Icma.az
close
up
RU
Bakı və Daşkəndin imza atdığı İLK Sırada hansı TÜRK dövləti?

Bakı və Daşkəndin imza atdığı İLK Sırada hansı TÜRK dövləti?

Hurriyyet saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verildiyi kimi, avqustun 23-də Prezident İlham Əliyevin Özbəkistana səfəri çərçivəsində dövlət başçıları tərəfindən “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında əbədi dostluq haqqında Müqavilə” imzalanıb. Müqaviləyə əsasən, iki dövlət beynəlxalq hüququn hamılıqla tanınmış prinsiplərini və normalarını rəhbər tutaraq, münasibətlərində əbədi dostluğa, qarşılıqlı etimada, strateji tərəfdaşlığa və müttəfiqliyə əsaslanır, öz milli reallıqlarına uyğun inkişaf yollarının və modellərinin seçimində bir-birini dəstəkləyir.

Azərbaycan və Özbəkistan həmçinin digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran hər hansı bloklarda və ya ittifaqlarda iştirak etməməyi, öz ərazilərinin üçüncü ölkələr tərəfindən digər tərəfin dövlət suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vurmaq məqsədilə istifadə edilməsinə, eləcə də öz ərazilərində digər tərəfin suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə zərər vuran təşkilatların və qrupların yaradılmasına və fəaliyyətinə yol verməməyi öhdələrinə götürürlər. Bundan başqa, tərəflər bir sıra sahələr üzrə əməkdaşlığa dair öhdəlik götürür.

Müqavilənin özəlliyi və önəmi nədədir? Niyə Türkiyə yox, məhz Özbəkistanla ilk belə sənəd imzalandı? Azərbaycan başqa Türk dövlətləri ilə də “əbədi dostluq” haqda müqavilə imzalayacaqmı?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

Politoloq qeyd edib ki, iki ölkə arasında münasibətlərin bu səviyyəyə yüksəlməsində İlham Əliyevlə Şövkət Mirziyoyev arasındakı isti münasibətlərin mühüm rolu var:

“Son illər Azərbaycanla Özbəkistan arasında strateji əlaqələr tamamilə yeni və daha yüksək mərhələyə yüksəlib. Əlbəttə, Azərbaycan və Özbəkistan müstəqilliklərini əldə etdikləri ilk dövrlərdən etibarən tərəfdaşlıq münasibətlərinə malik olub. Lakin açıq desək, münasibətlər indiki qədər yaxın və intensiv olmayıb.

Prezident İlham Əliyevlə Prezident Şövkət Mirziyoyev arasında formalaşan isti və səmimi münasibətlər, eləcə də iki xalq arasında tarixi və mədəni bağların daha da möhkəmlənməsi Azərbaycan-Özbəkistan əlaqələrinin strateji tərəfdaşlıqdan daha yüksək səviyyəyə yüksəlməsinə ciddi təkan verib”.

Politoloqa görə, Özbəkistanın Qarabağdakı fəaliyyəti yalnız bir layihə ilə məhdudlaşmayıb: “Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tam təmin etdikdən sonra Qarabağın və Şərqi Zəngəzurun bərpası prosesində ilk dəstək göstərən ölkələrdən biri, bəlkə də ilk ölkə məhz Özbəkistan olub. Özbəkistan yalnız Füzulidə məktəb tikintisi ilə kifayətlənməyib, Xankəndidə də böyük bir sənaye müəssisəsinin yaradılmasına və fəaliyyətə başlamasına öz töhfəsini verib. Bu, sadəcə iqtisadi və humanitar layihə deyil, eyni zamanda Özbəkistanın Azərbaycanın ərazi bütövlüyünə və Qarabağın Azərbaycan torpağı olduğuna verdiyi siyasi dəstəyin mühüm göstəricisidir.

Münasibətlərin daha yüksək səviyyəyə qalxmasının səbəblərindən biri də məhz budur. Azərbaycan Qarabağın bərpası və yenidən qurulması prosesinə dəstək verən, bu ərazilərə investisiya yatıran və ərazi bütövlüyümüzü birmənalı şəkildə dəstəkləyən ölkələrlə münasibətlərə xüsusi əhəmiyyət verir. Bu baxımdan Özbəkistanın mövqeyi olduqca aydın və ardıcıl olub. Özbəkistan həm keçmişdə, həm də bu gün Azərbaycanın ərazi bütövlüyünü müdafiə eləməklə Qarabağın Azərbaycana məxsusluğunu siyasi və praktiki müstəvidə təsdiqləyən ölkələrdən biridir.

Məhz buna görə də Azərbaycan-Özbəkistan münasibətləri son illərdə daha üst səviyyəyə qalxıb. Liderlərin qarşılıqlı səfərləri, yüksək səviyyəli görüşlər və imzalanan sənədlər iki ölkə arasındakı münasibətlərin institusional əsaslarını daha da möhkəmləndirib. Eyni zamanda, Azərbaycanın Özbəkistanda həyata keçirdiyi və həyata keçirməyi planlaşdırdığı böyük investisiya layihələri də bu əlaqələrin yalnız siyasi deyil, həm də iqtisadi baxımdan uzunmüddətli xarakter daşıdığını göstərir”.

Elxan Şahinoğlu hesab edir ki, “Əbədi müttəfiqlik” anlayışının əsas mahiyyəti iki ölkənin bir-birinə müxtəlif istiqamətlərdə qarşılıqlı dəstəyinin daha da gücləndirilməsidir: ““Əbədi müttəfiqlik” anlayışının mahiyyəti də məhz qarşılıqlı dəstəkdən, beynəlxalq təşkilatlarda bir-birinin mövqelərinin müdafiə edilməsindən, siyasi həmrəyliyin gücləndirilməsindən, iqtisadi əlaqələrin və qarşılıqlı investisiyaların artırılmasından ibarətdir.

Bununla yanaşı, Azərbaycanın dənizə çıxışı olmayan Özbəkistana Xəzər dənizinə və daha geniş nəqliyyat-logistika imkanlarına çıxış yaratması da iki ölkənin strateji əməkdaşlığının mühüm istiqamətlərindən biridir. Bütün bunlar, əlbəttə ki, müttəfiqliyin yalnız siyasi sənəddən ibarət olmadığını, real iqtisadi, nəqliyyat, investisiya və geosiyasi məzmun daşıdığını göstərir.

Hesab edirəm ki, Azərbaycan-Özbəkistan müttəfiqliyi bundan sonra da daha da güclənəcək. Çünki bu münasibətlərin arxasında yalnız dövlətlərarası siyasi maraqlar deyil, eyni zamanda, xalqlarımızı birləşdirən tarixi, mədəni və mənəvi bağlar dayanır.

Qazaxıstanla da Azərbaycanın çox sıx və strateji əlaqələri var. Lakin Özbəkistanı Azərbaycanın Mərkəzi Asiyadakı ən yaxın və əsas tərəfdaşlarından biri kimi ilk sıralara qoymaq mümkündür. Burada başqa mühüm məqam da var. Azərbaycanın Mərkəzi Asiya dövlətlərinin əməkdaşlıq formatlarına daha fəal şəkildə qoşulmasında Özbəkistanın və Prezident Şövkət Mirziyoyevin məxsusi dəstəyi olub. Xüsusilə Mərkəzi Asiya dövlət başçılarının toplantısına Prezident İlham Əliyevin də dəvət olunmasına ilk dəstək verən ölkələrdən biri məhz Özbəkistan və onun lideridir”.

Ekspertin fikrincə, Azərbaycan-Özbəkistan arasında əldə olunan bu yüksək səviyyəli müttəfiqlik modeli gələcəkdə digər Mərkəzi Asiya ölkələri ilə münasibətlərə də təsir göstərə bilər: ““Əbədi müttəfiqlik” məsələsinə gəldikdə isə bu, olduqca mühüm və güclü siyasi sazişdir. Belə sənədlər iki ölkə arasında çox nadir hallarda imzalanır. Çünki söhbət yalnız bugünkü münasibətlərdən deyil, gələcək siyasi nəsillər üçün də strateji istiqamətin müəyyənləşdirilməsindən gedir. Yəni, bu sənəd həm də liderlər dəyişdikdən sonra belə, iki ölkə arasındakı müttəfiqlik münasibətlərinin davamlı və dayanıqlı olacağının göstəricisidir.

Mümkündür ki, Azərbaycan–Özbəkistan “Əbədi müttəfiqlik” bəyannaməsi gələcəkdə digər Mərkəzi Asiya ölkələri üçün də bir nümunəyə çevrilsin. Məsələn, Qazaxıstan və Qırğızıstanın da Azərbaycanla daha yüksək səviyyəli müttəfiqlik sazişləri imzalaması mümkündür. Zatən Azərbaycanın həm Qazaxıstanla, həm də Qırğızıstanla çox yaxın, strateji və müttəfiqlik münasibətləri, eləcə də müxtəlif sahələri əhatə edən sazişləri mövcuddur. Lakin Özbəkistanın Azərbaycanla münasibətlərdə daha irəli addım ataraq “Əbədi müttəfiqlik” formatını təsbit etməsi digər Mərkəzi Asiya dövlətlərini də Azərbaycanla münasibətləri daha yüksək siyasi və hüquqi səviyyəyə qaldırmağa sövq edə bilər. Bu baxımdan Azərbaycan-Özbəkistan münasibətlərində əldə olunan yeni mərhələ təkcə iki ölkə üçün deyil, bütövlükdə Azərbaycanla Mərkəzi Asiya arasında strateji əlaqələrin gələcəyi baxımından böyük əhəmiyyət daşıyır.

Əslində, burada daha geniş bir geosiyasi prosesdən danışmaq mümkündür. Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında siyasi həmrəylik, qarşılıqlı investisiyalar, nəqliyyat və logistika layihələri, enerji əməkdaşlığı, ticarət əlaqələri və beynəlxalq platformalarda qarşılıqlı dəstək artdıqca, bu münasibətlərin müttəfiqlik səviyyəsində daha da möhkəmlənməsi tamamilə təbii prosesdir. Azərbaycan-Özbəkistan münasibətlərinin bugünkü dinamikası da göstərir ki, iki ölkə arasında əməkdaşlıq bundan sonra yalnız mövcud səviyyəni qorumaqla kifayətlənməyəcək, daha da dərinləşəcək və uzunmüddətli strateji tərəfdaşlıq modelinə çevriləcək”.//Musavat.com

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:157
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Avqust 2026 18:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see317

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see292

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see282

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see277

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see261

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see250

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see247

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see247

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see244

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see240

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see228

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see228

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see220

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see214

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see209

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see203

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see202

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see178

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri