Icma.az
close
up
RU
Bakı tərəfdaşlığın inkişafında maraqlıdır

Bakı tərəfdaşlığın inkişafında maraqlıdır

Yeniazerbaycan portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-cı iclası keçirilib

Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərində daim beynəlxalq hüququn norma və prinsiplərinə, qarşılıqlı hörmət və bərabərhüquqluluq əsasında qurulan əməkdaşlığa üstünlük verir. Bu mövqe imzalanan sənədlərdə, diplomatik danışıqlarda və parlamentlərarası münasibətlərdə ardıcıl şəkildə əksini tapıb.

Ölkəmizlə Avropa İttifaqı arasında mövcud olan tərəfdaşlıq münasibətləri bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir. Ötən əsrin 90-cı illərindən başlayan bu münasibətlərin dinamikası zaman-zaman fərqli olub. Aİ-nin qonşuluq siyasətinə etdiyi düzəlişlər fonunda müşahidə edilən geosiyasi dəyişikliklər Brüssel-Bakı xəttində də bir sıra yeniliklərə səbəb olmaqdadır. Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində də  vacib rol oynayır.

Münasibətlərdə yeni səhifə

Yeri gəlmişkən, qeyd edək ki, mayın 22-də Brüsseldə Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun 6-cı iclası keçirilib. İclasa Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Avropa İttifaqının Xarici Fəaliyyət Xidmətinin baş katibinin müavini Olof Skug həmsədrlik ediblər. İclasın yekunu olaraq Avropa İttifaqı tərəfindən yayılan bəyanatda deyilir ki, Azərbaycanla Aİ xarici siyasət və təhlükəsizlik məsələləri, o cümlədən enerji və nəqliyyat əlaqələri sahələrində əməkdaşlığın dərinləşdirilməsi potensialı üzrə müntəzəm fikir mübadiləsini davam etdirmək barədə razılığa gəliblər. Qeyd olunub ki, tərəflər Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, o cümlədən qarşılıqlı maraq doğuran xarici siyasət və təhlükəsizlik məsələləri ətrafında səmimi və konstruktiv fikir mübadiləsi aparıblar. Onlar son yüksək səviyyəli təmasları alqışlayıblar və tərəflərin ikitərəfli münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu nümayiş etdiriblər.

Etibarlı enerji təchizatçısı

“Aİ regional əməkdaşlığın mühüm rolunu, Azərbaycan isə Aİ-nin ən böyük ticarət tərəfdaşı olduğunu bir daha təsdiqləyib. Aİ enerji təhlükəsizliyi çərçivəsində Azərbaycandan etibarlı qaz tədarükünün vacibliyinə diqqət çəkib. Aİ-Azərbaycan tərəfdaşlıq və əməkdaşlıq Sazişinə uyğun ikitərəfli əməkdaşlığın bütün istiqamətlərində işlərin aparılmasının zəruri olduğu vurğulanıb. Azərbaycan COP29-un ev sahibi kimi bərpa olunan enerjinin artırılmasına dair öhdəlik və ambisiyalarını xatırladıb.  Azərbaycan işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində Aİ-nin dəstəyinə görə minnətdarlığını ifadə edib. Aİ yenidənqurma işlərini asanlaşdıra biləcək alətləri tədqiq etməyə hazır olduğunu bildirib. Azərbaycan Avropa Sülh Fondu ilə rəsmi sorğusunu bir daha bəyan edib”, - deyə bildirilib. Vurğulanıb ki, görüş iştirakçıları Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində növbəti addımları da müzakirə ediblər.

Xatırladaq ki, Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası ötən il iyunun 13-də Brüsseldə keçirilmişdi. Həmin toplantıda da Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq fikir mübadiləsi aparılmışdı.

Ümumiyyətlə, Azərbaycan milli maraqları çərçivəsində Avropa İttifaqı ilə əməkdaşlığa böyük önəm verir. Bu gün Azərbaycanla qarşılıqlı əməkdaşlığa əsaslanan tərəfdaşlıq münasibətlərinin davam və inkişaf etdirilməsi Aİ üçün xüsusi əhəmiyyət daşıyır. Çünki Cənubi Qafqaz regionunun güc mərkəzi kimi çıxış edən, mühüm geostrateji üstünlüklərə malik olan Azərbaycanla əməkdaşlıq siyasi və iqtisadi perspektivlər nöqteyi-nəzərindən önəmli dividendlər vəd edir.

Nəzərə alaq ki, Azərbaycan Avropa İttifaqının 9 üzvü ilə strateji tərəfdaşlıq haqqında sənəd imzalayıb. Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini bərpa etməsi ilə bütövlükdə regionumuzda yeni vəziyyət yaranıb. Bu baxımdan yeni mərhələdə Azərbaycanla Avropa İttifaqı arasında tərəfdaşlıq münasibətləri bütövlükdə regionumuz üçün önəmlidir. Avropa İttifaqının Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Azərbaycana ötən ay reallaşan səfəri də müsbət dəyərləndirilə bilər. Xanım Kallasın səfəri və səfər zamanı dövlətimizin başçısı ilə görüşü Azərbaycan-Aİ əlaqələrində dönüş nöqtəsi kimi dəyərləndirilməlidir. Bundan əlavə, Tiranada Avropa Siyasi Birliyinin növbəti sammiti çərçivəsində Aİ Şurasının prezidentinin və Avropa Komissiyası rəhbərinin Prezident İlham Əliyevlə görüşü də Avropa İttifaqının Azərbaycana verdiyi önəmin göstəricisidir.

Azərbaycan Avropanın 10 ölkəsinə qaz ixrac edir 

Avropa İttifaqının qaz və neft idxalından asılılığı kontekstində Azərbaycan faktiki olaraq enerji resurslarının azsaylı etibarlı təchizatçılarından birinə çevrilib və Cənub Qaz Dəhlizinin öz rolunu artırmaq imkanları getdikcə artır. Hazırda daha çox Avropa dövləti Azərbaycan qazının tədarükünə maraq göstərir. Bu gün ölkəmizə yaxın regionlarda davam edən qeyri-sabit vəziyyət Avropanın enerji bazarında hökm sürən qeyri-müəyyənlik də Azərbaycanın strateji əhəmiyyətini daha da artırmaqla yanaşı, etibarlı enerji mənbəyi statusunu da gücləndirib. Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində ölkəmiz enerji təhlükəsizliyi baxımından Avropanın əsas tərəfdaşlarından birinə çevrilib. Məlumdur ki, 2022-ci il iyulun 18-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri zamanı “Azərbaycan Respublikası ilə Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. Artıq nəzərdə tutulan hədəflərə doğru inamla irəliləyirik. Cənub Qaz Dəhlizi bu gün 12 ölkənin enerji təhlükəsizliyini təmin edir. Hazırda 12 ölkə Azərbaycandan qaz alır və onlardan 10-u Avropa ölkəsi, 8-i isə Aİ-nin üzvüdür. Bütün bu səbəblərdən Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı və etibarlı tərəfdaş adlandırır. Azərbaycan həm təşəbbüskar, həm təchizatçı, həm də beynəlxalq enerji koalisiyasının coğrafiyasını genişləndirən, Avropa ilə Asiya arasında körpü yaradan dövlətdir. Nəzərdə tutulan hədəflərin və layihələrin həyata keçirilməsi ilə Azərbaycanın Avropa məkanının enerji təhlükəsizliyi sistemində rolunu əhəmiyyətli dərəcədə artıracaq.

Nardar BAYRAMLI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 31 May 2025 09:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

E vitamini ilə zəngin 5 məhsul

27 Avqust 2026 05:09see340

Ermənistan qış aylarında ciddi risklərlə üzləşə bilər

27 Avqust 2026 13:50see330

57 ticarət obyektində qanunsuz mallar AŞKARLANDI FOTOLENT

27 Avqust 2026 12:14see257

“Üfüq” karyera proqramı beynəlxalq mükafat alıb

27 Avqust 2026 11:43see256

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see243

Həddindən artıq idman oynaqlara zərər verə bilər

27 Avqust 2026 16:39see240

44 yaşlı Dima Bilan baba oldu

27 Avqust 2026 18:43see228

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see222

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see218

Nazirlik Azər Aydəmirə daha 200 min manat ödəyəcək

27 Avqust 2026 15:58see217

Amazon yaxın bir neçə ildə Nvidia dan iki milyon daha süni intellekt çipi alacaq

27 Avqust 2026 14:57see208

“Tokayev Moskvanı benzin məsələsində aldatdı?”

27 Avqust 2026 18:55see203

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see196

III “Ulduz Cup” başa çatdı

27 Avqust 2026 18:06see193

Bəs dənizin ortasında yosun varsa? 

27 Avqust 2026 15:57see193

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see184

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see180

“Tvente”nin futbolçusu: “Sabah meydanda əsl güc balansının necə olduğunu görəcəyik”

27 Avqust 2026 19:10see165

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see165

Acı qəhvə içmək qida borusu xərçəngi yaradır?

27 Avqust 2026 18:50see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri