Icma.az
close
up
RU
Bakıda su problemi yaranıb Şikayətlər artıb

Bakıda su problemi yaranıb Şikayətlər artıb

Reyting.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.


İsti yay günlərində Bakı sakinləri su problemi ilə üzləşib. Paytaxtın müxtəlif ərazilərində sular kəsilib.
Reyting.az
Bizimyol.info-ya istinadla xəbər verir ki, susuzluq problemi Bakının həm mərkəzi hissəsində, həm də ətraf qəsəbələrdə - Yasamal, Nəsimi, Xətai, Xəzər rayonları da daxil olmaqla, əksər ərazilər müşahidə olunur.
Nəsimi rayonu, Əlibəy Hüseynzadə küçəsində yaşayan 70 yaşlı Həbibə Məmmədova deyir ki, iyulun 23-də səhər saatlarında qəfildən su kəsilib: “Heç bir xəbərdarlıq etmədən, bu isti yay günlərində suyu kəsiblər. Əvvəllədn heç nə deyilməmişdi, ona görə ehtiyat su da yığmamışdıq. Təsəvvür edirsiniz nə vəziyyətə qaldıq? Elə bir maddi imkanımız da yoxdur ki, gedib mağazadan pulla su alaq. Belə biabırçılıq olar? 40-45 dərəcə istidə adamı susuz qoymaq Yezidlikdir”.
Xəzər rayonu, Mərdəkan qəsəbəsinin sakini Elmar Məmmədov bildirir ki, qəsəbədə bir həftədir su yoxdur.
Yeni Ramana qəsəbəsinin sakini Röyal Qasımov da 5 gündür susuz qaldıqlarını deyir.
Pirşağı kəndində günboyu susuzluqla sınanan sakin, axşam saatlarında içəcək qədər suyun gəldiyini bildirir.
Suraxanı rayonu, Yeni Günəşli V massivində yaşayan Emil Abdullayev də 2 həftədir ki, su ilə sınağa çəkildiklərini bildirir.
İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin mediaya açıqlamasında iddia olunur ki, yayda havaların kəskin istiləşməsi nəticəsində suya olan tələbat artır. Mövcud qurğular və sudaşıyıcı kəmərlər ifrat yüklənir: “Əsas su gətirici magistral kəmərlərin üzərindəki, mühafizə zolağındakı mövcud tikililər suyun şərq zonasına çatdırılmasında və rejim tənzimlənməsində də əlavə problemlər yaradır.
Bütün bu amillər təchizatda fasilələrə səbəb olsa da, hazırda intensiv və sistemli tədbirlər görülür. Ümumilikdə fasiləsiz, o cümlədən qrafik rejimi əsasında su ilə təmin edilən kifayət qədər ərazilərin isti hava şəraiti səbəbindən su təminatı rejimində dəyişiklik edilməsi zərurəti yaranıb”.
Adıçəkilən qurum isti hava şəraitində mövcud problemlərin təsirinin minimuma endirilməsi məqsədilə abonentlərdən sudan daha da səmərəli istifadə etməyi xahiş edib.
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://reyting.az
archiveBu xəbər 24 İyul 2025 10:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see476

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see314

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see264

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see249

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see248

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see233

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see228

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see205

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see203

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see195

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see189

Corciya ştatında atışma baş verib İki nəfər ölüb, 35 nəfər yaralanıb

04 Oktyabr 2026 22:34see178

5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür

05 Oktyabr 2026 00:22see177

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see175

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see174

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see172

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see171

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see171

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see169

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri