Bakıda 1,2 milyonluq dələduzluq edən şəxs yenidən kassasiya şikayəti verib
Icma.az, Pravda.az saytına istinadən bildirir.
Bakıda dələduzluqda təqsirləndirilən Seyhun Salahovun barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Ələsgər Novruzovun sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin ilkin hazırlıq iclası dekabrın 3-nə təyin edilib.
Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Salahov 10 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Ali Məhkəmə də qərarı dəyişdirmədən qüvvədə saxlayıb.
İttihama görə, S.Salahov ayrı-ayrı vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq edib. O, ümumilikdə 1 milyon 200 min manat dələduzluqda təqsirləndirilir.
Kamal Məmmədov

Bakıda dələduzluq edən falçı qadın kassasiya şikayəti verdi
03 Fevral 2025 09:16
Bakıda Türkiyə vətəndaşlarına qarşı dələduzluq edən şəxs apellyasiya şikayəti verdi
16 Dekabr 2024 10:59
Bakıda əmisini ov tüfəngi ilə öldürən şəxs kassasiya şikayəti verdi
25 Noyabr 2024 09:49
Bazarda həmkəndlisini bıçaqlayan şəxs kassasiya şikayəti verdi
21 Yanvar 2025 11:26
Təranə Səmədova yenidən kassasiya şikayəti verdi
15 Aprel 2025 08:35

