Icma.az
close
up
RU
Bakıda 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirdi

Bakıda 38 yaşlı kişi həyat yoldaşına xəsarət yetirdi

Demokrat.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakının Sabunçu rayonunda 1988-ci il təvəllüdlü İlqar ailə münaqişəsi zəminində qeyri-rəsmi münasibətdə olduğu İlhaməyə (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 6-da rayonun Bakıxanov qəsəbəsi, Anaşkin küçəsində baş verib. 
Sabirabad rayon sakini İlqar həmin gün saat 21 radələrində yaşadıqları evin qonaq otağında İlhamə ilə mübahisə edib. İlhamənin onu nalayiq ifadələrlə təhqir etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə onun üz və boyun nahiyələrindən bir neçə dəfə vurub. 
Hadisəni törədən İlqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən İlqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Bakıxanov qəsəbəsi, Anaşkin küçəsi nömrəsiz ünvanda ailəsi ilə birgə yaşayır: “2015-ci ildə İlhamə ilə nikahdan kənar ailə həyatı qurmuşam və beş azyaşlı övladlarımız olub. Tez-tez qısqanclıq zəminində mübahisələr etmişik. 2025-ci ildə axşam saatlarında yaşadığımız evdə olarkən mobil telefonuma ismarıc gəldi. İlhamə isə qısqanclıq edərək həmin ismarıcın sevgiyə aid olduğunu düşündü və mənimlə sözlə mübahisə etdi”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2025-ci ilin iyunun 6-da, təxminən saat 21 radələrində evə gəlib: “Evin qonaq otağında olarkən, İlhamə həmin şəxslə danışdığını və vaxti ilə ona elçi getdiyini deyərək öz iradlarını bildirməyə başladı. Mənim ünvanıma nalayiq ifadələr işlətdi. Bu zaman aramızda mübahisə yarandıqda qəzəblənərək əlim ilə onun boyun və üz nahiyələrindən zərbələr vurdum. Sonra isə İlhamə hadisə barədə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə məlumat verdikdə təxminən 2-3 dəqiqə davam edən mübahisələrimiz bitdi”.
Sabunçu Rayon Məhkəməsinin hökmü ilə İlqar 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı evi hər gün axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub. 
Ona bu müddət ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməsi tapşırılıb. Həmçinin təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:195
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 15 Yanvar 2026 18:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see407

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see318

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see298

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see292

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see279

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see278

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see271

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see269

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see267

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see244

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see231

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see225

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see223

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see222

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see222

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see219

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see215

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see210

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see209

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri