Icma.az
close
up
RU
Bakı və Ankaradan İrəvana yaşıl işıq : Müharibədən sonra uğurlu oldu

Bakı və Ankaradan İrəvana yaşıl işıq : Müharibədən sonra uğurlu oldu

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Prezident İlham Əliyevin Davosda “Avrasiyanın iqtisadi özünəməxsusluğunun müəyyənləşdirilməsi” mövzusunda keçirilən panel iclasında səsləndirdiyi fikirlər diqqət çəkib. Dövlət başçısı bildirib ki, regional nailiyyətlər əldə edilməsə və istənilən nəticələrə nail olunmasa, qlobal səviyyədə töhfələr vermək mümkün olmayacaq.

Prezident həmçinin hazırda Azərbaycan-Ermənistan və Türkiyə-Ermənistan yaxınlaşmasının paralel olaraq həyata keçirildiyini qeyd edib.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu deyib ki, Prezident İlham Əliyev Türkiyə-Ermənistan və Azərbaycan-Ermənistan münasibətlərinin paralel inkişafını vurğulayaraq iki qardaş ölkənin sinxron hərəkət etdiyini göstərir:

“Bu, həm mənəvi-hüquqi, həm də strateji təhlükəsizlik baxımından önəmlidir. Türkiyə regionda sülhün təminatçısı olan ölkələrdən biridir. Söhbət yalnız Cənubi Qafqazdan getmir. Yaxın Şərqdən Cənubi Qafqaz, Şimali Afrikaya qədər uzanan geniş coğrafiyada iki ölkənin ortaq maraqları mövcuddur. Ona görə də Şuşa Bəyannaməsinə söykənən təhlükəsizliyin, müdafiənin və sülhün birgə inşa edilməsi prinsipləri vardır.


Hikmət Babaoğlu

30 illik münaqişə təcrübəsində çox müxtəlif hallara şahidlik etdik. Məlum oldu ki, Ermənistanla münasibətlərdə ən səmərəli davranış Türkiyə və Azərbaycanın paralel hərəkətidir. Bu ortaq maraqların pozulmasının qarşısını alır. Diqqət etsək, görərik ki, 44 günlük müharibədən sonra iki qardaş ölkə bu prinsiplərdən çıxış edib və çox yaxşı nəticələr əldə olunub.

Bu gün də prosesin davam etməsi xarici siyasətin koordinasiyalı icrasını göstərir. Bu, ölkə başçısının dediyi kimi əbədi və qalıcı sülh üçün mühüm töhfə verəcək. Regionda davamlı sülh yalnız Türkiyə və Azərbaycanın indiki prinsiplərinə sadiq qalması ilə mümkün olacaq.”

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:178
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see315

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see280

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see273

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see268

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see262

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see259

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see258

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see243

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see237

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see233

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see225

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see224

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see223

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see221

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see218

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see216

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see211

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see197

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see191

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri