Icma.az
close
up
RU
Tərəflər əlaqələrin uğurlu inkişafında maraqlıdır

Tərəflər əlaqələrin uğurlu inkişafında maraqlıdır

Yeniazerbaycan portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu günlərdə Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrini Azərbaycana rəsmi səfər etdi. Səfər proqramına Şuşadan başlayan qonaq azad Qarabağda  görülən  genişmiqyaslı bərpa-quruculuq işləri ilə yaxından tanış oldu. Onu da qeyd edək ki, Qarabağın bərpası Azərbaycan–Slovakiya əməkdaşlığına yeni məzmun qazandıran istiqamətlərdəndir. Slovakiya şirkətləri işğaldan azad edilmiş Ağdam rayonunun Baş Qərvənd kəndində “ağıllı kənd” konsepsiyası çərçivəsində həyata keçirilən layihələrdə fəal iştirak edirlər. 2025-ci ilin sentyabrında bu ölkənin "Concago j.s.a." şirkəti və onun yerli tərəfdaşı "IMA ENERGY" MMC tərəfindən fərdi yaşayış evlərinin tikintisinə dair müqavilə imzalanıb və layihənin icrasına başlanılıb. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ həllərin Qarabağın yenidən qurulmasına cəlb edilməsinin uğurlu nümunəsidir. Səfər zamanı Azərbaycan və Slovakiya Prezidentləri Ağdam rayonunun Baş Qərvənd kəndində görülən işlərlə tanış olub, Milan Rastislav Ştefanik adına 840 şagird yerlik Baş Qərvənd kənd tam orta məktəb binasının təməlini qoydular.  Prezidentlərin Şuşada keçirilən təkbətək və geniş tərkibdə görüşlərində, mətbuata bəyanatlarında Azərbaycan-Slovakiya münasibətlərinin təqdimatında əhəmiyyətli rol oynayan bu məsələyə xüsusi diqqət yönəldildi. Slovakiya Prezidenti mətbuata bəyanatında “Cənab Prezident, mən çox məmnunam ki, bu gün günorta biz yenicə tikilmiş kəndi ziyarət edəcəyik. Mən, həmçinin səmimi minnətdarlığımı bildirmək istərdim ki, bu kənddə yaşayacaq uşaqlar üçün məktəb və ətraf sahə görkəmli tarixi şəxsiyyət, slovak generalı Milan Rastislav Ştefanikin adını daşıyacaq” söyləyərək onu da əlavə etdi ki, Slovakiyanın irsi uzun müddət burada, Qarabağda olacaq və həmin məktəbə gedəcək bütün uşaqların, valideynlərin və müəllimlərin, həmçinin Slovakiyaya bağlılığı olacaq. Biz şadıq ki, Slovakiya ilə Azərbaycan arasında münasibətlər iqtisadiyyatın və diplomatiyanın hüdudlarını keçir: “Hər iki ölkənin vətəndaşları get-gedə daha çox səfərlər edirlər. Oktyabrdan etibarən birbaşa uçuşlar başlayacaq. Cənab Prezident, çox məmnunam ki, Sizin Bratislavaya səfərinizdən sonra biz bu fürsəti elan etdik. Lakin indi - 2026-cı ildə bu, artıq reallıqdır. Bununla da iki ölkə bir-birinə daha yaxın olacaq, təhsil, insanlar arasında təmaslar və əlbəttə ki, biznes sahəsində əməkdaşlıq daha da asanlaşacaq”.

Səfər çərçivəsində nüzakirə edilən məsələlərdən biri nəqliyyat və humanitar əlaqələrin inkişafı oldu. Bu, Azərbaycan–Slovakiya münasibətlərinin prioritet istiqamətlərindən biridir. Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılmasının planlaşdırılması turizm, biznes və humanitar əməkdaşlığın genişlənməsinə mühüm təkan verəcək. Yeni hava marşrutu iki ölkə arasında nəqliyyat bağlantılarını gücləndirməklə yanaşı, işgüzar səfərlərin və qarşılıqlı turist axınının artmasına, vətəndaşların Mərkəzi Avropaya daha rahat və əlverişli çıxış əldə etməsinə imkan yaradacaq. Eyni zamanda, bu təşəbbüs Azərbaycanın regional nəqliyyat qovşağı kimi mövqeyini möhkəmləndirən və Heydər Əliyev Beynəlxalq Aeroportunun beynəlxalq marşrut şəbəkəsinin genişləndirilməsi strategiyasına uyğun növbəti mühüm addımdır.

Göründüyü kimi, tərəflər əlaqələrin bütün sahələrdə uğurlu inkişafında maraqlıdır. Dövlətimizin başçısı İlham Əliyev mətbuata bəyanatında bildirdi ki, Slovakiya-Azərbaycan əlaqələrinin inkişafı uğurla gedir. Bizim siyasi təmaslarımız müntəzəm xarakter alır.  Doğrudan da belə dinamik əlaqələrin inkişafı iki tərəfin niyyətini göstərir. Bu gün biz bir çox məsələləri müzakirə etdik və bir daha gördük ki, gündəliyimiz kifayət qədər genişdir. Nümayəndə heyətlərinin tərkibinə baxmaq kifayətdir ki, hər kəs görsün hansı istiqamətlər üzrə fəal işlər gedir, dialoq gedir və təkcə dialoq yox, praktiki işlər: “Bu gün Slovakiya-Azərbaycan siyasi əlaqələri çox yüksək səviyyədədir və qarşılıqlı səfərlər bunu əyani şəkildə göstərir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir”.

Zamir Güvəndiyev,
YAP Şəmkir rayon təşkilatının sədri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 17 İyul 2026 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see302

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see298

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see281

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see278

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see276

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see275

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see270

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see264

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see261

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see252

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see239

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see236

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see235

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see233

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see227

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see221

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see221

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see221

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see214

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see208
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri