Bakı və Riqa hökumətlərarası komissiyanın iclasının tarixini razılaşdırıb
Report.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Azərbaycan və Latviya iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın növbəti, doqquzuncu iclasının mayın 12-də Bakıda keçirilməsini razılaşdırıb.
“Report” Latviyanın Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu məsələ nazir Armands Krauzenin Azərbaycanın Riqadakı səfiri Elnur Sultanovla görüşündə müzakirə olunub.
Tərəflər latviyalı nazirin Azərbaycana planlaşdırılan səfərini, həmçinin ikitərəfli əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
"Görüşdə Latviya tərəfinin əvvəllər təqdim etdiyi əməkdaşlıq təkliflərinə xüsusi diqqət yetirilib. Azərbaycan meşə təsərrüfatı sahəsində tərəfdaşlığın inkişafına xüsusi maraq göstərib", - məlumatda vurğulanıb.
Müsahiblər ölkələr arasında aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq, qarşılıqlı fəaliyyətin daha da genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi üçün böyük potensialın olduğunu qeyd ediblər.
Qeyd edək ki, hökumətlərarası komissiyanın səkkizinci iclası 2022-ci ilin mayında Riqada keçirilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 03 Mart 2025 17:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















