Icma.az
close
up
RU
Bakı Tehran münasibətlərində nə dəyişəcək?

Bakı Tehran münasibətlərində nə dəyişəcək?

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın Bakıya gerçəkləşdirdiyi rəsmi səfər iki ölkə arasında münasibətlərin gələcək inkişafı baxımından diqqətçəkən hadisə kimi qiymətləndirilir.

Məhz Azərbaycana İran arasında imzalanan sənədlər, verilən bəyanatlar Tehran-Bakı əlaqələrində konstruktiv və qarşılıqlı anlaşmaya əsaslanan yeni mərhələnin başlaya biləcəyinə işarə edir.

Bu səfər təkcə protokol xarakterli deyil, eyni zamanda regionda dəyişən geosiyasi reallıqlar fonunda İran-Azərbaycan münasibətlərinin gələcək konturlarını müəyyənləşdirə biləcək strateji addım kimi dəyərləndirilir.

Məsələ ilə bağlı "Cebheinfo.az"-a açıqlama verən deputat Aydın Mirzəzadə bildirib ki, İran liderinin Azərbaycana səfəri iki ölkə arasındakı münasibətlərdə yeni və daha yüksək bir mərhələnin başlanğıcıdır:

“Hazırkı İran siyasi rəhbərliyi hesab edir ki, Azərbaycanla yaxşı münasibətlərin qurulması ilk növbədə İranın öz maraqlarına xidmət edir. Azərbaycan isə heç vaxt anti-İran kampaniyalarına qoşulmayıb, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan verməyib və daim mehriban qonşuluq siyasətinə sadiq qalıb.

Bakı hər zaman İranla münasibətlərdə qarşılıqlı hörmət və əməkdaşlıq prinsiplərinə əsaslanan mövqe nümayiş etdirib. Lakin zamanla İran tərəfindən, həm siyasi dairələrdən, həm də rəsmi səviyyədə Azərbaycana qarşı təzyiqlər və ölkəmizin maraqlarına zidd bəyanatlar müşahidə olunub. 

Son dövrlərdə, xüsusilə Vətən müharibəsindən sonra İranın Azərbaycana münasibətində müəyyən dəyişikliklər hiss olunur. Bu dəyişikliklər Azərbaycan səfirliyinə qarşı törədilmiş terror aktından sonra daha aydın şəkildə özünü göstərdi və İran rəsmiləri ölkəmizə qarşı ritorikalarını yumşaltmağa başladılar".

Millət vəkili vurğulayıb ki, son zamanlar İran rəsmilərindən nə Azərbaycanın milli maraqlarına, nə də ölkəmizin suverenliyinə toxunan sərt açıqlamalar eşidilmir:

"Əksinə, İran Prezidenti Azərbaycana səfəri zamanı strateji sahələrdə əməkdaşlıqda maraqlı olduqlarını bildirdi, Azərbaycan Prezidentinə uzaqgörən siyasətinə görə təşəkkür etdi. Bu, qonşu dövlətin Azərbaycanla sağlam münasibətlər qurmaq istədiyini göstərir.

Azərbaycan bu niyyəti qəbul edir. Səfər zamanı imzalanan sənədlər və səsləndirilən bəyanatlar da onu göstərir ki, iki ölkə münasibətlərində yeni bir mərhələyə qədəm qoyulub. Əlbəttə, gələcəkdə bu münasibətlərin real nəticələrini konkret addımlarda görəcəyik.

Azərbaycan tərəfi İranla yaxşı qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə hazırdır və oxşar münasibətlərin də İran tərəfindən nümayiş etdiriləcəyini gözləyir".

Səbinə Uğur
"Cebheinfo.az"

Açar sözlər: Bakı Tehran münasibət Aydın Mirzəzadə

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:133
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 29 Aprel 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ING: Neftin 10 dollar bahalaşması Azərbaycanın ixracını ÜDM in 2 4% i həcmində artıra bilər

15 Oktyabr 2026 15:39see348

Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? DOSYE

15 Oktyabr 2026 13:55see316

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? Video

16 Oktyabr 2026 00:21see300

AQEM in zirvə görüşü Azərbaycana nə vəd edir?

15 Oktyabr 2026 13:04see243

Rumıniya TEGoVA toplantısının Bakıda keçirilməsi təşəbbüsünü dəstəkləyib

15 Oktyabr 2026 10:19see238

GEROPHARM Avstriyada uşaqlarda piylənmənin tirzepatidlə müalicəsinə dair dünyada ilk məlumatları təqdim edib (Foto)

15 Oktyabr 2026 14:54see238

2026 da istehsal edilən neftin həcmi AÇIQLANDI

15 Oktyabr 2026 10:52see217

Bəzi insanların riyyaziyyatı bilməmə səbəbi QAVRAMA FƏRQİ NƏDİR?

15 Oktyabr 2026 04:29see202

AL: Beşiktaş 3 xalı 3 qolla qazandı YENİLƏNİB

16 Oktyabr 2026 00:53see195

Qubanın iki kəndinin adı dəyişdirildi QƏRAR

15 Oktyabr 2026 19:19see190

Azərbaycanda ən yaxşı təcrübələr İnklüziv məşğulluq məsələləri nəzərdən keçirilib

15 Oktyabr 2026 13:43see189

Maştağa xəstəxanasında iynələri pasiyentlərin özlərinə aldırırlar?

15 Oktyabr 2026 19:50see184

Demokratik dövlətin dünyəvi məktəbi, millətin isə yeganə ortaq məkanı!

15 Oktyabr 2026 20:10see180

® Energetiklərə 3 faizədək endirimli, komissiyasız kredit fürsəti

15 Oktyabr 2026 17:26see178

Parisdə turizm təqdimatı

16 Oktyabr 2026 00:22see175

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see171

Amerikalı aktrisa Hilari Suonk 52 yaşında 3 cü dəfə ana olacaq

16 Oktyabr 2026 00:14see166

Dünya Bankı Qrupu Azərbaycana 100 mln. dollara yaxın özəl kapital cəlb edib

16 Oktyabr 2026 10:06see161

Fuad Abdullayev: Bakı məhkəməsinin Nürnberq Tribunalı ilə müqayisəsi mühüm hüquqi və siyasi mesajdır

15 Oktyabr 2026 21:02see148

Telegram da YENİLİK: “Xəbərlər” bölməsi yaradılacaq

15 Oktyabr 2026 18:23see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri