Əvvəl Azərbaycanla sülh Ankaradan İrəvana mesaj
Icma.az, Qafqazinfo portalına istinadən məlumat yayır.
Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycan və Ermənistanın davamlı sülh sazişinə doğru irəlilədiyini bildirib.
“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, xarici işlər naziri bu barədə “Anadolu” agentliyinə müsahibəsində bildirib.
Fidan Qafqazda əldə olunan razılaşmadan sonra atəşkəsin qorunacağına ümid etdiyini deyib.
“Ermənistan və Azərbaycan davamlı sülh sazişinə doğru irəliləyir və biz bunu dəstəkləyirik. Bu prosesi dəstəkləyərkən təhlükəsizlik və iqtisadi məsələləri də nəzərə alırıq”, - Hakan Fidan qeyd edib.
Qeyd edək ki, Türkiyə tərəfi daha əvvəl Azərbaycan və Ermənistan arasında yekun sülh sazişi imzalandıqdan sonra Ermənistanla münasibətləri normallaşdırmağa hazır olduğunu bildirib. Həmçinin Ankara Ermənistan-Türkiyə münasibətlərinin Azərbaycan və Ermənistan arasındakı münasibətlərdən də asılı olduğunu vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:162
Bu xəbər 11 Avqust 2026 00:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















