Icma.az
close
up
RU
Bakı yağışdan çıxıb yağmura düşdü Mikromobillik, yoxsa təhlükə mənbəyi?

Bakı yağışdan çıxıb yağmura düşdü Mikromobillik, yoxsa təhlükə mənbəyi?

Oxu.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Son vaxtlar Bakı şəhərində mikromobilliyin təmin edilməsi üçün salınan velosiped və skuter zolaqlarında hərəkət nəzərəçarpacaq dərəcədə intensivləşib.

Oxu.Az xəbər verir ki, özü-özlüyündə müsbət olan bu yenilik, paytaxtın nəqliyyat sistemində müəyyən problemləri də üzə çıxarıb.

Əsas narahatlıq doğuran məsələ mikromobillik zolağı ilə hərəkət edən skuter və velosiped sürücülərinin əksəriyyətinin yol-hərəkəti qaydalarına və təhlükəsizlik tədbirlərinə əməl etməməsidir. Buna misal olaraq bir neçə gün əvvəl skuterin vurduğu üçün ağır xəsarət alan Gənc Tamaşaçılar Teatrının aktrisası İradə Rəşidovanın başına gələn vəziyyəti göstərmək olar.

Skuterin vurması səbəbindən açıq kəllə-beyin travması, baş-beyin əzilməsi, ənsə nahiyəsinin kəllə ətraflarına keçən xətti sınığı, ənsə nahiyəsində dərialtı hematoma diaqnozları təyin edilən İradə Rəşidova Oxu.Az-a açıqlamasında bildirib ki, yolu keçərkən qəfildən skuter onu vurub.

"Onun kim olduğunu bilmədim. Ümumiyyətlə, bir anlıq nə baş verdiyini dərk etmədim. Vurdu və getdi. Yanımda yalnız iş yoldaşım olub. O da yolu keçərkən yanıma gəlib. Sonra isə məni həkimə apardılar. İlk olaraq polisə şikayət etmədim. Düşündüm ki, o da məni bilə-bilə vurmayıb. Sonra vəziyyətimin gözlədiyimdən ağır olduğunu gördükdə 39-cu Polis Bölməsinə şikayət verdim. Hələ ki, məni vuran şəxsin kim olması ilə bağlı bir məlumatım yoxdur", - deyə aktrisa bildirib.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Elbrus İbrahimov Oxu.Az-ın sorğusuna cavab olaraq hadisə ilə bağlı polisə müraciət daxil olduğunu təsdiqləyib.

"İyunun 6-da gecə saatlarında Səbail rayonu ərazisində vətəndaş İradə Rəşidovanın rayon ərazisində hərəkətdə olarkən skuterlə vurulması barədə polisə müraciət daxil olub. Hazırda vətəndaşın müraciəti əsasında ərazi üzrə polis orqanında araşdırma aparılır", - deyə E. İbrahimov bildirib.

Belə bir sual yaranır - mikromobillik zolağında bu cür piyadavurma hallarının baş verməsi qanunla necə tənzimlənir?

Baş Dövlət Yol Polisi İdarəsinin İctimai Qurumlarla Əlaqə Şöbəsindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hazırda moped və kiçik elektrik nəqliyyat vasitələri ilə bağlı qanunvericiliyə bir sıra əlavə və dəyişikliklər edilib.

"Bu dəyişikliklərə əsasən, konstruktiv maksimal sürəti saatda 50 km-dən artıq olan bütün nəqliyyat vasitələri, o cümlədən mopedlər dövlət qeydiyyat nişanlarına təhkim olunmalıdır. Həmçinin həmin nəqliyyat vasitələrinin sürücüləri müvafiq sürücülük kateqoriyasına sahib olmalıdırlar.

Eyni zamanda, kiçik elektrik nəqliyyat vasitələri anlayışı qanunvericiliyə daxil edilib, onların sürücülərinin hüquq və vəzifələri müəyyənləşdirilib. Bu dəyişikliklər "Yol hərəkəti haqqında" Qanuna daxil edilib və uyğun olaraq İnzibati Xətalar Məcəlləsində müvafiq normalar nəzərdə tutulub.

Hazırda moped və kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verən yol hərəkəti qaydalarının pozulması və yol hərəkəti təhlükəsizliyi əleyhinə olan inzibati xətalar qeydə alınır. Əgər bu nəqliyyat vasitələrinin, eləcə də digər ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə piyadaların və digər hərəkət iştirakçılarının xəsarət alması, ölümü və ya maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verərsə, həmin hadisələr qanunvericiliyə uyğun şəkildə araşdırılır və nəticələrə əsasən hüquqi qiymət verilir.

Bununla yanaşı, Baş Dövlət Yol Polisi İdarəsi bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, həmçinin ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinin yol hərəkəti qaydalarına qeyd-şərtsiz əməl etmələri istiqamətində mütəmadi və məqsədyönlü nəzarət-profilaktik tədbirlər həyata keçirir.

Xüsusilə vətəndaş cəmiyyəti institutları və medianın birbaşa dəstəyi ilə moped və skuter sürücüləri arasında maarifləndirmə, təbliğat və təşviqat işləri aparılır və bu istiqamətdə tədbirlərimiz davam etdirilir", - deyə məlumatda bildirilir.

Mikromobillik zolağında baş verən hadisə zamanı xəsarət alan şəxsin müəyyən olunması və məsuliyyəti məsələsinə gəlincə isə Şöbədən bildirilib ki, əgər hadisə zamanı xəsarət alan olursa, bu zaman xəsarət alan şəxsin sağlamlığına zərər dəydiyi üçün hadisənin baş verdiyi ərazi üzrə şəhər və yaxud da rayon polis orqanının tədqiqat qurumu, prosessual şəxs hadisə yerinə gəlir.

"Hadisə ilə bağlı müvafiq ekspertizalar təyin olunur. Sonda mütəxəssislərin verdiyi rəyə uyğun olaraq yetirilən xəsarətin dərəcəsi müəyyən olunur və ona uyğun olaraq hadisəni törədən şəxsin məsuliyyəti müəyyən edilir. Bu işlə artıq yol polisi deyil, istintaq-təhqiqat orqanı məşğul olur", - deyə məlumatda vurğulanır.

Əzizə İsmayılova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://oxu.az
archiveBu xəbər 10 İyun 2025 16:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see213

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see212

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see191

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see174

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see172

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see167

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see166

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see166

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see163

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see159

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see159

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see156

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see155

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see148

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see144

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see144

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see140

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see138

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see138

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri