Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Bakı Pekin: tərəfdaşlığın insan kapitalı

Bakı Pekin: tərəfdaşlığın insan kapitalı

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Son illər Azərbaycan ilə Çin Xalq Respublikası (ÇXR) arasında münasibətlər dinamik və çoxşaxəli inkişaf mərhələsinə qədəm qoyub. Siyasi dialoq, iqtisadi-ticarət əlaqələri, nəqliyyat-logistika, enerji, rəqəmsal texnologiyalar, humanitar və media sahələrində əməkdaşlıq ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvələrinə çevrilib. Bu prosesin mərkəzində isə dövlət başçıları səviyyəsində formalaşmış yüksək etimad və qarşılıqlı anlaşma dayanır.

Azərbaycan Prezidenti İlham Əliyev ilə ÇXR Sədri Si Cinpin arasında mövcud olan səmimi və konstruktiv münasibətlər iki ölkə arasında əməkdaşlığın strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə mühüm töhfə verir.

Bu kontekstdə dekabrın 19-da ÇXR-in Azərbaycandakı səfirliyində Çin – Azərbaycan İnsan Resurslarının İnkişafı proqramlarının iştirakçıları ilə yekun görüş keçirildi. Tədbirdə Azərbaycanın müxtəlif dövlət qurumlarının və media strukturlarının nümayəndələri iştirak edirdilər ki, bu da iki ölkə arasında formalaşan geniş və çoxşaxəli əməkdaşlığın bariz göstəricisi kimi dəyərləndirilir.

Görüşü giriş sözü ilə açan ÇXR-in Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Lu Mei iştirakçıları salamlayaraq bu cür proqramların xalqlar arasında qarşılıqlı anlaşmanın və etimadın möhkəmlənməsinə mühüm töhfə verdiyini vurğuladı. Səfir bildirdi ki, insan resurslarının inkişafına yönəlmiş təşəbbüslər təkcə peşəkar bilik və təcrübə mübadiləsi deyil, eyni zamanda iki ölkə arasında uzunmüddətli strateji tərəfdaşlığın möhkəmlənməsinə xidmət edir.

Daha sonra səfirliyin iqtisadi və ticarət məsələləri üzrə müşaviri Yu Honqçi iştirakçılara söz verdi. Çıxış edən nümayəndələr Çinə təşkil olunmuş səfərlər zamanı əldə etdikləri təəssüratları bölüşərək bu səfərlərin Azərbaycan – Çin münasibətlərinin inkişafında mühüm rol oynadığını qeyd etdilər. Bildirildi ki, bu cür proqramlar vasitəsilə Çin iqtisadiyyatı, texnoloji inkişaf modeli, idarəetmə təcrübəsi və sosial sahədə həyata keçirilən islahatlar barədə daha dolğun və obyektiv təsəvvür formalaşır.

Yu Honqçi xüsusi olaraq diqqətə çatdırdı ki, Çinə səfər edən Azərbaycan media qurumlarından biri də “Xalq qəzeti” olub. Qəzet tərəfindən səfərlə bağlı ardıcıl və geniş məqalələrin dərc edildiyini qeyd edən müşavir Çin haqqında obyektiv və balanslı məlumatların Azərbaycan ictimaiyyətinə çatdırılmasına verdiyi töhfəyə görə “Xalq qəzeti”nin redaksiya rəhbərliyinə təşəkkür etdi. O vurğuladı ki, bu cür media mübadilələri iki ölkənin KİV-i arasında əlaqələrin inkişafına, qarşılıqlı etimadın və informasiya sahəsində əməkdaşlığın güclənməsinə müsbət təsir göstərir.

Tədbirin sonunda səfir Lu Mei yekun nitqi ilə çıxış edərək son illərdə Azərbaycan–Çin münasibətlərinin davamlı şəkildə müsbət istiqamətdə inkişaf etdiyini qeyd etdi. O, xatırlatdı ki, Azərbaycan Prezidenti İlham Əliyev bu il Çinə iki dəfə rəsmi səfər edib və bununla da ikitərəfli münasibətlər hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Yüksəksəviyyəli siyasi dialoq, iqtisadi, humanitar və mədəni əməkdaşlıq sahələrində mühüm və səmərəli nəticələr əldə olunub.

Səfir Lu Mei, həmçinin Çinin XV Beşillik Planı və Sədr Si Cinpinin dövlət idarəçiliyi konsepsiyası barədə məlumat verdi. O vurğuladı ki, gələcəkdə insan resurslarının inkişafı, media, təhsil, innovasiya və iqtisadiyyat kimi sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi iki ölkə arasında mövcud strateji münasibətlərin möhkəmləndirilməsinə və inkişaf imkanlarının birgə paylaşılmasına töhfə verəcək.

Səbuhi MƏMMƏDOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Dekabr 2025 11:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri