Icma.az
close
up
RU
Menu

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

Məşhur aşpazın restoranı borca görə bağlandı

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Röya tanınmaz obrazda (Foto/Video)

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

Baş idarə rəisinə yeni rütbə verildi

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

“Ankaradan verilən mesajlar İrəvana xəbərdarlıq siqnalıdır”

“Ankaradan verilən mesajlar İrəvana xəbərdarlıq siqnalıdır”

Xalq qazeti saytından alınan məlumata görə, Icma.az bildirir.

Sabiq nazir TDT hərbi blokunun yaranacağına əmindir

Azərbaycanın sabiq xarici işlər naziri (1998-1999) Tofiq Zülfüqarov yerli mediaya geniş müsahibə verib. ABŞ Prezidenti Donald Trampın Konqresdəki son çıxışı, Ukrayna ətrafında, postsovet məkanında cərəyan edən hadisələr, qlobal gündəmdəki digər məsələlər və onların Cənubi Qafqaz regionuna təsiri, eləcə də bölgədə real gücə çevrilmiş Türkiyənin bu hadisələrdə oynadığı rolu, Türk Dövlətləri Təkilatının perspektivlərindən bəhs edilən müsahibənin ruscadan tərcüməsini qısa ixtisarla XQ oxucularının diqqətinə çatdırırıq.

“Tramp neokonservatizm konsepsiyasını irəli sürür”

ABŞ-da ikinci dəfə hakimiyyətə gəlmiş Donald Trampın planetin “qaynar nöqtələrindəki yanğınları” söndürmək istiqamətində təşəbbüslərinə toxunan T.Zülfüqarov Amerika liderinin liberal ideologiya ilə mübarizəsinin hələ birinci prezidentliyi dövründə başladığını bildirdi: “Bu, bir növ azad, sivil prinsiplərin bəyan edilməsi və onların ikili standartlarla realizəsi ilə bağlı tezisləri əhatə edir. Misal üçün, o, hansısa fondlardan maliyyələşən, demokratiyanı müdafiə etməli olan medianın, əslində, heç də azad və müstəqil olmadığını deyir. Bu məsələlərlə bağlı baş verən qalmaqallar hamıya məlumdur. O da məlum olub ki, ABŞ büdcəsindən maliyyələşən qurumların təmsilçiləri müxtəlif ölkələrdə insan haqları, korrupsiya ilə mübarizə pərdəsi altında özləri, mahiyyət etibarilə, rüşvət sxeminin həyata keçirildiyi korrupsiya sistemini yaradıblar.

Fikrimizcə, Trampın təklif etdiyi, əgər belə demək mümkünsə, neokonservatizm konsepsiyasına bənzər bir mexanizmdir. Bu gün biz dünyada dövlətlərin, hərdən ölkələr qrupunun özlərinin iqtisadi, siyasi maraqlarını açıq şəkildə bəyan etdiyini və bunun müxtəlif “güc mərkəzləri” arasında qarşıdurmaya səbəb olduğunu görürük. Doğrudur, bu qarşıdurma liberallar dönəmində müəyyən ideoloji çətir altında var idi. İndi bu xətt daha şəffaf və açıq müstəviyə keçib. Bunun yaxşı, yaxud pis olduğunu demək çətin olsa da, sivilizasiyanın üzləşdiyi reallıq budur. Yəni liberal ideologiyanın kollapsı gözlənilən idi. Donald Tramp bu barədə açıq danışır. Bəli, artıq hər şeyin öz adı ilə adlandırmağın məqamı yetişib”.

“Prioritet siyasi yox, iqtisadi dominantlıqdır”

Regional “oyunçuların” hansısa ideoloji konsepsiyalardan istifadə edərək, misal üçün, qonşu Ermənistanı demokratik ölkə elan etdiklərinə, münaqişəni tam əksinə qiymətləndirdiklərinə diqqəti çəkən T.Zülfüqarov ABŞ liderinin bu məsələlərə, ilk növbədə, iqtisadi prinsiplərdən yanaşacağını qeyd edir: “Bu kontekstdən yanaşanda, Cənubi Qafqazın aparıcı dövləti kimi, Azərbaycan çox nadir geosiyasi səciyyəyə malikdir. Azərbaycan Türkiyə, Türk Dövlətləri Təşkilatına üzv dəvlətlərlə, digər tərəfdaşları ilə özünə birlik strukturunu yaratmağı bacarıb. Düşünürəm ki, bu düşərgə köhnəlmiş stereotiplərə və dəyərlərə yenidən baxışın formalaşdığı indiki şəraitə yaxşı hazırlaşıb.

ABŞ Prezidentinin Konqresdəki çıxışında toxunduğu məsələlərə qayıdaraq, onu qeyd etməliyəm ki, o, dünyada dominantlıq planlarının realizəsi üçün iqtisadi gücünə və texnoloji liderliyinə söykənir. Çünki, liberallar fəaliyyətlərinin özəyi kimi təməl prinsiplərə bağlı hansısa konseptual müddəaları rəhbər tuturdular. Dediyim kimi, həmin prinsiplər ikili, hətta üçlü standartların böhranı ilə müşayiət olunurdu. Buna baxmayaraq, Birləşmiş Ştatları yenidən dünyanın ən qüdrətli dövlətinə çevirmək səylərindən əl çəkilməsi, hesab edirəm ki, daha praqmatik yanaşmadır. Özünü əlahiddə bəşəri prinsiplərin, ələlxüsus da mənəvi-əxlaqi dəyərlərin daşıyıcısı kimi qələmə vermək, öz iradəsini hamıya diktə etmək, yəni belə bir titulu “özəlləşdirmək” əksəriyyət tərəfindən qəbul olunmurdu. Bu, ən azı, Ağ evin bəyan etdiyi deklorativ konsepsiya ilə uzlaşmırdı. Tramp ABŞ-ı dünyanın iqtisadi və texnoloji mərkəzinə çevirməyi hədəfləyir. O, məhz bundan sonra, ya da bu prosesin gedişində Birləşmiş Ştatların dominantlığını reallaşdırmaq barədə düşünür. Həm də ölkəsinin nüfuzunun dünyaya təsirini daha rasional zəmində görür. Bu, pozitiv tendensiyadır. Nəticədə bir çoxları, o cümlədən yalançı demokratlar, söz azadlığı “carçıları” böyük maliyyə mənbələrindən məhrum olacaqlar”.

“Azərbaycanın ABŞ-a konkret təklifləri var”

Co Bayden administrasiyası dönəmində korlanmış ABŞ–Azərbaycan münasibətlərinin hazırda yeni platformaya transformasiyasına toxunan sabiq nazir bunun üçün müsbət zəminin hazırlandığını bildirdi: “Azərbaycan Birləşmiş Ştatların Avropadakı müttəfiqlərinin enerji ilə təminatına öz töhfəsini verib. Bu layihə uğurla davam etdirilir. Bu çərçivədə bir sıra mühüm kommunikasiya və tranzit imkanları ilə bağlı layihələri təklif etmişik və bu layihələrin əksəriyyətini həyata keçirmişik.

Amerika beynəlxalq terrorizmlə mübarizə aparanda onun yanında olmuşuq. Bu məqamda Azərbaycan Prezidentinin dediklərini xatırlatmaq istərdim. Cənab Prezident bu barədə danışarkən bildirdi: Qəribədir ki, ABŞ əsgərləri Əfqanıstandan biabırcasına qaçanda onların təhlükəsizliyini Azərbaycan və Türkiyə hərbçiləri təmin etdilər, amma bundan dərhal sonra Konqres 907-ci düzəlişin qüvvədə qalması barədə qərar çıxardı. Bu, həmin iqtidarın Azərbaycana, bir növ, “minnətdarlığı” idi. ABŞ-la əməkdaşlığın bir sıra istiqamətləri barədə də danışmaq olar. İndi bu sahələrdə ikitərəfli əlaqələri bərpa etmək üçün Azərbaycan konkret təkliflər verə bilər. Yəni əməkdaşlığın yeni səviyyəsinə çatmaq mümkündür. Əgər Trampın bəyan etdiyi prinsiplər reallaşmağa başlasa, bu zaman Azərbaycanı qarşıda böyük şanslar gözləyir.

Hazırda ən aktual məsələ Türk Dövlətləri Təşkilatı kimi yeni qurumun fəaliyyəti ilə bağlıdır. Ona görə ki, bu yeni geosiyasi strukturu çoxları öz dostu kimi görmək istərdi. Amma bir çoxları da bu strukturun olmamasını, ayrı-ayrı ölkələrlə əlaqələr qurmağı arzulayardı. Azərbaycan Prezidentinin fəal siyasi fəaliyyəti sayəsində bu yeni qurum hamı üçün reallığa çevrilib. Mənim fikrimcə, Birləşmiş Ştatlar da bu yeni geosiyasi strukturla təmaslar qurmağı arzulayardı”.

“Avropa üçün “atom çətiri” qeyri-real ideyadır”

Vaşinqtonun dominantlıqla bağlı açıq iradları Avropanın özündə də kəskin etirazlara səbəb olduğunu deyən politoloq bu əsnada diqqəti Fransa prezidentinin bəyanatına yönəltdi: “Makron Avropa ölkələri üçün “atom çətiri” yaratmaq təşəbbüsü ilə çıxış edib. Əminəm ki, sabah, ya birisi gün bədnam qonşularımız özlərini “atom çətiri”nin altına dürtmək üçün Avropa İttifaqına müraciət edəcəklər. Amma bu kontekstdə onları peşman etmək istərdim. Məsələ ondadır ki, “atom çətiri” ideyası reallıqdan uzaq ideyadır. Axı, atom silahının üstünlüyü ondadır ki, ondan istifadə qadağan olunub. İndi Fransa lazım olmayan məkanda özünün “çətirini” açmağı düşünürsə, Azərbaycan da Pakistana nüvə gücünü öz ərazisində yerləşdirməyi təklif edə bilər. O zaman Fransanın “atom çətiri”nin heç bir effekti olmayacaq.

Marksizm terminologiyasından yararlanaraq demək istərdim ki, imperialistlərin mübarizəsi artıq leqal səviyyəyə çatıb. Bəli, hazırda çoxları atom vasitələrindən istifadə edəcəkləri barədə ultimatumlar səsləndirirlər. Özlərinin nüvə texnologiyalarını Azərbaycanda yerləşdirmək istəyən bir deyil, bir neçə iddialı ortaya çıxa bilər. Pakistandan başqa İsrail də bu ideyaya isti yanaşanların cərgəsindədir. Dünya qarşılıqlı münasibətlərin elə bir mərhələsinə gəlib çatıb ki, misal üçün, BMT kimi köhnəlmiş strukturlar artıq keçmişin atributları sayılır. Yəqin qarşıda bizi hansısa yeni geosiyasi mərkəzlərin, birliklərin yaranması gözləyir. Həmin birliklərin hər biri “atom dəyənəyi”ndən istifadə barədə təhdidlər edəcəklər. Proseslərin təxminən bu istiqamətdə gedəcəyini proqnozlaşdırmaq olar”.

“Erməni lobbisi İrəvanı sülhlə imitasiyaya sövq edir”

Tofiq Zülfüqarov müsahibəsində Azərbaycan Prezidenti İlham Əliyevin Ankaraya işgüzar səfəri, İğdır–Naxçıvan qaz kəmərinin işə salınması, eləcə də mərasimdən əvvəl Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın bəyan etdiyi qlobal prioritetlər barədə danışdı: “Biz liderlərin bu görüşündə “Şuşa Bəyannaməsi”ndə açıq şəkildə irəli sürülən məqsəd və vəzifələrin reallaşması perspektivinin yeni sübutlarını gördük. Bəli, Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi dövründə Türkiyə regional və regionlararası miqyasda xüsusi əhəmiyyət kəsb edən aktora çevrilib. Türk Dövlətləri Təşkilatının formalaşması, Pakistanla mövqelərin daha da yaxınlaşması, indi çoxlarının danışdığı, İsrailin Türk dünyası ilə münasibətlərinin yeni səviyyəyə keçməsi diqqəti çəkən məqamlardır. Yəni prinsip etibarilə, qarşıda ciddi perspektivlər gözlənilir. Əslində, bu reallıq Türk birliyinə qarşı çıxanlar üçün narahatedici siqnaldır. Həmin İğdır–Naxçıvan qaz kəmərinin bir ildən də tez müddətdə çəkilməsi Ermənistan üçün də xəbərdarlıq siqnalı hesab olunmalıdır. Çünki, bu minvalla İrəvan minimum təcrid olunmuş vəziyyətdə qalacaq. Bu prizmadan yanaşanda, düşünürəm ki, Ermənistan rəhbərliyi çox yanlış addımlar atır. Köhnəlmiş təklif və müddəalarını təzə kimi göstərməklə haylar heç nəyə nail olmayacaqlar. Yəqin ona görə belə davranırlar ki, ABŞ-dakı erməni lobbisi Ağ evin yeni administrasiyası ilə əlaqələr qurmağa başlayıb. Deməli, onlara sülh danışıqlarının gündəmi ilə imitasiya lazımdır. Buna nə dərəcədə nail olacaqları ciddi sual altındadır. Azərbaycanın bu mövzuya çox ciddi yanaşdığı, öz mövqeyindən geri çəkilməyəcəyi Ankara görüşündə səslənən bəyanatlardan da aydın hiss olundu. Qardaş Türkiyənin həm siyasi, həm də hərbi müttəfiqi olan Azərbaycan Mərkəzi Asiyaya genişlənməkdə olan xəttə sadiqdir. Yaxın gələcəkdə bu formatda təkcə siyasi deyil, eyni zamanda, hərbi blokun yaranmasının şahidi olacağıq. Türkiyə liderinin Ankarada səsləndirdiyi mesajlar Azərbaycan rəhbərliyi və ictimaiyyəti tərəfindən yüz faiz dəstəklənir. Başqa cür ola da bilməz”.

Hazırladı:
İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:249
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 Mart 2025 11:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see334

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see328

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see327

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see325

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see322

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see319

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see308

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see259

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see258

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see243

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see234

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see229

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see213

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see209

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see205

Rəşid Əl Xəlifənin “Yeşik labirinti” instalyasiyası izləyiciləri məkanın içində hərəkətə dəvət edir (Foto)

31 Oktyabr 2026 22:39see203

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see203

Bakı Beynəlxalq İncəsənət Festivalı çərçivəsində “Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:10see203

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see202

Hollivud ulduzu Cek Nikolson barədə danışdı: “Kinoya qayıtmayacaq”

01 Noyabr 2026 03:35see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri