Icma.az
close
up
RU
Səfir: Litva və Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edir

Səfir: Litva və Azərbaycan hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edir

Icma.az xəbər verir, Report.az saytına əsaslanaraq.

Litvanın yeni hökuməti Azərbaycanla ikitərəfli hökumətlərarası komissiyanın növbəti iclasının təşkilini müzakirə edir.

Bu barədə “Report”a Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus bildirib.

"Azərbaycan və Litva arasında ikitərəfli əməkdaşlıq üzrə hökumətlərarası komissiya əlaqələrin möhkəmləndirilməsinə və ikitərəfli gündəliyin genişləndirilməsinə təkan verən mühüm vasitədir. Litvada yeni hökumət yenicə formalaşdığı üçün hazırda hökumətlərarası komissiyanın iclasının planlaşdırılması məsələsi müzakirə olunur", - o qeyd edib.

Diplomat xatırladıb ki, Azərbaycan-Litva hökumətlərarası komissiyasının sonuncu iclası 2023-cü ildə Vilnüsdə keçirilib.

Səfir həmçinin qeyd edib ki, Bakı və Vilnüs arasında münasibətlər yüksək səviyyədədir və diplomatik qurumlar Litva Prezidentinin Azərbaycana səfərinə töhfə verə biləcək ikitərəfli gündəlik hazırlayır. "Lakin yaxın gələcəkdə belə bir səfər planlaşdırılmır", - o vurğulayıb.

"Dekabrın 30-da Litva Prezidenti Gitanas Nauseda Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar həmkarına və bütün Azərbaycan xalqına başsağlığı verib. Litva Prezidenti çətin günlərdə Azərbaycanla həmrəyliyini ifadə edib və təyyarə qəzasının səbəblərinin diqqətlə və şəffaf araşdırılmasının vacibliyini vurğulayıb", - K.Vaşkelyaviçyus bildirib.

Diplomatın sözlərinə görə, dövlət başçıları telefon danışığı zamanı Litva və Azərbaycan arasındakı münasibətləri də müzakirə ediblər. Prezident Nauseda vurğulayıb ki, Litva Azərbaycanla dostluq, səmimi və açıq ikitərəfli münasibətləri inkişaf etdirməyə və möhkəmləndirməyə davam edəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://report.az
archiveBu xəbər 10 Fevral 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see275

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see267

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see255

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see250

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see227

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see204

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see199

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see193

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see178

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see171

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see159

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see156

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see153

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see151

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see145

“iPhone”larda geri düyməsinin olmamasının səbəbi bu imiş

22 Yanvar 2026 06:18see141

Qarabag ın baş məşqçisi: Bəhlulun bütün səhvlərini bu qola görə bağışlamaq olar

22 Yanvar 2026 01:55see140

Qarabağ dan möhtəşəm qələbə: Ağdam 3:2 Frankfurt

21 Yanvar 2026 23:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri