Icma.az
close
up
RU
Bakıda 55 yaşlı kişi mahnıya qulaq asan arvadını döydü TƏFƏRRÜAT

Bakıda 55 yaşlı kişi mahnıya qulaq asan arvadını döydü TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakının Binəqədi rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib. 
Demokrat.az
-ın əldə etdiyi xəbərə görə, hadisə 2024-cü ilin oktyabrın 23-də rayonun Yuxarı Sulutəpə qəsəbəsində baş verib. 
Ağsu rayon sakini, 1970-ci il təvəllüdlü Güloğlan həmin gün, saat 16 radələrində yaşadığı fərdi yaşayış evinin yataq otağında arvadı Elnarə (adlar şərtidir – red.) ilə mübahisə edib. 
Aralarında ailə münasibətlərinin pozulması nəticəsində baş vermiş mübahisə zamanı sağ əli ilə 2 dəfə arvadının sol gözünün alt nahiyyəsinə qəsdən yumruq zərbəsi vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 
Hadisəni törədən Güloğlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. 
O, ifadəsində göstərib ki, zərərçəkmiş Elnarə ilə birgə nikahlarından bir uşaqları var: 
“Oktyabrın 23-də, saat 16 radələrində yaşadığımız evə gəldim. Arvadıma çay üçün səslənsəm də, arvadım telefonla mahnıya qulaq asdığından çağırışıma məhəl qoymadı. Bu zaman əsəbiləşərək Elnarə ilə mübahisə etdim. Sonda özümü saxlaya bilməyərək sağ əlim ilə yumruqla arvadımın sol gözünün alt hissəsinə iki dəfə zərbə endirdim. Həmin vaxt evdə başqa heç kim olmayıb. Hadisədən sonra arvadım ilə dəfələrlə barışmağa cəhd etsəm də, arvadım bu təkliflərimi qəbul etməyib”. 
Bu cinayət işinə Binəqədi Rayon Məhkəməsində baxılıb. 
Məhkəmənin hökmü ilə Güloğlan 6 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. 
Təqsirləndirilən şəxsə daimi yaşayış yeri olan evi axşam saat 22:00-dan növbəti gün səhər saat 07:00-dək tərk etməsi qadağan olunub. Ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə  saxlanılması üçün xidmət etmək tapşırılıb. 
Bundan başqa, təqsirləndirilən şəxsin yaşadığı Bakı şəhəri hüdudlarını tərk etməsi qadağan edilib. Onun üzərinə müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:163
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 07 Noyabr 2025 13:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri