Icma.az
close
up
RU
® Bakıda 1ci Beynəlxalq “Caspian Innovation Forum” keçiriləcək AZƏRTAC

® Bakıda 1ci Beynəlxalq “Caspian Innovation Forum” keçiriləcək AZƏRTAC

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cari il 4 dekabr tarixində “Caspian Energy Club”ın təşkilatçılığı ilə 1-ci Beynəlxalq “Caspian Innovation Forum” baş tutacaq. Tədbir rəqəmsal texnologiyaların inkişafı və informasiya texnologiyaları sahəsində qanunvericilikdə gözlənilən dəyişikliklər kimi aktual və strateji əhəmiyyət kəsb edən mövzulara həsr olunacaq. Bu barədə “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Forum haqqında danışan Telman Əliyev 1-ci Beynəlxalq “Caspian Innovation Forum”un Azərbaycanda ildə iki dəfə, Xəzər-Qara dəniz və Baltikyanı regionlarının ölkələrində isə ildə dörd dəfə keçiriləcəyini bildirib. “Forumun əsas məqsədi Azərbaycanın innovasiya və texnoloji inkişaf mərkəzi statusunu bir daha təsdiqləməkdir. Forum startapları dəstəkləyərək, onların beynəlxalq bazarlara çıxmasına kömək edəcək, beynəlxalq şirkətlərin Azərbaycan bazarına çıxmasına yol açacaq, qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar yaradacaq. Forum, həmçinin beynəlxalq şirkətlərə biznesin genişləndirilməsi üçün geniş perspektivlər açan Azərbaycan bazarına çıxmaq imkanı verəcək”, - deyə Telman Əliyev qeyd edib.

Məlumatda, həmçinin bildirilir ki, forumda innovativ texnologiyalar və süni intellektin tətbiqi sahəsində çalışan şirkətlərin fəaliyyət dairəsinin genişləndirilməsinə xüsusi diqqət yetiriləcək. Forum təcrübə və bilik mübadiləsi, yeni texnoloji həllərin təqdimatı, həmçinin investisiyaların cəlb edilməsi və biznes nümayəndələri arasında “networking”in inkişafı üçün mühüm platformaya çevriləcək.

1-ci Beynəlxalq “Caspian Innovation Forum”da moderator qismində “Caspian Energy Club”ın sədri və qrupun baş icraçı direktoru Telman Əliyev və Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz çıxış edəcəklər. Onu da qeyd edək ki, forumda Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi, Elektron Təhlükəsizlik Xidməti, “ASAN xidmət” mərkəzi və digər dövlət qurumlarının rəhbər və nümayəndələrinin iştirakı gözlənilir.

1-ci Beynəlxalq “Caspian Innovation Forum” yalnız rəqəmsal iqtisadiyyat, kiber təhlükəsizlik deyil, eyni zamanda, Azərbaycanın rəqəmsal inkişafı və bu sahədəki beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində atılacaq növbəti addımlar, Azərbaycanın beynəlxalq rəqabət qabiliyyəti, ölkəmizin rəqəmsal gələcəyinin formalaşdırılması və s. mövzuları da əhatə edəcək.

“Biz bütün maraqlı tərəfləri, xüsusilə də dövlət qurumlarını, texnologiya və innovasiya sahəsindəki aparıcı mütəxəssisləri və beynəlxalq tərəfdaşları bu mühüm tədbirdə iştirak etməyə dəvət edirik”, - deyə Telman Əliyev bildirib.

Tədbirin region ölkələri arasında əməkdaşlığın inkişafı, əlaqələrin möhkəmləndirilməsi və yüksək texnologiyalar və innovasiyalar sahəsində qarşılıqlı inteqrasiyanın təşviqi üçün mühüm mərhələyə çevriləcəyi gözlənilir.

“Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən dinamik və inkişaf edən regional təşkilatdır. Biznes-hökümət dialoqunun fəal iştirakçısı olan “Caspian Energy Club”ın əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasından, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılmasından və onlarda fəal iştirak etməkdən ibarətdir.

Biznes-networking üçün beynəlxalq platforma olan “Caspian Energy Club” mütəmadi olaraq müxtəlif tədbirlər təşkil edir.

Mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club”ın əsas fəaliyyəti Mərkəzi Dəhliz ölkələrini əhatə edir. “Caspian Energy Club”ın, həmçinin dünyanın 63 şəhərində rəsmi nümayəndəlikləri və səlahiyyətli nümayəndələri mövcuddur.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini idarə etmək məqsədilə yaradılıb. 5 il ərzində “Caspian Energy Club International” dünyanın 100 ölkəsində “Caspian Energy Club”ın fiziki ofislərini açmağı planlaşdırır. “Caspian Energy Club International”ın əsas funksiyalarından biri, klubun fəaliyyətinin müxtəlif ölkələrdə idarə edilməsi və “Caspian Energy Club” qrupuna daxil olan bütün xarici ofislər və şirkətlər üçün rəqəmsal iqtisadiyyat, yaşıl energetika, yaşıl maliyyə, rəqəmsal transformasiya və yaşıl və innovativ texnologiyaların tətbiqi sahələrində layihələrin lobbiləşdirilməsi və təşviqi üzrə vahid strateji planın formalaşdırılmasıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:219
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Noyabr 2024 14:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri