“İrəvanın Bakı və Ankara siyasəti səhvdir”
Icma.az, Tribuna portalına istinadən məlumatı açıqlayır.
“Müharibədən yayınmağın yeganə yolu Ermənistanın müqavimətidir”.
Tribunainfo.az xəbər verir ki, bu fikirləri ekspert Galust Sarksyan səsləndirib.
O bildirib ki, Ermənistan ordusunu gücləndirməli və Azərbaycana müqavmət göstərməlidir.
Sarksyan Türkiyə-Ermənistan münasibətlərinə toxunub. O deyib ki, İrəvanın bu ölkə ilə bağlı siyasəti yanlışdır. “Türkiyə əmin olmalıdır ki, “soyqırım”ın tanınması ilə Ermənistanın təzminat alması silah əldə etmək üçün deyil, tarixi ədalətin bərpası yolu ilə sülhə nail olmaq vasitəsidir”.
Erməni ekspert Azərbaycanla da siyasətin düzgün olmadığını qeyd edib. “Əgər bu gün Azərbaycan Ermənistana hücum etmirsə, bu geosiyasi durumla bağlıdır. Onların Ermənistandan qorxması ilə deyil. Azərbaycanla münasibət “bunu etməsək, müharibə olacaq” məntiqi ilə deyil, “hazırlıq görməsək, müharibə olacaq” məntiqi ilə qurulmalıdır”.
Fərda Uğur
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 25 Sentyabr 2025 10:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















