Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

Hələ də inana bilmirəm

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Yaşar Nurinin qızı dünyasını dəyişib

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Bakı və Ankara qara siyahı da: İrəvanın dostu qəzəbləndi 800 nəfərlə bağlı QƏRAR

Bakı və Ankara qara siyahı da: İrəvanın dostu qəzəbləndi 800 nəfərlə bağlı QƏRAR

Icma.az, GlobalInfo saytına istinadən bildirir.

Hindistanla Pakistan arasında artan gərginliyin miqyası sadəcə bu iki ölkə ilə məhdudlaşmır. Tərəflər arasındakı diplomatik və hərbi qarşıdurma artıq Azərbaycan və Türkiyəyə də sirayət edib. Məlumata görə, Hindistanın Qoa şəhərində villa və turistik evlərin Azərbaycan və Türkiyə vətəndaşları tərəfindən rezervasiya edilməsinə qadağa qoyulub.

Bununla yanaşı, “Caynizm təriqəti”nin Əhmədabaddakı üzvləri Bakıya planlaşdırdıqları 800 nəfərlik səfəri ləğv ediblər. Məşhur hindli müğənni Vişal Mişra isə heç vaxt Azərbaycan və Türkiyədə konsert verməyəcəyini bildirib. Hindistanın “ixigo” onlayn səyahət platforması da Azərbaycan, Türkiyə və Çin istiqamətində olan bütün hotel və uçuş rezervasiyalarını ləğv edib, bu ölkələrə təşkil olunan turları dayandırıb.

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli bildirib ki, Dehlinin Bakı və Ankaraya qarşı qərəzli mövqeyinin iki əsas səbəbi var:

“Birinci səbəb Azərbaycanın strateji mövqeyini qoruduğu “Orta dəhliz” layihəsi və onun gələcəyini formalaşdıracaq Zəngəzur dəhlizi ilə bağlıdır. Hindistan “Orta dəhliz”in, özünün aparıcı rol oynadığı Şimal-Cənub nəqliyyat dəhlizini zəiflədəcəyi və bunun Çinlə “Bir kəmər, bir yol” layihəsi çərçivəsində daha da güclənəcəyinə görə narahatdır. Elə Dehlinin Ermənistanla intensivləşən hərbi-siyasi əməkdaşlığı və “Sülh kəsişməsi” ideyasına verdiyi dəstəyin kökündə də bu narahatlıq dayanır.

İkinci səbəb isə Azərbaycan-Türkiyə-Pakistan ittifaqının artan gücü və Hindistanın burada yer almaması ilə bağlıdır. Bu üçlüyün güclənməsi regionda qüvvələr balansını dəyişə bilər.

Ümumiyyətlə, Hindistanın boykotu əhəmiyyətsizdir. Bu ölkənin Azərbaycan və Türkiyə vətəndaşlarına qarşı tətbiq etdiyi məhdudiyyətlər əslində praqmatik təsirə malik deyil. Vətəndaşlarımızın Hindistana səfər üçün “sıraya düzülməsini” təsəvvür etmirəm”.


Elçin Mirzəbəyli

Deputat əlavə edib ki, bu gün Azərbaycanda hind filmlərinə və musiqisinə maraq, bəlkə də, əhalinin 0.001%-dən də az hissəsinə aiddir:

“Hindistanlı turistlərin ölkəmizə töhfəsi isə olduqca zəifdir. Məsələn, 10 hindistanlı turistin xərclədiyi vəsait bir avropalı turistin xərclədiyindən azdır.

Hindistan istehsalı olan dərman vasitələrinin ölkəyə idxalı da ciddi şəkildə yenidən nəzərdən keçirilməlidir. 2023–2024-cü illərdə bu ölkədən Rusiyaya idxal edilən dərmanların 42%-nin keyfiyyətsiz olduğu üçün dövriyyədən çıxarıldığı faktı bunu sübut edir. Azərbaycanda isə Hindistandan gətirilən dərmanların keyfiyyət problemi hələ də davam edir.

Vişal Mişranın qərarı hind filmlərindən də gülüncdür. Azərbaycan böyük mədəniyyətə sahib bir ölkədir və bu baxımdan Hindistandan heç bir kompleks keçirmir. O ölkədə şəxsi gigiyena və ictimai davranış mədəniyyəti ilə bağlı problemlər var. Onlar əvvəlcə mədəniyyətin əlifbasını öyrənsinlər, sonra konsert mövzusunda danışsınlar”.

Türkiyəli politoloq Hüsaməddin İnaç isə bildirib ki, Dehlinin Bakı və Ankaraya qarşı sərgilədiyi sərt mövqe hələ 2020-ci ildəki 44 günlük müharibəyə qədər uzanır:

“O vaxt Pakistan və Türkiyə Azərbaycanın yanında oldu, Ermənistan isə Hindistanın dəstəyini aldı. Dehli bu münaqişədən sonra da İrəvanı silah-sursatla ən çox təmin edən ölkə oldu. Rusiya ilə yanaşı, Hindistanın Ermənistana silah yardımı daha sistemlidir. Bu ölkə Yunanıstan və Kiprlə birlikdə Türkiyəyə qarşı blok yaratmağa çalışdı, amma uğursuz oldu.


Hüsaməddin İnaç

Hindistanın Baş naziri Narendra Modinin irqçi və islamofob düşüncələri onun daxili və xarici siyasətinə birbaşa təsir edir. Azərbaycana və Türkiyəyə qarşı sərgilənən qərəzli münasibət də bu ideoloji baxışın təzahürüdür.

Hindistan Azərbaycan və Türkiyəyə ehtiyac duymadığını düşünə bilər, amma əslində bu belə deyil. Quru yolu ilə Avropaya çıxmaq istəyirsə, bu iki ölkənin geostrateji əhəmiyyətindən yan keçə bilməz”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:63
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 May 2025 08:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see16355

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see963

KİV: Ukrayna yanvarda maliyyə böhranı ilə üzləşə bilər

16 Noyabr 2025 02:43see247

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see211

Hələ də inana bilmirəm

15 Noyabr 2025 23:29see169

DÇ 2026 nın seçmə mərhələsinin IX turunda növbəti oyunlar keçirilib NƏTİCƏLƏR

16 Noyabr 2025 02:12see142

Kombinin daha sürətli və çox isidilməsi üçün 3 sadə metod

16 Noyabr 2025 00:50see140

Azərbaycanın Milli Qəhrəmanı: Zəfər Günündə keçirilən parad Vətən keşikçilərinin layiqli xidməti davam etdirdiyini göstərir ŞƏRH

16 Noyabr 2025 08:15see136

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see134

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see134

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see133

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see133

Deputatlar Milli Qəhrəmanın evinə getdilər FOTOLAR

15 Noyabr 2025 23:51see133

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see127

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see125

“Süni intellekt “insan kimi görməyi” öyrənib: mənanı anlamağa başlayır“ Elmi tədqiqat

16 Noyabr 2025 10:50see124

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see124

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see124

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see124

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri