Icma.az
close
up
RU
® Bakıda 20 ci Yubiley Beynəlxalq “Caspian Investment Forum” keçiriləcək

® Bakıda 20 ci Yubiley Beynəlxalq “Caspian Investment Forum” keçiriləcək

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu il noyabrın 26-da Bakı şəhəri 20-ci Yubiley Beynəlxalq “Caspian Investment Forum”a ev sahibliyi edəcək. Forum “Caspian Energy Club”ın və Azərbaycan Milli Biznes Assosiasiyasının təşkilatçılığı, “ABB-İnvest”in baş tərəfdaşlığı, Bakı Fond Birjasının rəsmi tərəfdaşlığı və “Media Balans”ın kreativ tərəfdaşlığı ilə keçiriləcək.

Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib. Onun sözlərinə görə, illərdir regionun iqtisadi gündəmində mühüm yer tutan “Caspian Investment Forum” bu il də yerli və beynəlxalq biznes liderlərini, dövlət strukturlarının nümayəndələrini, nüfuzlu investisiya fondlarını və maliyyə qurumlarını bir araya gətirəcək.

Tədbirdə Azərbaycanla yanaşı, Çexiya, Qazaxıstan, Gürcüstan, Özbəkistan və Türkiyə kimi ölkələrdə fəaliyyət göstərən sahibkarların və sərmayədarların iştirakı gözlənilir.

Forumun əhəmiyyəti və məqsədləri barədə danışan Telman Əliyev bildirib ki, builki tədbir çərçivəsində kapital bazarlarının inkişaf perspektivləri, investor cəlbi və yeni maliyyə alətlərinin tətbiqi əsas müzakirə mövzuları olacaq. “İnvestisiya dalğalarında yenilik rüzgarı” şüarı altında keçirilən forum çərçivəsində iki əsas panel iclası nəzərdə tutulur. “Qiymətli kağızların buraxılması yolu ilə kapital cəlbi” adlı birinci paneldə kapital bazarlarında səhmlərin ilkin kütləvi yerləşdirilməsi (IPO) mövzusu diqqət mərkəzində olacaq. Beynəlxalq təcrübə mübadiləsi məqsədilə tədbirə Qazaxıstan və

Özbəkistanda uğurla IPO həyata keçirmiş şirkətlərin rəhbərləri dəvət olunub. Tədbirdə “ABB-İnvest”in baş tərəfdaşlarından biri olan “DriveWealth LLC” şirkətinin rəhbər heyətinin iştirakı da gözlənilir.

Paneldə, həmçinin ABB-nin İdarə Heyətinin üzvü də çıxış edəcək. Panelə “ABB-İnvest”in icraçı direktoru Nadir Babazadə moderatorluq edəcək.

"Təkrar bazarda qiymətli kağızların ticarəti" mövzusuna həsr olunmuş ikinci sessiyada isə təkrar bazar üzrə səhmlərin və istiqrazların ticarəti müzakirə ediləcək. Panel iştirakçıları arasında ABŞ-da fəaliyyət göstərən “DriveWealth LLC”nin nümayəndəsi, Milli Depozit Mərkəzinin rəsmisi, Bakı Fond Birjasının nümayəndəsi Oqtay Qasımov, eləcə də ABB və “ABB-İnvest”in nümayəndələri yer alacaqlar. Panelin moderatorluğu isə “ABB-İnvest”in nümayəndəsi tərəfindən həyata keçiriləcək.

“İllərdir iqtisadi əməkdaşlığın və investisiya dialoqunun aparıcı platformalarından biri kimi tanınan “Caspian Investment Forum”, Azərbaycanın maliyyə və investisiya mühitinin inkişafına töhfə verməklə yanaşı, Xəzəryanı regionda kapital bazarlarının dərinləşdirilməsi, həmçinin yerli və xarici investorların cəlb olunması baxımından əhəmiyyətli bir tribuna rolunu oynayır”, - deyə Telman Əliyev qeyd edib.

“Forumun əsas məqsədi Azərbaycanın və bütövlükdə Xəzəryanı regionun kapital bazarlarını inkişaf etdirmək, investorlar üçün yeni imkanlar açmaq və maliyyə dialoqunu daha da dərinləşdirməkdir”, - deyən Telman Əliyev fikrini yekunlaşdırıb.

Qeyd edək ki, “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında fəaliyyət göstərən bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində birləşdirmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”,“Award Organizers Group”,“Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”,“Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hazırda mövcud olan bütün xidmətlərlə yanaşı, hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və yaxın 7 il ərzində dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

2004-cü ildən fəaliyyət göstərən “Caspian Energy EXIFOR Group” dünyanın 20-dən çox ölkəsində “Caspian Energy Forum”, “Caspian Investment Forum”, Milli Biznesin İnkişafı Forumu, Milli Maliyyə Əlçatanlığı Forumu, “Caspian Innovation Forum” və iqtisadiyyatın fərqli istiqamətlərini əhatə edən beynəlxalq və milli forumlar, “meetup”lar və dəyirmi masalar təşkil edir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:456
embedMənbə:https://azertag.az
archiveBu xəbər 16 Oktyabr 2025 18:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri