Bakı Slavyan Universiteti və Albaniyanın Nyu York Tirana Universiteti əməkdaşlıq memorandumu imzalayıb
Icma.az, Xalq qazeti portalına istinadən məlumat verir.
Bakı Slavyan Universitetinin rektoru Anar Nağıyev və Nyu York Tirana Universitetinin rektoru Ali Güneş arasında əməkdaşlığa dair memorandum imzalanıb.
Görüş zamanı Anar Nağıyev regionda slavyan dilləri üzrə ixtisaslaşmış ilk ali təhsil müəssisəsi olan Bakı Slavyan Universitetinin tarixi və fəaliyyəti haqqında geniş məlumat verib. O, universitetin Balkanşünaslıq istiqaməti üzrə fəaliyyətindən danışaraq, bu istiqamətdə beynəlxalq əməkdaşlığın qurulmasının və genişləndirilməsinin əhəmiyyətini vurğulayıb. Rektor həmçinin BSU-da ənənəvi olaraq keçirilən Beynəlxalq Balkanşünaslıq Tədqiqatları konfransının ali təhsil müəssisələri arasında elmi əməkdaşlıq baxımından xüsusi önəm daşıdığını qeyd edib.
İmzalanan memorandum çərçivəsində bakalavriat səviyyəsində tələbə mübadiləsi, yay məktəblərinin təşkili, ortaq elmi layihələrin həyata keçirilməsi, birgə konfrans və simpoziumların təşkili, eləcə də müəllim və tələbə heyətinin qarşılıqlı mübadiləsi nəzərdə tutulur.
Bu yeni tərəfdaşlıq universitetlər arasında təhsil və elmi əməkdaşlıq üçün geniş imkanlar açaraq, ortaq diplom proqramlarının hazırlanması və mədəni layihələrin həyata keçirilməsi baxımından da böyük potensiala malikdir.
Rizvan FİKRƏTOĞLU
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:73
Bu xəbər 09 Aprel 2025 17:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















