Icma.az
close
up
RU
Bakı və Roma arasındakı münasibətlər etimad prinsiplərinə əsaslanır Deputat

Bakı və Roma arasındakı münasibətlər etimad prinsiplərinə əsaslanır Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Sentyabrın 30-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella arasında keçirilən görüşləri və mətbuata verilən bəyanatlar iki ölkə arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafında mühüm mərhələ kimi dəyərləndirilir. Bu səfər ikitərəfli əməkdaşlığın dərinləşməsi və yeni istiqamətlər üzrə genişlənməsi baxımından xüsusi əhəmiyyət kəsb edir".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Parlamentari bildirib ki, son illər ərzində qazanılan nailiyyətlər artıq konkret nəticələr və layihələr formasında özünü göstərir:

"Azərbaycan ilə İtaliya arasında münasibətlər qarşılıqlı hörmət və etimad prinsiplərinə əsaslanır. Bu əməkdaşlığın hüquqi bazasını 2015-ci ildə imzalanmış Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə və 2020-ci ildə qəbul edilmiş Hərtərəfli Strateji Tərəfdaşlıq sənədi təşkil edir.

Enerji sektoru Azərbaycan-İtaliya münasibətlərinin əsasını təşkil edən strateji istiqamətlərdən biridir. Azərbaycan uzun illərdir ki, həm neft, həm də qaz ixracı vasitəsilə İtaliyanın enerji təminatında mühüm rol oynayır. Hazırda Azərbaycan nefti bu ölkənin enerji balansında birinci, qazı isə ikinci yeri tutur. Həmin göstəricilər İtaliyanın enerji təhlükəsizliyində dövlətimizin mühüm mövqeyə malik olduğunu sübut edir.

Enerji və iqtisadi sahələrdə əldə olunan uğurlar artıq elm, təhsil və mədəniyyət sahəsində də öz əksini tapmaqdadır. Bu baxımdan İtaliya-Azərbaycan Universitetinin yaradılması iki ölkə arasındakı strateji tərəfdaşlığın ən önəmli humanitar layihələrindən biri kimi dəyərləndirilir. Oktyabrın 1-də Bakıda bu universitetin ilk tədris korpuslarının açılış mərasimi olub. Həmin layihə 2020-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş və ADA Universiteti ilə İtaliyanın beş aparıcı ali təhsil müəssisəsinin əməkdaşlığı nəticəsində reallaşdırılmışdır. Universitetdə hazırda 8 bakalavr və 2 magistr proqramı üzrə 640 tələbə təhsil alır. Müasir laboratoriyalar, emalatxanalar və tədqiqat mərkəzləri tələbələrin həm nəzəri biliklərə, həm də praktiki bacarıqlara yiyələnməsinə imkan yaradır. Burada təhsil alan tələbələr gələcəkdə ölkələrarası dostluq və tərəfdaşlıq münasibətlərinin daşıyıcılarına çevriləcəklər. Bütün bunlar münasibətlərin davamlılığını təmin edəcək əsas faktorlardan biridir. Azərbaycan-İtaliya münasibətləri təkcə ikitərəfli müstəvidə deyil, həm də Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafında mühüm rol oynayır. İtaliya hər zaman sözügedən əməkdaşlığın dərinləşməsinə dəstək verib. Son vaxtlar həmin istiqamətdə müsbət addımların atılması münasibətlərin gələcək inkişafı üçün əlverişli zəmin yaradır. Bu dəstək Azərbaycanın Avropa İttifaqı ilə daha geniş enerji, iqtisadi və siyasi əməkdaşlıq imkanlarının açılmasına xidmət edir. Nəticə etibarilə, İtaliya bu prosesdə mühüm körpü rolunu oynayır və Avropanın ümumi maraqlarına da töhfə verir.

Azərbaycan və İtaliya arasındakı münasibətlər bu gün strateji tərəfdaşlığın nümunəsi kimi təqdim olunur. Enerji sahəsində etibarlı əməkdaşlıq, iqtisadi əlaqələrin dinamik inkişafı, təhsil və mədəniyyət sahəsində reallaşdırılan layihələr bu tərəfdaşlığın möhkəm təməl üzərində qurulduğunu göstərir. Bakıda keçirilən görüşlər və bəyanatlar sübut edir ki, Azərbaycan-İtaliya münasibətləri gələcəkdə daha da genişlənəcək, yalnız iki ölkənin maraqlarına deyil, həm də regional və qlobal təhlükəsizlik və inkişaf proseslərinə təkan verəcək". 


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:67
embedMənbə:https://unikal.az
archiveBu xəbər 03 Oktyabr 2025 11:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see207

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see192

Bazel III standartlarına uyğunlaşdırmaq

09 Yanvar 2026 11:34see188

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see188

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see187

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see187

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see183

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see176

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see165

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see151

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see148

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see146

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see142

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see137

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see136

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see135

Bir sıra TV və radioların yayımı dayandırılacaq RƏSMİ

09 Yanvar 2026 13:59see130

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see125

“Mən neftin qiymətini aşağı saldım, bu, hər kəs üçün əladır” Trampdan Venesuela etirafı

09 Yanvar 2026 09:21see125

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri