Icma.az
close
up
RU
Bakıda 13 yaşlı qız evdən qızıl və pul oğurlayıb sevdiyi oğlana VERDİ

Bakıda 13 yaşlı qız evdən qızıl və pul oğurlayıb sevdiyi oğlana VERDİ

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

Bakıda yetkinlik yaşına çatmayan qızı hədələyərək bir kiloqrama yaxın qızıl və xeyli pul alan şəxs həbs edilib.

Redaktor.az xəbər verir ki, hadisə Xətai rayonu Süleyman Vəzirov küçəsində baş verib.

Cəlilabad rayonu Göytəpə qəsəbə sakini 2003-cü il təvəllüdlü Elgiz Məmmədov İnstaqram sosial şəbəkəsində tanış olduğu 13 yaşlı Həliməni (şərti adlı) hədələyərək ondan külli miqdarda qızıl və pul alıb.

Araşdırmalar zamanı müəyyən edilib ki, Elgiz sosial şəbəkədə Heydər Əliyev adına liseyin 7-ci sinif şagirdi olan qızla tanış olub və onu sevdiyini deyib. Onlar aprelin 17-də məktəbin qarşısında görüşüblər və 21 yaşlı oğlan 13 yaşlı qıza xoş sözlər deyib, onu sevdiyini, çox bəyəndiyini bildirib. 3 gün sonra Elgiz Həliməyə 8-ci kilometr bazarında ayaqqabı mağazası açmaq istədiyini deyərək ondan 1000 manat borc pul istəyib. Elgizin xoş sözlərinə inanan yeniyetmə evdən gizli şəkildə 1000 manat götürərək ona verib.Bir neçə gün sonra qız pulu geri istədikdə Elgiz onu hədələməyə başlayıb və birgə çəkilmiş fotolarını İnstaqramda yayacağını deyib. O, 13 yaşlı qızı hədələyərək pul tələb etməyə başlayıb. Rüsvay olacağından qorxan məktəbli qız evdəki seyfdən 3 min dollar, 1500 manat və bir kiloqrama yaxın qızılı oğurlayaraq yaşadığı binanın dəhlizində Elgizə verib. Nəticədə Həlimənin anasına 82 min manata yaxın maddi ziyan dəyib. Elgiz də həmin qızıl və pullardan istifadə etməklə özünə yeni biznes qurub və mağaza açıb.

Yeniyetmənin anası evdəki seyfdən oğurluq olmasını bildikdən sonra hüquq mühafizə orqanlarına məlumat verib. Qısa vaxt sonra yeniyetmə qız hər şeyi etiraf edib və seyfdə olan pul və qızılları Elgizə verdiyini deyib.

Polisin keçirdiyi tədbirlərlə Elgiz Məmmədov tutulub. Onun barəsində Cinayət Məcəlləsinin 178 (Dələduzluq əməli) və 182-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 3 dekabr 2024-cü il tarixli hökmü ilə Elgiz Məmmədov 6 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib (publika.az).

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:140
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Dekabr 2024 13:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri