumata görə, ölkə səviyyəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının kulminasiya nöqtəsi olan “Bakı şəhərsalma həftəsi” dövlət qurumlarını, şəhərsalma mütəxəssislərini, akademik dairələri, mədəniyyət nümayəndələrini, gənc innovatorları və geniş ictimaiyyəti bir araya gətirəcək.

Bildirilib ki, həftə çərçivəsində keçiriləcək tədbirlər şəhərin müxtəlif məkanlarını, o cümlədən, tarixi abidələri, mədəni irs nümunələrini və müasir şəhərsalma həllərinin tətbiq olunduğu məkanları əhatə edəcək.

Qeyd edilib ki, tədbirlər silsiləsi qlobal müzakirələrin Bakının unikal şəhərsalma kontekstinə uyğunlaşdırılmasını, eləcə də şəhər sakinləri və xarici qonaqların bu müzakirələrdə yaxından və fəal iştirak etmələri üçün imkanların yaradılmasını hədəfləyir.

"Bakı şəhərsalma həftəsi geniş ictimaiyyət üçün açıq platforma kimi nəzərdə tutulub və dörd əsas istiqamət üzrə təşkil olunacaq.

“Fənlərarası Şəhər Dialoqu” çərçivəsində konfranslar, panel müzakirələri və ekspert görüşləri vasitəsilə yerli və beynəlxalq tərəfdaşlar arasında bilik və təcrübə mübadiləsi aparılacaq.

“Urban İnnovasiya Laboratoriyası” innovativ ideyaların real şəhərsalma həllərinə çevrilməsinə dəstək verəcək.

“Urban Marşrutlar” istiqaməti tematik gəzinti marşrutları vasitəsilə Bakının inkişaf mərhələlərini əks etdirən məkanların kəşfini təmin edəcək.

“Urban Mədəniyyət və İncəsənət” istiqaməti isə şəhərsalma mövzularının incəsənət vasitəsilə ifadəsini təşviq edəcək.

“Bakı şəhərsalma həftəsi”nin proqramı, iştirak və qeydiyyat qaydaları barədə məlumatlarla linkə keçid etməklə tanış ola bilərsiniz.

“Bakı Şəhərsalma Həftəsi” müvafiq dövlət qurumları, akademik və tədqiqat institutlarının iştirakı ilə geniş institusional tərəfdaşlıq formatında həyata keçiriləcək", - məlumatda deyilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://apa.az
archiveBu xəbər 08 May 2026 16:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin Rusiyadakı yanacaq böhranında yeni bir “günahkar” tapdı..?

24 Avqust 2026 18:13see385

Azər Qəribovun evində toy olacaq Foto

24 Avqust 2026 23:49see298

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see297

Paşinyan üçünü təsdiqlədi, birinin adını çəkmədi “Ermənistan əraziləri deyil”

24 Avqust 2026 14:49see272

Matçın favoriti “Sabah”dır Hapoel in baş məşqçisi

24 Avqust 2026 19:21see236

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see227

Dam örtükləri seçərkən ən çox edilən 6 səhv

24 Avqust 2026 13:10see225

Xırdalan Bakı qatarının hərəkət cədvəli niyə dəyişib? Açıqlama

24 Avqust 2026 19:16see225

Ceyhun Bayramov: Bakı və Daşkənd arasında əməkdaşlıq dinamikası artır

24 Avqust 2026 13:23see222

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see196

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see183

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see177

Dünyanın ən gözəl qızının indiki halı FOTOLAR

24 Avqust 2026 20:41see174

Çox şanslı olacaq BÜRCLƏR Onların xüsusi dövrü BAŞLAYIR

25 Avqust 2026 00:02see169

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see168

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see167

Azərbaycanın SOCAR şirkəti Özbəkistanda yanacaqdoldurma məntəqələri şəbəkəsi açmağı planlaşdırır

24 Avqust 2026 13:22see163

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see158

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see151

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see150
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri