Bakı tennis turnirində qaliblər müəyyənləşib VİDEO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bakıda keçirilən “ITF Juniors J30 Baku” beynəlxalq tennis turnirinin qalibləri bəlli olub.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Bildirilib ki, yarışda oğlanlar və qızlar arasında fərdi və qoşa kateqoriyalar üzrə mükafatçılar müəyyənləşib.
Oğlanların fərdi mübarizəsində Filip Smirnov birinci, Yakov Mazin isə ikinci yeri tutub. Qızların fərdi yarışında Vladislava Slelina birinci, Yevgeniya Sklyar isə ikinci olub.
Oğlanların qoşa yarışında Filip Smirnov və Yakov Mazin tandemi birinci pilləyə yüksəlib, Runmaan Maneş və Yonatan Şaqas ikilisi isə ikinci yeri tutub.
Qız cütlüklərin mübarizəsində Polina Korelova və Vasilisa Marçenko birinci olub, Yeva-Vlada Anitsina-Ciqurda və Safiya Urazalina dueti isə turniri ikinci sırada başa vurub.
Qeyd edək ki, turnir Bakı Tennis Akademiyasında təşkil olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:104
Bu xəbər 02 İyun 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















