Icma.az
close
up
RU
Bakı Tehran: 2 dəhliz, 1 hədəf razılaşması

Bakı Tehran: 2 dəhliz, 1 hədəf razılaşması

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Ortaq faydaya yönələn qonşuluğun alternativi yoxdur

Azərbaycan–İran münasibətləri son aylar yeni dinamizm qazanıb. Mövcud situasiyanın mərkəzində həm siyasi, həm iqtisadi müstəvidə mühüm layihələr dayanır. Zəngəzur dəhlizi (TRIPP) və Araz dəhlizinin gələcəyi bölgənin logistika xəritəsini dəyişəcək əsas vektorlar kimi gündəmin önəmli mövzularındandır. İki ölkə arasında əlaqələrin intensivləşməsi konkret infrastruktur layihələri, enerji və ticarət sazişlərində özünü göstərir. Regionda böyük oyunçuların maraqları fonunda Bakı və Tehranın əməkdaşlığı balanslaşdırıcı amil rolunu oynayır, Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasına töhfə verir.

Bu məqamda Baş nazirin müavini Şahin Mustafayevin rəhbərlik etdiyi nümayəndə heyətinin sentyabrın 22-də Tehrana səfəri xüsusi əhəmiyyət daşıyırdı. Səfər proqramdakı İran Prezidenti Məsud Pezeşkianın qəbulundan tutmuş, Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani və yol və şəhərsalma naziri, İran–Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiqlə müzakirəyədək bütün görüşlər qarşılıqlı etimad və strateji əməkdaşlıq atmosferində keçdi. Pezeşkian aydın şəkildə bəyan etdi ki, İslam dünyasının liderləri və yüksək səviyyəli rəsmilər arasındakı iradə və qətiyyət nəticəsində bədxahların səyləri heç bir nəticə verməyəcək. Bu ifadə, əslində, həm regiondakı təxribatçı mərkəzlərə mesaj, həm də Tehran–Bakı xəttində yeni mərhələnin siqnalı kimi dəyərləndirilə bilər.                                               

İran Prezidenti iki ölkə arasında dərin mədəni və dini ortaq dəyərlərə söykənən münasibətlərin siyasi, iqtisadi və mədəni sahələrdə genişləndirilməsi niyyətini vurğuladı. O, cari ildə Azərbaycana iki səfərinin müsbət nəticələrinə toxunaraq, mövcud imkanlardan maksimum istifadə edilməsinin hər iki dövlətin maraqlarına xidmət edəcəyini bildirdi. Burada diqqət çəkən məqam Pezeşkianın İran–Azərbaycan münasibətlərini ölkəsinin xarici siyasət prioritetlərindən biri kimi təqdim etməsi oldu. Bu, Tehranın Cənubi Qafqazda Bakı ilə əməkdaşlığı strateji baxımdan ön plana çəkdiyini göstərir. İran  Prezidenti vəzifəsinin icrasına başladığı gündən, yəni ötən il iyulun 28-dən etibarən Bakı–Tehran əlaqələrinin yüksək səviyyədə olmasına çalışıb. Məsud Pezeşkian iki ölkə arasında münasibətlərin sərhəd qonşuluğundan daha yaxın hesab etdiyini dəfələrlə bildirib: “Bizim münasibətlərimiz yeni başlamış münasibətlər deyil. Biz qədim dövrlərdən üzü bəri həmişə bir yerdə olmuşuq. Tarixin lap qədim dövrlərindən birlikdə, yan-yana olmuşuq. Sərhəd qonşuluq deməkdir, evlərin qonşuluğu kimi. Qonşuların həyəti var, evi var. Lakin onların bir-birinin arasında gediş-gəliş olur. Bir-birinə dayaq durarlar, kömək edərlər, səsinə səs verərlər”. 

Aprel ayında ölkəmizə ilk rəsmi səfəri zamanı İran Prezidenti Məsud Pezeşkianın səsləndirdiyi bu fikirlər münasibətlərin bütün maneələrə baxmayaraq daim müsbət istiqamətə aparılmalı olduğunu deməyə əsas verir.

***

Son vaxtlar kənar qüvvələr tərəfindən ortaya atılan və mübahisə yarada biləcək mövzu Zəngəzur dəhlizi (TRIPP) məsələsi idi. Lakin İran Prezidenti Məsud Pezeşkian 8 avqust Vaşinqton Bəyannaməsindən sonra verdiyi açıqlamada qətiyyətlə bildirdi: “Zəngəzur dəhlizi (TRIPP) ətrafında anlaşılmazlıq və ya spekulyasiyaya ehtiyac yoxdur”. Eyni zamanda, Pezeşkian İran mediasında məsələnin şişirdildiyini qeyd edərək dəhlizin İran üçün təhlükə yaratmadığını bildirib. Keçən ay Pezeşkianın Ermənistana rəsmi səfəri zamanı əsas müzakirə mövzularından biri məhz bu oldu. İrəvanda İran rəsmilərinə Vaşinqtonda keçirilən üçtərəfli görüşdə Prezident Pezeşkian və Xarici İşlər Naziri Abbas Əraqçı İranın narahatlıqlarının Ermənistan rəhbərliyi tərəfindən aradan qaldırıldığı barədə məlumatın, lazımi izahların verildiyini bildiriblər. Tehranın əsas narahatlığı sərhədlərin dəyişməzliyi, Ermənistanın suverenliyi və hüquqi-siyasi məsələlərlə bağlı idi. Vaşinqton görüşündə bütün məsələlər nəzərə alınıb və narahatlığa əsas qalmayıb. Bəli, ABŞ-ın TRIPP-də mümkün iştirakı hələ də Tehranın diqqət mərkəzindədir. Fəqət bu, Ermənistan və ABŞ ilə bağlı məsələyə aiddir, Azərbaycana yönəlmiş deyil.

Mövcud şəraitdə Zəngəzur dəhlizinin “əkizi”, İranla daha bir “fayda körpüsü” hesab olunan Araz dəhlizinin əhəmiyyəti get-gedə artır. Tranzit marşrutların şaxələndirilməsi, kommunikasiya xətlərinin genişləndirilməsi və regional logistika şəbəkəsinin möhkəmləndirilməsi üçün bu dəhliz vacibdir. İranın yol və şəhərsalma naziri, İran–Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın həmsədri Fərzanə Sadiqlə görüş zamanı Araz dəhlizi üzrə Ağbənd–Kəlalə körpüsünün tikintisinin gələn ilin fevralında başa çatmasının, Kəlalə–Culfa yolunun genişləndirilməsinin vəziyyəti ilə bağlı məlumat verilib. Araz dəhlizi üzrə İranda magistral yolun tikintisinin başa çatdırılması üçün təxminən 241 milyon dollar vəsait lazımdır. Dəhliz üzrə sərhədboyu magistral yolun uzunluğu 107 kilometrdir. Onun 58 kilometri Naxçıvanla paralel sərhəd, 47 kilometri isə Ermənistanla paralel sərhəddədir. Araz dəhlizi iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi üçün olduqca vacibdir. Azərbaycan Prezidenti İlham Əliyev “Əl-Ərəbiyə” kanalına verdiyi müsahibədə bu dəhlizin Şərq–Qərb marşrutunun tərkib hissəsi olmaqla yanaşı, Şimal–Cənub xəttinin də strateji elementi olduğunu vurğulayıb: “...Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olanda biz İran Hökuməti ilə yenə də hökumətlərarası razılığa gəldik ki, İran ərazisində əlavə yol çəkiləcək və o, Araz çayının adı ilə – “Araz dəhlizi” adlanacaq. Azərbaycan Ermənistandan yan keçmək üçün Araz çayı üzərində körpünün tikintisinə xeyli vəsait yatırıb. Xəritəyə baxsanız, bunun çətin olmadığını görəcəksiniz... Bu, təkcə Azərbaycanla Azərbaycan arasında deyil, təkcə Şərqlə Qərb arasında deyil, həm də Şimalla Cənub arasında bağlantıdır”.                       

Ümumi mənzərə onu göstərir ki, Bakı və Tehran qarşılıqlı etimad əsasında yeni mərhələyə qədəm qoyur. Zəngəzur dəhlizi (TRIPP) və Araz dəhlizinin gələcəyi ilə bağlı Tehran–Bakı dialoqu regionun logistika arteriyalarını sinxronlaşdırmaq potensialına malikdir. Bu görüşlər həm də geosiyasi rəqabətin kəskinləşdiyi bir dövrdə Azərbaycan–İran münasibətlərini sabitləşdirici amil kimi ön plana çıxarır.

İndi əsas sual budur: Bakı və Tehran qarşıdakı aylar ərzində əldə olunmuş razılaşmaları praktik müstəviyə keçirə biləcəkmi və Zəngəzur–Araz dəhlizləri regional geosiyasətdə real inteqrasiyanın nümunəsinə çevriləcəkmi? Bu sualın cavabı Cənubi Qafqazın gələcək xəritəsini müəyyən edəcək.

Məsiağa MƏHƏMMƏDİ, 
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçisi

Zəngəzur və Araz dəhlizlərinin açılması Cənubi Qafqazın logistika xəritəsini dəyişdirəcək və bu marşrutları Şimal–Cənub dəhlizinin strateji hissəsinə çevirəcək. Bu, həm İran ərazisindən Fars körfəzinə, həm də Azərbaycan və Ermənistan üzərindən Rusiyaya, Avropaya və digər istiqamətlərə çıxış imkanları yaradır. Şahin Mustafayevin son səfərində Araz çayı üzərində körpü və yol layihəsi müzakirələrin mərkəzində olub və hər iki ölkənin prioritet gündəliyinə daxil edilib. İran bölgədə digər güclər kimi öz təsirini artırmağa çalışır, amma hökumətin konstruktiv yanaşması göstərir ki, Bakı ilə münasibətlər əməkdaşlıq formatında davam etdirilə  bilər. Azərbaycan tərəfi də bu xəttə sadiq qalaraq, Tehranla dialoqu ən yüksək səviyyədə dəstəkləyir.

İranda daxili siyasi mübarizənin dəhliz məsələlərinə təsiri qalmaqdadır. Pezeşkianın mövqeyində ciddi dəyişiklik ehtimalı az görünür, son kadr dəyişiklikləri diqqət çəkir. Xüsusilə, keçmiş spiker Əli Laricaninin İran Ali Rəhbərinin təhlükəsizlik məsələləri üzrə xüsusi vəzifəyə təyin edilməsi Tehranın siyasətinə əlavə sabitlik gətirir. Laricani ilk müsahibəsində Zəngəzur dəhlizi ilə bağlı suala cavabında dəhlizin İran üçün təhlükə yaratmadığını və Ermənistan tərəfindən zəmanət verildiyini açıqladı.

Bəzi radikal dairələrin Azərbaycana qarşı səsləndirdiyi iddialara da Laricani açıq mövqe sərgiləyib. O, İran–İsrail müharibəsi dövründə Azərbaycanın İsrailə yardım etməsi ilə bağlı yayılan fikirlərin sübuta yetirilmədiyini, indiyədək heç bir sənəd və faktın təqdim olunmadığını bildirib. Bu, məsələnin daha çox daxili siyasi auditoriyaya hesablanmış ritorika olduğunu göstərir.

Tacir SADIQOV 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Sentyabr 2025 03:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Ermənistanı Rusiyanın siyasi orbitindən tamamilə çıxarmağa çalışır

25 May 2026 17:14see377

Dəmir Yolları əhaliyə xidmət göstərir, ya imtiyazdan istifadə edir? KONKRET

25 May 2026 13:29see214

Braziliya prezidenti radioterapiya kursuna başladı

25 May 2026 23:41see189

“Bu məsələdə ABŞ rəhbərliyi vacibdir”

26 May 2026 00:47see185

Yastığın yuxuya təsiri

26 May 2026 00:12see181

“Molla Nəsrəddin” jurnalının irsi Ürəklərinin qanı ilə yazılan sözün 120 illik məktəbi FOTO

25 May 2026 14:28see178

Tramp razılaşdıq deyir, Tehran isə ... Açıqlamalar

25 May 2026 14:33see171

Dövlətçilik tariximizin qürur günü

25 May 2026 15:44see169

Bakı sakini: Əminəm ki, gələcəkdə ölkəmiz təbii qazla yanaşı dünya bazarına alternativ enerji də ixrac edəcək

25 May 2026 18:28see169

Real Holannla bağlı planlar qurur

26 May 2026 04:15see168

Yağışlı hava ilə bağlı XƏBƏRDARLIQ

25 May 2026 18:23see165

Tbilisidə Röya Ayxan coşğusu!

27 May 2026 03:20see162

Alyona Əliyeva: Evinizə bolluq, bərəkət və ruzi dolu günlər arzulayıram

27 May 2026 01:19see161

Bakıda nəqliyyat sıxlığı kifayət qədər ciddi problemdir və getdikcə artır

25 May 2026 20:05see161

Apellyasiya məhkəməsi Azər Qasımlı ilə bağlı qərar verdi

25 May 2026 20:28see161

Dandan İlham Əliyevə məktub: Sizi ölkəmə dəvət edirəm!

25 May 2026 20:56see159

Zehni və sinir sisteminizi necə gücləndirmək olar..?

26 May 2026 20:49see157

Naxçıvanda qəzada xəsarət alan şəxslərdən biri xəstəxanada ölüb

26 May 2026 00:31see157

Azərbaycanla Rusiya arasında kritik görüş

26 May 2026 00:09see157

Zelenski elan etdi: Müharibə bu tarixdə başa çatacaq!

26 May 2026 07:00see152
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri