Icma.az
close
up
RU
Bakı təhlükə altındakı əcnəbiləri qurtardı ANALİZ

Bakı təhlükə altındakı əcnəbiləri qurtardı ANALİZ

Sherg.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İrandakı böhranda Azərbaycan xilasedici rolundadır


Azər Allahverənov: “Azərbaycana edilən təşəkkürlər insani rezonansın göstəricisidir”



Azərbaycanın İrandakı mürəkkəb və təhlükəli vəziyyət fonunda sərgilədiyi mövqe həm regional sabitlik, həm də humanizm prinsiplərinə sadiqliyinin bariz nümunəsidir. Ölkəmiz sadəcə diplomatik və siyasi neytrallıq nümayiş etdirməklə kifayətlənmir, eyni zamanda çətin şəraitdə olan digər ölkələrin vətəndaşlarının təhlükəsizliyinə real dəstək göstərir.

Azərbaycan hökumətinin İranda qalmış Rusiya, Belarus, Tacikistan, Qırğızıstan və digər ölkələrin vətəndaşlarına quru sərhədlər vasitəsilə ölkəmizə keçid imkanı yaratması humanist və təqdirəlayiq qərardır. Bu addım təkcə texniki və logistik dəstək deyil, eyni zamanda beynəlxalq humanitar məsuliyyətin yerinə yetirilməsidir. Müraciət edən ölkələrin vətəndaşlarının təhlükəsiz şəkildə təxliyəsi üçün Azərbaycanın səfərbər olması onun etibarlı tərəfdaş və sabitlik adası kimi mövqeyini bir daha təsdiqləyir. Xüsusilə, Rusiya Xalq artisti Fyodr Bondarçukun da daxil olduğu 51 nəfərlik mədəniyyət heyətinin və digər əcnəbilərin Azərbaycandan keçməklə vətənlərinə geri qaytarılması ölkəmizin qlobal miqyasda məsuliyyətli və güvənilən dövlət statusunun təzahürüdür.

Millət vəkili Elçin Mirzəbəylinin də qeyd etdiyi kimi, Azərbaycan bu humanist missiyanı konkret xalqların və ölkələrin mənafeyindən öz maraqları üçün istifadə etmədən həyata keçirir. Bu, Azərbaycanın beynəlxalq münasibətlərdə balanslı, ədalətli və insan mərkəzli mövqe tutduğunu göstərir: “Hazırkı mürəkkəb geosiyasi şəraitdə Azərbaycan həm təhlükəsiz dəhliz, həm də humanitar körpü kimi çıxış edərək, regionda sülhün və əməkdaşlığın qorunmasında mühüm rol oynayır. Bu yanaşma, Azərbaycanın beynəlxalq aləmdə “orta güc” statusuna uyğun məsuliyyət daşıyan aktor olduğunu bir daha nümayiş etdirir”.


Millət vəkili, Avrasiya Miqrasiya Təşəbbüsləri Platforması" İctimai Birliyinin sədri və Miqrasiya Əməkdaşlıq Platformasının rəhbəri Azər Allahverənov da “Sherg.az”a açıqlamasında bildirib ki, İranda baş verən son hadisələr nəticəsində yaranmış böhranlı vəziyyət, bu ölkədə yaşayan çoxsaylı əcnəbi vətəndaşlar üçün ciddi təhlükə yaradıb.  Deputatın sözlərinə görə, bölgədə sabitliyin pozulması və hava məkanının təhlükəsiz olmaması səbəbindən bir çox ölkələr öz vətəndaşlarının təxliyəsini quru yollarla həyata keçirmək məcburiyyətində qalıb: 

“Belə bir məqamda Azərbaycana edilən müraciətlərə operativ reaksiya verilməsi və İrandan təxliyələrin təhlükəsiz şəkildə reallaşdırılmasına dəstək göstərilməsi mühüm humanitar jest kimi dəyərləndirilməlidir. Azərbaycanın atdığı bu addım ilk növbədə beynəlxalq hüquq normalarına, humanitar prinsiplərə və qonşuluq münasibətlərinə sadiqliyinin bariz göstəricisidir. Xarici ölkə vətəndaşlarının Azərbaycan ərazisinə quru sərhəd vasitəsilə keçidinə imkan yaradılması həm təhlükədə olan insanların həyatının qorunmasına xidmət edir, həm də ölkəmizin sülh və insanpərvərlik siyasətinə sadiqliyini nümayiş etdirir. Bu kontekstdə Azərbaycanın rolu təkcə tranzit ölkə funksiyası daşımır, həm də regional sabitliyə, beynəlxalq həmrəyliyə və humanitar dəyərlərə bağlılığın nümunəsinə çevrilir. Azərbaycan bu prosesdə təkcə logistik dəstək göstərmir, həm də geosiyasi həssaslıq fonunda yüksək mənəvi məsuliyyət daşıyır. Təxliyə edilən əcnəbi vətəndaşların sosial media üzərindən Azərbaycana təşəkkür etmələri, paylaşımlarında duyduqları minnətdarlığı ifadə etmələri bu addımın necə böyük insani rezonans doğurduğunu bir daha sübut edir”.


A. Allahverənovun fikrincə, Azərbaycanın bu humanist mövqeyi eyni zamanda ölkənin beynəlxalq imicinə də mühüm töhfə verir: 

“Göstərilən yardımın sırf insani motivlərlə həyata keçirilməsi, siyasi və ya iqtisadi maraqlardan uzaq olması beynəlxalq ictimaiyyət tərəfindən də yüksək qiymətləndirilir. Belə məqamlarda sərgilənən davranışlar ölkələrin reputasiyasının formalaşmasında açar rol oynayır. Azərbaycanın bu addımı onun regionda sabitlik, əməkdaşlıq və humanist dəyərlər uğrunda çıxış edən məsuliyyətli aktor olduğunu bir daha nümayiş etdirdi”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:289
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 İyun 2025 10:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see530

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see287

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see280

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see276

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see269

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see268

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see262

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see255

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see237

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see234

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see234

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see230

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see221

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see220

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see220

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see213

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see211

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see210

Restoran biznesi çökür 700 minlik iddia

24 Oktyabr 2026 14:11see208

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri