Icma.az
close
up
RU
Tehran Bakı münasibətlərində yeni xətt DETALLAR

Tehran Bakı münasibətlərində yeni xətt DETALLAR

Icma.az, Tribuna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“12 günlük müharibədən sonra Tehran diplomatik aktivliyini artıraraq, qonşu ölkələrlə, xüsusilə Azərbaycanla münasibətləri yenidən qurmağa başlayıb”.

Tribunainfo.az xəbər verir ki, unu İranın PANA saytı yazıb.
Məqalədə deyilir ki, Azərbaycanın neytral mövqe tutması və açıq şəkildə İranla dostluq münasibətlərinə sadiq olduğunu bəyan etməsi, iki ölkə arasında gərginliyin azalmasına səbəb olub.
Yerli ekspertlər hesab edirlər ki, İranın faktiki yanaşması köhnə mövzulardan çıxarılan nəticələrə əsaslanır. Belə ki, Tehran indiyə qədər Azərbaycanla bir sıra məsələlərdə doğru yanaşma sərgilmədiyinin fərqindədir. Elə bu səbəbdən də Tehran yanaşmaları dəyişərək, Azərbaycanla daha sıx əməkddaşlığa başlamağı hədəf seçib.
Müşahidəçilər bunun bəzi detallarını da qeyd ediblər. Astarada Azad İqtisadi Zonanın yaradılması ilk addımdır. Bundan sonra Azərbaycanla sərhəddə yerləşən əyalətlərin iş adamları ilə Azərbaycan arasında sıx əməkdaşlıq və ticarət əlaqələrinə start verilləcək. Yüklərin daha asan və vergisiz olmaqla daşınması üçün Astara AİZ-in olması şərtdir.
İkinci məqam, Zəngilan-Culfa avtomobil və dəmiryolunun inşasıdır. Məlum olan budur ki, Təbrizdən Culfaya yeni yol salınıb. Culfa-Zəngilan yolunun inşası isə başa çatmaq üzrədir. Bunun ardından dəmiryolunun inşası prosesi başlayacaq və artıq tərəflərin razılığı da ortadıdır.
Üçüncü məqam, İran Güney Azərbaycan şəhərlərinin bəzi ehtiyaclarını qarşılamasını istəyir. Məsələn, Ərdəbil, Astara, Biləsuvar və Təbriz şəhərlərinin elektrik enerjisinə olan təchizatının Bakıya həvalə edilməsi müzakirə mövzusuddur. Məlumdur ki, Azərbaycan və İran artıq vahid elektrik şəbəkəsinə malikdirlər və razılıq rəsmiləşərsə, bunu həyata keçirmək elə də çətin olmayacaq.
Eyni zamanda, İran Təbrizdəki ən iri neftyarıma zavodunun xammalını Azərbaycandan almağı planlaşdırır. Rəsmi Tehran bildirib ki, onlar zavodun xam neftlə təchiz edilməsi üçün hər il təkcə, 116 milyon dollar yolxərci çəkirlər. Həmin pula qənaət edərək, Azərbaycandan neft alınmasının daha sərfəli olduğunu qeyd edirlər. Bu, Azərbaycanın İranın daxili bazarında güclənməsi üçün yaxşı vasitələrdən biri olacaq.
İran həmçinin anlamağa başlayıb ki, Azərbaycan Şimal-Cənub dəhlizinin əsas fiqurlarından biridir. Tehran onu da başa düşür ki, Bakı ilə pis münasibətlər bu marşrutun bağlanmasına səbəb ola bilər. Bu isə Rusiya ilə logistikanın kəsilməsi deməkdir. Ona görə də, yeni yanaşma sərgilməkdən başqa yolu qalmadığının fərqindədir.
Digər məqamlar da var ki, onlar siyasi məsələləri əhatə edir. Məsələn, birgə diplomatiya, beynəlxalq təşkilatlarda əməkdaşlıq və sairə. İran hesab edir ki, Azərbaycanla daha çox yaxınlıq, bir sıra məsələlərin neytrallaşmasına gətirib çıxaracaq. Xüsusən də İsraillı bağlı narahatlıqlar aradan qalxacaq. Artıq Tehranın siyasi dairələrində etiraf edirlər ki, məhz yanlış siyasətləri səbəbindən Azərbaycanı İsraillə indiki səviyyədə əməkdaşlığa məcbur buraxıblar. Yəni, lazım olan şəkildə davranışların sərgilənməməsi Bakını Tel Əvivə yönəlməyə məcbur edib.
Görünən odur ki, İran Azərbaycanla bağlı yanaşmasını dəyişməyə başlayıb. Artıq yeni xəttin ilkin konturları da görünəkdədir. Lakin Tehran nə qədər bu yolu davam etdirəcək? Çünki bu ölkədə Azərbaycana xüsusi düşmənçilik bəsləyən qüvvələr var. Onların neytrallaşdırılması Pezeşkian hökuməti tərəfindən reallaşdırala biləcəkmi? Bunlar sual olaraq hələ ki, qalır.

Fərda Uğur

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:253
embedMənbə:https://tribunainfo.az
archiveBu xəbər 10 İyul 2025 12:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see384

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see293

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see271

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see258

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see255

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see248

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see244

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see243

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see237

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see228

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see217

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see206

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see204

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see203

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see202

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see201

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see201

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see191

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri