WUF13 lə bağlı Bakı Şəhərsalma Həftəsi çərçivəsində “Şəhərin səsi” tədbiri keçiriləcək
Icma.az bildirir, Apa.az portalına istinadən.
Mayın 16-da Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) ərəfəsində keçirilən Azərbaycan Şəhərsalma Kampaniyasının tərkib hissəsi olan “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Şəhərin Səsi” tədbiri keçiriləcək.
Əməliyyat Şirkətindən APA-ya verilən məlumata görə,“Şəhərin səsi” tədbiri çərçivəsində memarlıq və şəhərsalma mövzuları musiqi, rəqəmsal incəsənət, kino irsi və müasir yaradıcı ifadə vasitələri ilə təqdim olunacaq.
Bildirilib ki, tədbirin məkanı olan Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası müasir audiovizual incəsənət mərkəzinə çevriləcək. Tədbir zamanı Bakının qədim yaddaşının və yaradıcı enerjisinin müasir bədii yanaşma ilə vəhdətini əks etdirən rəqəmsal proyeksiyalar canlanacaq, fərqli canlı vizual nümayişlər keçiriləcək, divar rəsmi konsepti və qraffiti elementləri sərgilənəcək. Məkanın dinamik abu-havası isə elektron musiqi və DJ çıxışları ilə tamamlanacaq.
Qeyd olunub ki, “Şəhərin səsi” tədbiri 16 mayda saat 19:30-da başlayacaq .
Tədbirə giriş sərbəstdir, iştirak isə əvvəlcədən qeydiyyat əsasında mümkün olacaq. Tədbirdə iştirak etmək istəyənlər qeydiyyat formasını dolduraraq müraciət edə bilərlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 14 May 2026 18:18 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















