Icma.az
close
up
RU
Menu

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

Bu meyvələrin qabığını yemək olarmı?

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

Gündə 50 qramdan artıq yemək zərərlidir

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

Bakı Tehran münasibətlərində yeni fürsətlər

Bakı Tehran münasibətlərində yeni fürsətlər

Icma.az, Yeniazerbaycan portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bəzi “müşavir”lərin dedikləri ölkəmiz üçün heç bir önəm daşımır

Azərbaycanın çoxvektorlu xarici siyasət kursunda region dövlətləri ilə sıx əlaqələrin qurulması xətti xüsusi yer tutur. Prezident İlham Əliyev dəfələrlə əsaslandırıb ki, hansısa bir ölkənin qonşulardan təcrid olunmuş şəkildə inkişafı mümkün deyil. Dövlət başçısı tərəfindən müəyyənləşdirilən bu strateji xəttə uyğun olaraq Azərbaycan indiyədək işğalçı Ermənistan istisna olmaqla, bütün qonşu dövlətlərlə yüksək səviyyəli münasibətlər qurmağa nail olub ki, bu sırada cənub qonşumuz İran da var.

“O, mənim kimi eyni qanı daşıyır”

Bir sıra ölkələr arasında qurulan əlaqələr hansısa keçici maraqlara əsaslanır və təbii ki, burada uzunömürlü münasibətlərdən danışmaq mümkün deyil. Azərbaycan və İranın münasibətləri isə vazkeçilməz siyasi, iqtisadi məqamlara əsaslanmaqla yanaşı,  həm də tarixi bağlara söykənir. Coğrafiya yaxın olduğu kimi, Azərbaycan və İran xalqlarının keçdikləri yolda da oxşarlıqlar çoxdur. Tarixi əlaqələr, etiqad birliyi, mədəni köklər, milli-mənəvi dəyərlər, xalqların həyat tərzindəki oxşarlıqlar və bu kimi digər cəhətlər dostluğumuzun möhkəm və etibarlı olmasına, necə deyərlər, təbii təminatlar yaradır. İki xalq arasında qohumluq, ailə münasibətləri var ki, bu da dövlətlərarası əlaqələrə güclü impuls verir.

Azərbaycan - İran əlaqələrindən bəhs edərkən münasibətlərimizə xələl gətirmək istəyən müəyyən qüvvələrin olduğu reallığı da yaddan çıxarılmamalıdır. Azərbaycanın və İranın yerləşdiyi coğrafiyada ayrı-ayrı güc mərkəzlərinin maraqları toqquşur. Xüsusilə resurslarla zəngin olması, Asiya ilə Avropa arasında mühüm nəqliyyat bağlantılarının üzərində yerləşməsi bu coğrafiyanın cəlbediciliyini atırır. Bütün bu kimi reallıqlar nəzərə alınmaqla ayrı-ayrı güc mərkəzlərinin  regionda maraqlarının daha çox təmin olunması uğrunda açıq və yaxud gizli marafona qoşulduqları fikrini tam cəsarətlə ifadə edə bilərik. Region dövlətləri, o cümlədən də Azərbaycanla İran arasında ixtilaflar yaradılması da həmin güclərin ssenarilərinə daxildir. Təəssüf doğuran haldır ki, elə İran daxilində də bu ölkənin Azərbaycanla münasibətlərinin rəvan qaydada inkişafını istəməyən bədxahlar var. Ancaq İranda son seçkilərdə hakimiyyətə Prezident Məsud Pezeşkianın timsalında mühafizəkarlığa qarşı duran, islahatlara meylli, müasir düşüncəli insanlar gəliblər. Məsud Pezeşkian İranın region dövlətləri ilə münasibətlərinin yeni yol xəritəsini bəyan edib. Onun baxışları mühafizəkar yanaşmalardan tamam fərqlidir.

Yeni Prezidentin Azərbaycana münasibəti isə xüsusi özəlliyi ilə fərqlənir. O, dövlət başçısı seçildikdən sonra aprel ayında respublikamızda işgüzar səfərdə olub. Bundan sonra isə ikinci dəfə İqtisadi Əməkdaşlıq Təşkilatının azad Xankəndidə baş tutan Zirvə görüşünə qatılıb. Məsud Pezeşkianın böyük nümayəndə heyəti ilə Azərbaycana işgüzar səfərə gəlməsi, səfər çərçivəsində iki ölkə arasında çoxsaylı sənədlərin imzalanması, dövlət başçılarının mətbuata verdikləri bəyanatlarda və digər tədbirlərdə ifadə etdikləri fikirlər mühüm bir reallığı ortaya qoyur: Hər iki tərəf qarşılıqlı münasibətlərin dərinləşməsinə güclü siyasi iradə nümayiş etdirir.

Qeyd etmək yerinə düşər ki, Məsud Pezeşkian azərbaycanlıdır. O, respublikamızda səfərdə olarkən prezidentlər eyni dildə təmaslar qurublar, tərcüməçiyə ehtiyac qalmayıb. Pezeşkian İranda müxtəlif auditoriyalar qarşısında Azərbaycan poeziyası ilə bağlı biliklərini nümayiş etdirir və bundan qürur duyduğunu da gizlətmir. Prezident İlham Əliyev bu günlərdə Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində İran Prezidentinin milli kimliyinə diqqət çəkərək “O, mənim kimi eyni qanı daşıyır” fikrini ifadə edib.  “Bu, həqiqətən də yaxşı fürsətdir. Düşünürəm ki, bizim şəxsi münasibətlərimiz və onun administrasiyası ilə mənim administrasiyam arasında münasibətlər çox konstruktiv, çox mehribandır”, - deyə dövlətimizin başçısı vurğulayıb.

İranda Zəngəzur dəhlizinə (Tramp marşrutuna) münasibətdə haçalanan mövqelər

Hazırda dünyada cərəyan edən hadisələr fonunda bizim coğrafiyamıza diqqət heç vaxt olmadığı qədər atıb. Bunun əsas səbəblərindən biri də regionun Avrasiyada qitələr arasında təhlükəsiz və iqtisadi cəhətdən səmərəli bağlantılar yaratmaq imkanlarıdır. Məlumdur ki, beş il bundan əvvəl Azərbaycan Zəngəzur dəhlizi ideyasını gündəmə gətirib. Bu dəhliz qalib Azərbaycanın əsas hissəsi ilə blokadada qalmış Naxçıvan arasında bağlantı yaratmaqla yanaşı, indiki həssas məqamda qitələr arasında etibarlı kommunikasiya əlaqələri qurmaq baxımından da müstəsna önəm daşıyır. Müharibədən sonrakı beş ildə yeni dəhlizin yaradılması ilə bağlı fürsətlər itirilsə də, bir qədər bundan əvvəl Vaşinqtonda Donald Trampın şahidliyi ilə aparılan müzakirələrdə Zəngəzur dəhlizinin (TRIPP marşrutu) yaradılması ilə bağlı mühüm razılaşma əldə olunub. Təəssüf ki, bəzi region dövlətləri bunu qısqanclıqla qarşılayıblar. O cümlədən qonşu İranın Vaşinqtonda əldə olunan razılaşmaya  münasibətdə mövqeyi haçalanır. Sözsüz ki, Vaşinqtonda Zəngəzur dəhlizi (TRIPP marşrutu) ilə bağlı aparılan müzakirələrdə region dövlətlərinin də maraqları nəzərə alınıb. Burada hər hansı bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirilməsindən söhbət belə gedə bilməz.  Buna görə də Prezident Məsud Pezeşkian və İranın Xarici İşlər Nazirliyi yeni marşrutun açılmasına qarşı çıxmırlar və onu dəstəklədiklərini ifadə edirlər. “İran Zəngəzur dəhlizinin açılmasını bölgədəki ölkələrin ərazi bütövlüyünə xələl gəlmədiyi təqdirdə dəstəkləyir”, - deyə Məsud Pezeşkian bildirib. O vurğulayıb ki, marşrutda İranın bu qeydləri də nəzərə alınıb: “Marşrut mövcud sərhədləri qoruyur, nəqliyyat əlaqəsini təmin edir və Avropa və şimala tranzitə mane olmur”.

İran hakimiyyətinin hərbi-dini qanadı isə Zəngəzur dəhlizi ilə bağlı radikal çıxışlar, bəyanatlar səsləndirir. ABŞ-da məlum razılaşma əldə olunduqdan sonra İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) rəsmi kanallarında Qafqaz regionu ilə bağlı hərbi təhdid xarakterli mesajlar yayıb. Paylaşımlarda İran və Rusiya əsgərlərinin təsviri fonunda Ermənistan xəritəsi, Zəngəzur dəhlizi (TRIPP marşrutu) və regiondakı strateji nəqliyyat xətləri əks olunub.

Eyni zamanda, İranın ali rəhbərinin baş müşaviri Əli Əkbər Vilayəti avqustun 8-də keçirilən Vaşinqton görüşündə imzalanmış Birgə Bəyannamə ilə bağlı sərt mövqeyini açıqlayıb. O, Zəngəzur dəhlizinin “Tramp marşrutu” kimi açılmasının İranın maraqlarına zidd olduğunu iddia edib və ərazinin ABŞ-ın icarəsində ola bilməyəcəyini vurğulayıb.

Zəngəzur dəhlizi (Tramp marşrutu) ideyasının müəllifi olan və onun yaradılmasına güclü siyasi iradə ortaya qoyan Azərbaycan İranın rəsmi dairələrinin - Prezidentin və Xarici İşlər Nazirliyinin mövqeyini əsas tutur. Qonşu ölkədən yeni marşrutla bağlı gələn ən sağlam yanaşma da elə budur. İrandakı bəzi dırnaqarası müşavirlərin dediklərinin ölkəmiz üçün heç bir önəm daşımadığını bildirən Prezident İlham Əliyev vurğulayıb: “Beləliklə, bizim üçün hər şey aydındır. Prezidentin mövqeyi tamamilə məntiqlidir və ona əsaslanır ki, Zəngəzur dəhlizi heç bir halda İran üçün təhlükə deyil”.

Onu da vurğulamaq yerinə düşər ki, Azərbaycanın təşəbbüsü əsasında İran üzərindən də paralel yol çəkilir. Bu marşrut isə “Araz dəhlizi” adlanır. Hazırda layihənin icrası intensiv şəkildə davam etdirilir. Beləliklə, Transxəzər marşrutu (Orta dəhliz) Azərbaycan ərazisində şaxələnəcək - qollardan biri Ermənistan, digəri isə İran üzərindən keçəcək. Zəngəzur dəhlizinin İran üçün önəmi həm də onunla şərtlənir ki, yeni bağlantı qonşu ölkədə dəmir yolu xəttinin inşasının illərlə ləngiməsi səbəbindən zəif fəaliyyət göstərən Şimal - Cənub marşrutunun funksionallığının artmasına öz müsbət təsirini göstərəcək. Belə ki, mövcud dəmir yolu xətti vasitəsilə İranın da Zəngəzur dəhlizinə (Tramp marşrutuna) qoşulmaq imkanı yaranacaq.

Mübariz FEYİZLİ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 29 Avqust 2025 11:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rəhman Mustafayev: Azərbaycan dövlətlərin suverenliyi və ərazi bütövlüyü prinsiplərini daim dəstəkləyir

09 Sentyabr 2026 21:37see282

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see277

Rəhman Mustafayev Bakı və Moskva münasibətlərinin inkişafı üçün yeni imkanları açıqladı

09 Sentyabr 2026 21:17see274

İsrailin Müdafiə Nazirindən SƏRT BƏYANAT: Təhlükəsizlik zonasını tərk etməyəcəyik

10 Sentyabr 2026 01:23see257

Bu meyvələrin qabığını yemək olarmı?

10 Sentyabr 2026 02:06see256

Rafinya: “Mövsümə belə başlamaq inam verir”

10 Sentyabr 2026 01:56see253

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see251

Çində ölümlə nəticələnə biləcək təhlükəli virusun yeni mutasiyası aşkarlanıb

10 Sentyabr 2026 06:30see247

Mingəçevirdə çarəsiz qalan ata: 1 yaşlı övladımın müalicəsinə kömək edin VİDEO

09 Sentyabr 2026 21:16see242

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see238

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see230

Pəhrizdə 20 faiz sevdiyiniz qidalara yer ayıra bilərsiniz Həkimdən AÇIQLAMA

10 Sentyabr 2026 09:12see226

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see219

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see210

AZAL təyyarəsi ilə bağlı bütün məsələlər tamamilə həll olunub Rəhman Mustafayev

09 Sentyabr 2026 20:28see208

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see205

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see203

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see197

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see181

Üzüm və Şərab Festivalının əyləncə proqramı açıqlanıb

09 Sentyabr 2026 21:40see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri