Bakıda 10 yeni metro stansiyası tikiləcək
Icma.az bildirir, Unikal.az saytına əsaslanaraq.
“Cari ildə təsdiqlənmiş dövlət proqramı çərçivəsində ictimai nəqliyyat xidmətlərinin əlçatanlığının artırılması nəzərdə tutulub”.
"Unikal" xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov deyib.
“Eyni zamanda metro infrastrukturunun inkişafından tutmuş təqribən 300-ə yaxın vaqonun alınması, 10 yeni stansiyanın inşası (bu yalnız 2030-cu ilə qədər icra ediləcək), eləcə də dəmir yolu sahəsində tədbirlər görülür. Bu yaxınlarda Gəncədə, bəlkə də Azərbaycanda ilk dəfə olaraq, bütöv bir şəhərdə nəqliyyat infrastrukturunu yeniləmişik. Yaxın aylarda, il sonuna qədər Naxçıvanda da analoji tədbirin yekunlaşdırılması planlaşdırılır. Qarabağla bağlı bütün şəhərlərdə infrastrukturun qurulması nəzərdə tutulur”, - deyə nazir müavini bildirib.
Anar Kəlbiyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 22 Oktyabr 2025 13:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















