Icma.az
close
up
RU
Bakıda 1 saat 45 dəqiqə yubanan marşrut Sərnişinlər narazıdır

Bakıda 1 saat 45 dəqiqə yubanan marşrut Sərnişinlər narazıdır

Icma.az, Bakupost portalına istinadən məlumat verir.

Sərnişinlər "Yaşıl bazar"-Xırdalan marşrutu üzrə işləyən 199 nömrəli avtobusların vəziyyətindən narazıdırlar.

Bu barədə Bakupost.az -a Bakı sakini Ramin Əhmədov bildirib.

Onun sözlərinə görə, 199 nömrəli marşrut avtobusları demək olar ki, hər gün yubanır.

"Xətdə çox az avtobus buraxılır. Elə olur ki, dayanacaqda 30-40 dəqiqə gözləyirik. Digər marşrutların 3-4-ü gəldiyi halda, 199 nömrəli avtobus ən tez gələndə 30 dəqiqədən bir gəlir. O da dolu olur, minmək, mənzil başına çatmaq olmur", – deyə o qeyd edib.

Şikayətçi hər gün sürücülərlə sərnişinlər arasında dava-dalaş olduğunu da bildirib:

"Biz hər gün axşamlar evə dava-dalaşla gedirik. Axşam saat 5-dən etibarən avtobuslar daha da gecikməyə başlayır. Gecikmə səbəbindən avtobuslar dolu gəlir, ya dayanmayıb keçir, ya da dayanır, amma minmək mümkün olmur. Gözləmə müddəti bəzən 1 saatdan çox, hətta 1 saat 45 dəqiqəyə çatır".

Əhmədov qeyd edir ki, sərnişinlərin çoxu narazıdır, amma məsələnin həlli üçün heç bir addım atılmb. Sürücülər isə ""Qaynar xətt"ə şikayət edin" deyirlər.

Məsələ ilə bağlı “Xaliq Faiqoğlu” şirkətinin mətbuat xidmətinin rəhbəri Nizam Rzayev Bakupost.az-a açıqlama verib.

O bildirib ki, hazırda 199 saylı müntəzəm marşrut xətti üzrə 20 avtobus istismar edilir.

"Avtobuslararası interval 8-10 dəqiqə müəyyən edilib. Həmçinin günün pik saatlarında "20 Yanvar" metrostansiyasından Xırdalan istiqamətinə əlavə avtobuslar buraxılır. Bəzi hallarda yollarda müşahidə edilən sıxlıq və tıxaclar, eləcə də digər məhdudiyyətlər intervalın pozulmasına, gecikmələrə səbəb olur," – deyə o qeyd edib.

Lalə, Bakupost

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 25 Noyabr 2024 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see320

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see300

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see283

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see281

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see260

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see256

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see254

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see247

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see243

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see236

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see232

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see217

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see215

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see211

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see205

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see196

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see196

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see191

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri