Bakıda 161 nömrəli marşrutla bağlı şikayətlər bitmir Sərnişinlər narazıdır
Icma.az bildirir, Olke.az portalına istinadən.
Redaksiyamıza Hövsan-Suraxanı istiqamətində hərəkət edən 161 nömrəli marşrut avtobusları ilə bağlı vətəndaş şikayəti daxil olub.
Ölkə.az-ın məlumatına görə, şikayətdə bildirilir ki, həmin marşrut üzrə avtobusların texniki vəziyyəti bərbaddır. İddialara görə, avtobuslar tez-tez sıradan çıxır, oturacaqlar yararsız haldadır və bu səbəbdən sərnişinlər hər gün işə və dərsə gecikir.
Vətəndaşın sözlərinə görə, edilən şikayətlərə baxmayaraq, problem uzun müddətdir həll olunmur:
“Bu 161 nömrəli marşrutların hamısı bərbad vəziyyətdədi. Gündə biri sıradan çıxır. Oturacaqlar pis vəziyyətdədi, camaat hər gün işə, dərsə gecikir. Hətta avtobusların biri içəridən çürüyüb, yağışlı havada palçığı içəri vururdu. Bir sözlə, avtobuslar bərbaddır", - deyə şikayətdə qeyd olunub.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) ilə əlaqə saxladıq.
AYNA-nın mətbuat katibi Tural Orucov saytımıza açıqlamasında bildirdi ki, 161 nömrəli marşrutda 9 avtobus 13-15 dəqiqə hərəkət intervalı ilə sərnişinlərə xidmət göstərir:
"Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın artmasına səbəb olur.
Daşıyıcıya köhnə avtobusların müasir nəqliyyat vasitələri ilə əvəzlənməsi barədə tapşırıq verilib. Tədbir görülmədiyi təqdirdə marşrut müsabiqəyə çıxarılacaq".
Həmidə İbrahimova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Noyabr 2025 15:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















