Icma.az
close
up
RU
Xırdalanda 38 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Xırdalanda 38 yaşlı kişi sevgilisinə xəsarət yetirdi

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Abşeron rayonunda 38 yaşlı kişi sevgi münasibətində olduğu qadınla arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin sentyabrın 1-də Xırdalan şəhərində baş verib. Qazax rayon sakini, 1987-ci il təvəllüdlü Səfər qeyri rəsmi münasibətdə olduğu Zəminənin onun mobil telefonuna göndərilmiş fotoşəkilə görə ona irad bildirməsi zamanı onunla mübahisə edib. 
Aralarında qısqanclıq zəminində yaranmış narazılıqla bağlı baş vermiş mübahisə zamanı zərərçəkmiş şəxsin üzərinə hücum edib və əli ilə onun burun, göz, sifət, baş nahiyələrinə ardıcıl zərbələr vurub. 
Hadisəni törədən Səfərin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Səfər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2009-cu ildə Süsən ilə ailə həyatı qurub və birgə nigahdan 3 azyaşlı övladı var: “Təxminən hadisədən əvvəl, 3 ay olar ki, zərərçəkmiş Zəminə ilə tanış olaraq onunla qeyri-rəsmi münasibətdə yaşamışam. Ötən ilin sentyabrın 1-də, saat 23  radələrində Zəminə ilə birlikdə yaşadığım mənzildə olarkən istifadə etdiyim mobil telefonuna tanışım tərəfindən yarıçılpaq qadın şəkli göndərildi. Zəminə bunu  bilidi və öz etrirazını bildirdiyi üçün aramızda bu səbəbdən mübahisələrimiz baş verdi. Mübahisə zamanı əsəbiləşərək onun  üzərinə getdim, əlim ilə onun sifət nahiyəsinə bir neçə dəfə zərbə vurdum. Sonra isə sakitləşdim. Həmin mübahisə təxminən 3-5 dəqiqə davam etdi. Həmin zaman evdə Zəminənin azyaşlı övladları olsa da, onların başqa otaqda olduqları üçün mübahisəni görməyiblər”. 
İş üzrə zərərçəkmiş Zəminənin sözlərinə görə, Şakir ilə 2017-ci ildə ailə həyatı qurub, birgə nigahlarından iki az yaşlı övladı var: “Şakirdən 2024-cü ilin mart ayında Balakən Rayon Məhkəməsinin qərarı ilə boşandım. Barəsində şikayət etdiyim Səfər ilə təxminən hadisədən 3 ay olar ki, qeyri-rəsmi münasibətində olmuşam. Ötən ilin sentyabrın 1-də, gecə saat 23 radələrində birgə yaşadığımız mənzildə olarkən Səfərin istifadə etdiyi mobil telefonuna tanışı tərəfindən yarıçılpaq qadın şəkli göndərildi. Mən də bunu bildiyim üçün öz etirazımı  bildirdim. Bunun üçün aramızda mübahisələri yarandı. Mübahisə zamanı Səfər üzərimə gələrək əli ilə bir neçə dəfə sifətimə, gözümə, burnuma zərbələr vurdu, mənə xəsarət yetirdi. Sonra isə vəziyyətimin pis olduğunu görərək sakitləşdi”.
Bu işə Abşeron Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 8 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsin üzərinə cəza çəkdiyi müddətdə yaşayış yerini axşam saat 21:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Agstafa rayonu ərazisi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan  yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin  dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:141
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 27 Noyabr 2025 14:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see326

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see305

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see290

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see263

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see259

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see251

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see244

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see237

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see231

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see222

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see222

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see222

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see212

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see206

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see204

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see200

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see193

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see184

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri