Bakı TRIPP in texniki parametrlərinin Azərbaycanla razılaşdırılmasını tələb edir
Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Azərbaycan Ermənistan ərazisindən keçəcək TRIPP layihəsinin texniki parametrlərinin Bakı ilə razılaşdırılmasında israrlıdır. Söhbət layihənin 43 kilometrlik hissəsindən gedir.
Sherg.az xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri İohann Vadeful ilə birgə keçirdiyi mətbuat konfransında bu məsələyə toxunub.
Nazir bildirib ki, dəhlizin giriş və çıxış nöqtələri Azərbaycanla sərhəddə yerləşdiyindən layihənin texniki parametrləri mütləq Bakı ilə razılaşdırılmalıdır.
Ceyhun Bayramovun sözlərinə görə, Azərbaycanla əlaqə olmadan bu nəqliyyat dəhlizinin heç bir mənası yoxdur.
XİN rəhbəri əlavə edib ki, ABŞ-ın təşəbbüsü ilə üçtərəfli texniki işçi qrupunun yaradılması barədə qərar qəbul edilib. Həmin qrup noyabrın 6-da fəaliyyətə başlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 18 Noyabr 2026 14:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















