Icma.az
close
up
RU
Avropa Siyasi Birliyi Praqa uğurundan Tirana nikbinliyinə

Avropa Siyasi Birliyi Praqa uğurundan Tirana nikbinliyinə

Xalq qazeti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Prezident İlham Əliyevin İrəvan və Paris üçün suksvanq xəttinə baxış 

Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin (ASB) bu gün Albaniyanın paytaxtı Tiranada keçiriləcək növbəti sammitində iştirak edir. 2022-ci ildə Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə yaradılmış bu siyasi platforma Azərbaycan ictimaiyyətinə yaxşı tanışdır. Yazımız isə bu tanışlığın nəyə, hansı cəhətlərə əsaslanması və uğur formulu ilə bağlıdır. 

Əvvəla, tam əminliklə deyə bilərik ki, ASB dövlətimizin başçısının strateji baxışının, uzaqgörən xarici siyasət xəttinin növbəti təntənə müstəvisidir. Bu platforma Azərbaycana digər Avropa ölkələri ilə siyasi dialoq aparmaq, Cənubi Qafqazdakı vəziyyətlə bağlı mövqeyini ifadə etmək və beynəlxalq ictimaiyyətin diqqətini regiondakı vacib məsələlərə yönəltmək imkanı verir. 

Digər tərəfdən, hazırda ölkəmiz “köhnə qitə”nin enerji təchizatında getdikcə daha vacib rol oynayır. Ayrı-ayrı panellərdə, ­eləcə də fərdi təmaslarda enerji təhlükəsizliyi məsələləri müzakirə olunduğundan Bakı ASB-yə mövcud sahədəki əməkdaşlığı genişləndirmək müstəvisi kimi də yanaşır. Bütün bunlar öz yerində. İndi isə daha vacib məqama keçid alaq. 

***

Məlum olduğu kimi, ASB-nin ilk toplantısı 2022-ci ilin oktyabrında Praqada keçirilmişdi. Həmin sammitdə Prezident İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Fransa Prezidenti E.Makronun iştirakı ilə qeyri-rəsmi görüş olmuşdu. Yeri gəlmişkən, Makron danışıqlar masasına özünü son dəqiqələrdə ata bilmişdi. Onun məqsədinin nəyə hesablandığını və sonradan özünü necə göstərdiyini vurğulayacağıq. 

Hələlik isə bildirək ki, ASB-ni Bakı–­İrəvan münasibətlərinin tənzimlənməsi baxımından uğurlu siyasi düzən saymaq mümkündür. Hərçənd, bu müstəvi heç də rəsmi tənzimləyici platforma deyildi. Uğur isə ondan ibarətdir ki, ilk dəfə olaraq Praqada Ermənistanın baş naziri N.Paşinyan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıdığını bəyan etmiş və bu amil danışıqların perspektivi üçün nikbinlik yaratmışdı. Amma…

“Əmması” odur ki, Praqada tərəflər 2022-ci ilin dekabrında yenidən görüşmək barədə razılığa gəlsələr də, “Brüssel formatı” çərçivəsində, yəni Ş.Mişelin vasitəçiliyi ilə növbəti təmas gerçəkləşmədi. Makron ASB-nin sammitindən heç iki həftə keçməmiş yerli televiziyaya müsahibəsində Azərbaycanı “işğalçı” adlandırdı, Rusiyanı isə müttəfiqi Ermənistanın maraq və mənafelərini satmaqda günahlandırdı. Beləliklə o, Brüssel masasında oturmaq şansını itirdi. Yəni, Fransa Prezidenti aşkar tərəfkeşlik xətti götürdü. N.Paşinyan isə bildirdi ki, dekabrda Azərbaycan Prezidenti ilə görüşə yalnız Makronun iştirak edəcəyi təqdirdə qatılacaq. Ölkəmiz bunu qəbul edə bilməzdi və etmədi. Nəticədə Ş.Mişelin vasitəçilik missiyası fiaskoya uğradı. Ancaq iflas hələ qarşıda idi… 

ASB çərçivəsində Azərbaycan–Ermənistan münasibətləri növbəti dəfə bu platformanın 2023-cü ildə Moldovada keçirilmiş sammiti zamanı müzakirə olundu. Həmin vaxt masada yenə Fransa Prezidenti var idi. Almaniyanın hazırda sabiq olan Federal Kansleri Olaf Şolts da həmçinin. Yəni, müəyyən mənada, paritet yaranmışdı. Daha doğrusu, paritet görüntüsü. Amma elə o zaman aydın idi ki, ASB Bakı və İrəvan arasında danışıqlar formatı şansını itirib. Hərçənd, birliyin 2023-cü ildəki Qranada sammiti bununla bağlı, az da olsa, nikbinlik yaradırdı. 

Məsələ ondadır ki, Azərbaycan dövləti vasitəçilik missiyasında Ş.Mişellə yanaşı, Makronun, daha sonra Şoltsun təmsilçiliyinə xüsusi etiraz etməmişdi. Makron vasitəçilik yox, Paşinyana “bacılıq” elədi, yəni aşkar tərəfkeşliyi ilə yadda qaldı. Alman kanslerə gəldikdə, o, Fransa Prezidenti olan yerdə ədalət tərəzisini işə salmağı bacarmadı. Əslində, ölkəmizin rəhbərliyi bu gedişatı əvvəldə də dərk edirdi. Ancaq rəsmi Bakı təmasların davamlılığını, sülh yolunda ləngimələrin yaranmamasının vacibliyini prinsipial məqam kimi nəzərə aldı və ASB-nin Qranada sammiti çərçivəsindəki görüşə razılıq verdi. Amma bir şərtlə ki, danışıqlar masasına Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da əyləşməlidir. 

Lakin masanı özlərinin “haqqı bilənlərin” erməni təəssübkeşliyi o qədər güclü oldu ki, şərtimiz keçmədi. Belədə Azərbaycan tərəfi Qranada görüşündən imtina etdi. Ölkəmiz prinsipal davrandı və başqa cür ola bilməzdi. İmtina həm də ona görə haqlı idi ki, ASB-nin 2023-cü ilin oktyabrında İspaniyanın Qranada şəhərində keçirilmiş sammitində Qərbin ermənipərəstlik xətti özünün pik həddinə çatdı. Görünür, Silahlı Qüvvələrimizin bir ay əvvəlki lokal xarakterli uğurlu antiterror tədbirləri nəticəsində ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası ermənipərəstlərin kürkünə birə salmışdı. Bəli, onların əvvəlki manevr imkanları heçə enmişdi. Azərbaycan mütləq güclü tərəfə çevrildiyindən duruma əsaslı təsir göstərmək iddiaları baş qaldırmışdı. 

Beləliklə, iddialılar – Mişel, Makron, Şolts və Paşinyan Qranada kluarlarında birləşərək bəyanat qəbul etdilər. Azərbaycanın iştirakı olmadan imzalanmış sənəddə, ayrıca olaraq, Ermənistanın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığına sarsılmaz dəstək ifadə olundu. Deməli, bəri başdan ortaya tərəfkeşlik qoyuldu. Ardınca Ermənistanın və Azərbaycanın ərazi bütövlüyünün qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşdırılmasına yönəlmiş səylərə sadiqlik bildirildi ki, bu, ümumi şablon idi, heç bir gerçək əhəmiyyət daşımırdı.

Açıq tərəfkeşliyə gəlincə, sənəddə xüsusən 2023-cü ilin sentyabrından sonra (lokal xarakterli antiterror tədbirlərindən – red.) Qarabağdan köçmüş ermənilərin öz evlərinə və yaşayış yerlərinə qayıtmaq hüququnun təminatı, prosesin beynəlxalq monitorinq altında və insan hüquqlarına hörmətlə həyata keçirilməsi zərurəti qeyd olundu. Məsələnin belə qoyuluşu rəsmi İrəvanın, ümumən dünya erməniliyinin Qarabağ avantürasının davamına “xidmətdən” başqa bir şey deyildi. 

Bəyanatda tərəfkeşliyin növbəti təzahürü isə Ermənistana əlavə humanitar yardımın göstərilməsinə və bütün sahələrdə Avropa İttifaqı–Ermənistan münasibətlərinin gücləndirilməsinə dair bəndin yer alması idi. Bu müddəa ilə Azərbaycan, bir növ, şantaj edilirdi. Yəni, təxminən belə: əgər Bakı İrəvan üçün sərfəli sülhə razılaşmasa, Qərb Ermənistanı özünü müdafiə çətiri altına götürəcək. Bir sözlə, haylar üçün növbəti illüziya. 

Fikrimizin təsdiqi baxımından deyək ki, 2024-cü ilin fevralında Avropa Parlamentində Ermənistanın Aİ-yə üzvlüyə namizədliyi imkanlarına baxmağı təklif edən qətnamə çıxarıldı. Sənəd İrəvanın Qərbyönlü xarici siyasət kursuna keçidinə və Rusiyadan asılılığının azaldılmasına dəstəyin göstəricisi idi. Əlbəttə, sonradan Aİ–Ermənistan yaxınlaşmasının başqa təzahürləri də qeydə alındı. Bunun başlangıcı məhz ASB-nin Qranada sammitində qoyuldu. Ümumən, belə nəticə hasil oldu ki, Ş.Mişelin həmin vaxtadək pozitiv təsir bağışlayan vasitəçiliyi incə düşünülmüş oyun imiş. Oyunun tam şəkildə üzə çıxması Aİ Şurası Prezidentinin missiyası üçün iflas aqibətini yaşatdı. Yəni 2022-ci ilin dekabrındakı fiasko iflasla sona çatdı.

Prinsipial xəttinə sadiq qalan Azərbaycan məlum Qranada bəyanatını qəbul etmədi. Ölkəmizin rəhbərliyi həmçinin bildirdi ki, rəsmi Bakı İrəvanla danışıqlardan imtina etmir və Brüssel prosesi çərçivəsində sülh gündəliyinə sadiqdir. Nəticə etibarilə, onu deyə bilərik ki, sözügedən sammit Ermənistan–Azərbaycan münasibətlərinin normallaşması və regional sabitliyin təmin olunması baxımından heç bir əhəmiyyət daşımadı. Elə ona görə də Azərbaycan Ermənistanla birbaşa danışıqlar xəttini irəli sürdü və ötən müddət göstərdi ki, ən optimal format da elə budur. 

***

Sonda qeyd edək ki, Prezident İlham ­Əliyevin şəxsində Azərbaycan dövləti ­ASB-nin bu gün öz işinə başlayacaq Tirana sammitində, ümumən, bu formatın müsbətli-mənfili tərəflərini nəzərə alaraq təmsil olunur. Heç şübhəsiz, toplantı üçün Cənubi Qafqaz gündəliyi və Azərbaycan–Ermənistan sülhü də aktual olacaq. Çünki həm mövcud müstəvidə müxtəlif cəhətlərini canlandırdığımız keçilmiş yol var, həm də ümumən region beynəlxalq aləmin diqqət mərkəzindədir. 

Bəli, pafoslu səslənsə də deyək ki, dünya Cənubi Qafqazda dayanıqlı sülhün təmin olunmasını gözləyir və hər bir halda ASB-nin Praqa sammitinin əvvəldə diqqətə çatdırdığımız nikbin ovqatı bunun üçün əsasdır. Həmin sammitdən sonra Bakı və İrəvan arasında bir çox irəliləyişlər əldə olunub. Ən əsası, hazırda tərəflər sülh müqaviləsinin bütün bəndlərini razılaşdırıblar. 

Onu da xüsusi vurğulamalıyıq ki, Praqada Prezident İlham Əliyev Fransa, Aİ və Ermənistanın Azərbaycana qarşı məkrli planını pozmuşdu. Dövlətimizin başçısının çoxgedişli uğurlu kombinasiyası nəticəsində Makron–Paşinyan ikilisi Azərbaycanın ərazi bütövlüyünü tanımağa və Alma-Atı Bəyannaməsinə istinad etməyə məcbur qalmışdı. İkili heç də hər şeyi öz xoşu ilə etməmişdi. Buna şahmatda suksvanq deyilir. Yəni, onların başqa gediş imkanları qalmamışdı. Görünür, ona görə Fransanın İrəvandakı səfiri Olivye Dekotini bildirir ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini Praqada yox, 1991-ci ildə Alma-Atı Bəyannaməsi ilə tanıyıb. Çünki Paris ermənipərəstlik xəttindəki ağır məğlubiyyətini indi də həzm edə bilmir. 

Bəli, Azərbaycanın suverenliyinin tam təminatının bünövrəsi məhz Praqada qoyulmuşdu. Nəzərə alaq ki, 2022-ci ildə Qarabağda hələ Rusiya Sülhməramlı Kontingenti də var idi, artıq canını tapşırmış separatçı rejim də varlığını sürdürürdü. Onu da nəzərə alaq ki, bəzi rusiyalı ekspert və siyasətçilər, habelə Ermənistandakı revanşist kəsim Praqada qəbul edilmiş bəyanatı indinin özündə də tənqid edirlər. 

Ümumiləşdirmə apararaq belə qənaətə gəlmək olar ki, ASB platforması ölkəmiz üçün uğurludur. Üstəlik, bu müstəvidə gələcək uğurlar üçün də təminat var. Əlbəttə, ən böyük uğur təminatı Azərbaycan dövlətinin Prezident İlham Əliyev tərəfindən həyata keçirilən mükəmməl xarici siyasət xəttidir və ASB-nin Tirana sammitinin də ölkəmizin növbəti nailiyyətlərinə şahidlik edəcəyinə tam əminik.

XQ-nin analitik qrupu

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 16 May 2025 00:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see286

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see266

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see263

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see259

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see249

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see240

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see240

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see231

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see231

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see228

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see215

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see215

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see209

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see208

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see202

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see200

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see198

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see193

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see192

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri