Icma.az
close
up
RU
Yağışdan çıxıb yağmura düşən Mali xalqı, və ya Afrikada rus neomüstəmləkəçiliyi

Yağışdan çıxıb yağmura düşən Mali xalqı, və ya Afrikada rus neomüstəmləkəçiliyi

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 30 iyun, AZƏRTAC

Fransa Malidən qovulanda yerli xalq çox sevinmişdi. Artıq hər şey qaydasına düşəcək, ölkədə təhlükəsizlik, əmin-amanlıq olacaq. Lakin, 60 ildə 35 dövlət çevrilişi və qiyama şahidlik edən malililərin ümidləri nəinki doğrulmadı, hətta daha betər günlər başladı.

2021-ci ildə gedənlərin yerini dolduran “Vaqner” qrupu malililərin ümidlərini puça çıxardı. Afrika mediası və nüfuzlu tədqiqat qruplarının araşdırması hərbiləşdirilmiş qrupun Malidə törətdiklərini gün üzünə çıxardı. Bəs “Vaqner”in Afrikada iş prinsipi necədir?

AZƏRTAC xəbər verir ki, nüfuzlu “Jeune Afrique” tədqiqat saytı “Vaqner”in iş metodunu belə xarakterizə edir: Rəsmi struktur yoxdur, sözçü yoxdur, heç kimin qarşısında hesabat verilmir. Belə bir şəraitdə həm cəzasızlıq mühiti bərqərar olur, həm də qrupun fəaliyyətini araşdırmaq müşkülə çevrilir.

Afrika mediasında belə bir ümumi fikir hakimdir: Malidə “Vaqner” barədə danışmağa heç kim cürət etmir. Danışan və yazanlar naməlum şəraitdə yoxa çıxır, ölü tapılır, ya da ən yaxşı halda ölümcül döyülür. Lakin “Vaqner”in həbsxanalarından qurtulan malililərin etirafları dəhşətləri üzə çıxarmağa imkan verir. “Forbiggen Stories” qrupunun araşdırması zamanı adı gizli saxlanan şəxslərin etirafları qan dondurur.

Etiraflardan görünür ki, “Vaqner”in toruna düşmək üçün cinayət törətməyə ehtiyac yoxdur. 6 baza vasitəsilə ölkənin yarısına nəzarət edən qurum kimdən xoşu gəlməsə, yaxud kiminsə bir qədər maddi imkanı varsa onu “cihadçı” və ya “cihada dəstək” bəhanəsi ilə həbs edərək özünün həbsxanalarına gətirib. Burada insanlar soyundurulur, “duş qəbul etdirilir”, sonra isə dindirmə başlayır. Rus musiqisinin sədaları altında dindirmə işgəncə xarakteri daşıyır: döyülmə, dağlama, kürəyə qaynar kərpic qoyma və s. Heç bir həbs sənədləşdirilmir, sərbəst buraxılanlara isə bu barədə danışmamaları üçün hədə-qorxu gəlinir (vaxtilə SSRİ-də də hansısa texnogen qəza, yaxud xoşagəlməz hadisənin şahidlərindən gördüklərini 25 il ərzində danışmamaq barədə iltizam alınırdı – müəl.). Bu fəaliyyət prinsip etibarı ilə Rusiya Federasiyasında güc strukturlarının iş metodları ilə eyniyyət təşkil edir.

“Vaqner”in ilk böyük “uğuru” 2022-ci ilin martındakı Mura qırğını oldu. 3 gün ərzində 10 min nəfərin yaşadığı məntəqədə əməliyyat zamanı “cihadçı” adı ilə 600-dək təqsirsiz mülki şəxs öldürüldü. Faktı BMT-nin missiyası da təsdiq edib. Qrup Maliyə ayaq basdıqdan sonra onlarla kəndi xəritədən silib. Hamısına da “terrorçu” damğası vurularaq.

Bu Qurban bayramında da malililərin sevinci uzun çəkmədi. Onlar bayram günü “Vaqner”in ölkədən çıxması xəbərini Allahın lütfü kimi qəbul etdilər. Bir gün sonra isə onu Vaqnerin törəməsi “Africa Corps” əvəzlədi.

Belə görünür ki, fransız kolonializmindən azad olan malililər bu dəfə başqa bir “ağa”nın nəzarəti altına düşdülər. Həm də daha pis formada və qeyri-müəyyən müddətə.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 İyun 2025 04:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see267

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see228

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see202

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see184

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see180

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see172

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see157

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see154

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see149

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see146

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see144

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see142

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see137

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see137

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see135

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see134

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see132

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see132

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see131

Əfqanıstanlı kişi Britaniya xəstəxanasında 5 nəfəri yaraladı

31 Dekabr 2025 06:46see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri