Bakıda 30 yaşlı qadın evdən qızılları oğurladı
Bakıda evdən külli miqdarda qızıl oğurlanıb.
Daxili İşlər Nazirliyindən Moderator.az-a verilən xəbərə görə, noyabrın 30-da Hövsan qəsəbəsindəki evlərin birindən 3000 manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb.
Suraxanı rayon Polis İdarəsinin 30-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 30 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Baxış sayı:70
Mənbə:https://moderator.az