Icma.az
close
up
RU
Bakı Skopye arasındakı münasibətlər dostluq prinsiplərinə əsaslanır Deputat

Bakı Skopye arasındakı münasibətlər dostluq prinsiplərinə əsaslanır Deputat

Icma.az, Unikal.az portalına istinadən məlumat verir.

"Azərbaycan ilə Şimali Makedoniya arasında ikitərəfli münasibətlər qarşılıqlı hörmət, dostluq və əməkdaşlıq prinsiplərinə əsaslanır. 25 iyun 1995-ci il tarixində Şimali Makedoniya Azərbaycanın müstəqilliyini tanımış, 28 iyun 1995-ci ildə isə diplomatik münasibətlər qurulmuşdur. O vaxtdan bəri tərəflər arasında siyasi, iqtisadi və humanitar sahələrdə əlaqələr dinamik inkişaf edir". 

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin deputatı Bədəl Bədəlov deyib. 

Deputatın fikrincə, ikitərəfli münasibətlərin əsas dayağını siyasi dialoq təşkil edir.

"Son dövrlərdə dövlət başçıları səviyyəsində aparılan müzakirələr bu dialoqun intensivliyini daha da artırmışdır. Prezident İlham Əliyevin Şimali Makedoniya Prezidenti Qordana Silyanovska-Davkova ilə ikinci görüşü siyasi əlaqələrin dinamik xarakter aldığını göstərir. Dövlətimizin başçısı vurğulayıb: “Bizim xanım Prezidentlə ikinci görüşümüz qısa müddət ərzində bunun əyani sübutudur. Siyasi əlaqələrimizin inkişafı üçün əlavə tədbirlər görülməlidir, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdırlar. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır...”.

 Avropa İttifaqı ilə imzalanmış enerji üzrə strateji tərəfdaşlıq bəyannaməsi də Azərbaycanın enerji sahəsində etibarlı tərəfdaş kimi rolunu gücləndirir. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, energetika sahəsində ikitərəfli formatda əməkdaşlıq bizim üçün çox önəmlidir və bu praktiki əməkdaşlıq digər sahələrdə də əməkdaşlığa gətirib çıxaracaq.

Hər iki tərəf ticari-iqtisadi sahədə potensialın dəyərləndirilməsinin vacibliyini vurğulayır. Hazırda Azərbaycanda 5 Şimali Makedoniya investisiyalı kommersiya qurumu qeydiyyatdadır, onlardan 3-ü aktiv fəaliyyət göstərir. İki ölkə arasında sərmayələrin qarşılıqlı qorunması və ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı imzalanmış sazişlər bu istiqamətdə hüquqi bazanı formalaşdırır.

Milli Məclisdə Azərbaycan-Şimali Makedoniya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. İki ölkə arasında indiyədək imzalanmış 5 sənəd əməkdaşlığın hüquqi əsaslarını müəyyən edir və gələcək qarşılıqlı fəaliyyət üçün zəmin yaradır. 

Azərbaycan-Şimali Makedoniya münasibətləri bu gün həm siyasi, həm enerji, həm də humanitar istiqamətlərdə genişlənməkdədir. Energetika sahəsində başlanmış praktiki əməkdaşlıq yaxın gələcəkdə iqtisadi və ticarət əlaqələrinin də intensivləşməsinə səbəb olacaq. Hər iki tərəfin iradəsi bu əlaqələrin gələcəkdə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsini təmin edəcək".


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://unikal.az
archiveBu xəbər 12 Mart 2025 13:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri