Icma.az
close
up
RU
Bakı Tirana: faydalı əməkdaşlıq axtarışı yolları

Bakı Tirana: faydalı əməkdaşlıq axtarışı yolları

Xalq qazeti portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanın Balkanlarda dinamik əlaqələri daha da genişlənir

Azərbaycan son illər xarici siyasət vektorunu şaxələndirərək Avropa, xüsusilə Balkan yarımadası ölkələri ilə münasibətləri yeni, praqmatik əsaslarla qurur. Bu zaman Bakı geosiyasi platformaların təşəbbüskarı kimi çıxış edir. Əslində, bu proses Cənubi Qafqazın diplomatik xəritəsini yenidən çəkir və Azərbaycanı Balkan yarımadasına bağlayan yeni siyasi körpülərin əsasını qoyur. Rəsmi Bakı öz diplomatiyasını regional reallıqlara uyğunlaşdırır: Tərəfdaş dairəsini genişləndirir, enerji və nəqliyyat gündəliyini Avropanın strateji bölgəsinə – Balkanlara daşıyır. Məhz belə bir məqamda Azərbaycan–Albaniya siyasi məsləhətləşmələrinin başlanması təsadüfi deyil, strateji planın davamı sayılmalıdır.

Sentyabrın 24-də Tiranada Azərbaycan və Albaniya arasında birinci siyasi məsləhətləşmələr keçirildi. Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Albaniya heyətinə isə Avropa və xarici işlər nazirinin müavini Endrit Yzeiraj rəhbərlik edib. Görüşdə siyasi, iqtisadi və humanitar əməkdaşlığın mövcud vəziyyəti geniş müzakirə olunub. Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələrinin iki ölkə münasibətlərinə verdiyi töhfələr vurğulanıb. Tərəflər, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığı dərinləşdirməyin vacibliyini qeyd edib, qlobal, regional məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Bu görüş, faktiki olaraq, Bakı ilə Tirananın yaxın gələcəkdə siyasi məsləhətləşmələri institusional səviyyəyə qaldıracağını deməyə əsas verir. Diplomatik kanalların belə aktivləşməsi həm ölkəmiz üçün Avropada yeni dəstək nöqtələri, həm də Albaniya üçün etibarlı enerji tərəfdaşlığı deməkdir.

Hələ məsləhətləşmələrdən öncə Azərbaycan–Albaniya münasibətləri yüksək səviyyəli təmaslarla zənginləşmişdi. Ötən il Albaniyanın Baş naziri Edi Rama Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclaslarında iştirak üçün Bakıya rəsmi səfərlərində Azərbaycanla enerji əməkdaşlığının yeni mərhələsinə start verdiyini bəyan etmişdi: “...bu yeni Enerji İpək Yolu olan Cənub Qaz Dəhlizi sıx əməkdaşlıq baxımından bir körpü oldu və ölkələri, şirkətləri, maliyyə institutlarını elə bir formatda bir araya gətirdi ki, layihənin təklif etdiyi imkanlara dair istəyi daha da artırdı. İndi bu format elə bir körpü rolunu oynayır ki, artıq onun tərkib hissəsini yaşıl enerji təşkil edir”.

Azərbaycan Prezidenti İlham Əliyev də öz növbəsində iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd etmişdi: “Azərbaycan və Albaniya iki dost ölkədir. Biz müxtəlif sahələrdə fəal əməkdaşlıq edirik. Bizim olduqca fəal siyasi dialoqumuz var. Cənab Baş nazirlə istər Azərbaycan, istər Albaniya, istərsə də müxtəlif beynəlxalq tədbirlər çərçivəsindəki görüşlərimizin müntəzəm gündəliyi var. Biz bir-birimizi beynəlxalq təsisatlarda dəstəkləyir, habelə enerji təhlükəsizliyi məsələlərində fəal çalışırıq”.

Baş naziri Edi Rama 2024-ü il noyabrın 12-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində cənab İlham Əliyevlə görüşmüş və ölkələr arasında münasibətlərdən məmnunluğunu ifadə etmişdi. Albaniya Prezidenti Bayram Beqay Nyu-Yorkda davam edən BMT Baş Assambleyasının 80-ci sessiyası çərçivəsində Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən “Çoxtərəflilik yolayrıcında: Çağırışlar və sülhə gedən yol” adlı yan tədbirdə çıxışı zamanı Azərbaycanla çox yaxşı dialoqun olduğunu və iqtisadi əməkdaşlığın daha da güclənəcəyini qeyd edərək, Bakı–İrəvan münasibətlərinin normallaşmasını alqılaşdığını bildirib.

Sözsüz ki, Prezident İlham Əliyevin Avropa Siyasi Birliyinin VI Zirvə tolantısı çərçivəsində Tirana səfəri münasibətləri daha yüksəklərə qaldırdı. Səfər Bakı ilə Tirananın strateji tərəfdaşlıq hədəflərini rəsmiləşdirdi. Həmçinin Tirana səfərindən sonra növbəti dəfə beynəlxalq miqyasda ölkəmizə etimad göstərilərək, Avropa Siyasi Birliyinin 12-ci sammitinin 2028-ci ilin birinci yarısında Azərbaycanda keçirilməsinə qərar verildi. İlham Əliyev həmin səfərdə Albaniyanın Cənub Qaz Dəhlizindəki rolunu yüksək qiymətləndirərək, bu əməkdaşlığın Avropanın enerji təhlükəsizliyi üçün mühüm olduğunu vurğulamışdı.

Azərbaycanın Balkanlara yönələn diplomatiyası həm regionun enerji xəritəsini, həm də siyasi dinamikanı dəyişir. Albaniya kimi NATO üzvü və Avropaya açar ölkə ilə dialoqun artması Azərbaycanın həm Brüssel, həm də Vaşinqton platformalarında mövqelərini möhkəmləndirir. Bakı artıq Cənubi Qafqazın sülh və sabitlik ixracatçısı kimi çıxış edir, bunu Balkanlara qədər genişləndirir.

Gözlənti ondan ibarətdir ki, Bakı–Tirana siyasi məsləhətləşmələri birdəfəlik formatda qalmayacaq, əksinə, növbəti illərdə iqtisadi, infrastruktur və hətta mədəni layihələrə yol açacaq. Enerji ilə başlayan bu dialoq qarşılıqlı investisiya və texnologiya mübadiləsi ilə davam edə bilər.

Azərbaycan–Albaniya münasibətləri artıq strateji tərəfdaşlıq xəttinə qədəm qoyur. Bakı Balkanlarda öz mövqeyini möhkəmləndirir, Avropanın enerji gündəliyinə real töhfələr verir və yeni müttəfiqlər qazanır. İkitərəfli siyasi məsləhətləşmələr, əslində, Azərbaycanın xarici siyasət xəritəsində Balkan yarımadasının daha qabarıq görünəcəyinin müjdəçisidir.

Aydın HÜSEYNOV,
Milli Məclisin deputatı

Azərbaycan ilə Albaniya arasında keçirilən ilk siyasi məsləhətləşmələr gələcək regional münasibətlərə açılan strateji pəncərədir. Görüş Azərbaycanın balkanlarla əlaqələrinin yeni mərhələyə qədəm qoyduğunu təsdiqləyən hadisə kimi qiymətləndirilməlidir. Azərbaycan artıq uzun müddətdir ki, enerji və nəqliyyat layihələrinin aparıcı qüvvəsi, etibarlı tərəfdaşı kimi Avropada tanınır. Amma bu dəfə söhbət bütöv bir siyasi iradədən, regional sabitlik və qarşılıqlı etimadın möhkəmləndirilməsindən gedir.

Albaniyanın bu kontekstdə xüsusi rolu danılmazdır. Bu ölkə həm Trans-Adriatik Boru Kəmərinin əsas üzvlərindən biridir, həm də Adriatik dənizinə çıxışı ilə Balkanları Avropanın dərinliklərinə bağlayan mühüm qapıdır. Azərbaycanla Albaniya arasında siyasi məsləhətləşmələrin başlaması bu iki ölkənin Cənub Qaz Dəhlizi ilə başlayan əməkdaşlığını daha geniş müstəviyə çıxarır. Enerji təhlükəsizliyinin yeni çağırışlarla üzləşdiyi bir dövrdə Bakı və Tirana arasındakı yaxınlıq həm də siyasi və humanitar əməkdaşlığın genişlənməsinə yol açır.

İndi isə bu münasibətlərin humanitar ölçüsü də diqqət mərkəzinə gətirilir. Təhsil, mədəniyyət, turizm sahəsində əməkdaşlıq xalqlar arasında bağları möhkəmləndirəcək, siyasi etimadı daha dayanıqlı edəcək. Beləliklə, Albaniya ilə başlanan siyasi məsləhətləşmələr bütöv Balkan regionunu Azərbaycanla birləşdirən yeni körpülərin salınmasına gətirib çıxaracaq.

Azərbaycanın Balkanlarla yaxınlaşması, əslində, ölkəmizin Avropadakı strateji çəkisinin artmasının göstəricisidir. Və bu çəkini formalaşdıran, Azərbaycanın adını etibarlılıq simvoluna çevirən əsas amil Prezident İlham Əliyevin apardığı uğurlu xarici siyasətdir.

Tacir SADIQOV
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:212
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 Sentyabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri