Icma.az
close
up
RU
Bakıda ABŞ də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin fərdi sərgisi açılacaq

Bakıda ABŞ də yaşayan azərbaycanlı rəssam Vüqar Quliyevin fərdi sərgisi açılacaq

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Bakının mərkəzində yerləşən "Nine Senses" incəsənət mərkəzində ABŞ-da yaşayan və fəaliyyət göstərən azərbaycanlı rəssam Vüqar Quliyevin "Dönüş nöqtəsi" adlı fərdi sərgisi açılacaq.
Demokrat.az xəbər verir ki, fevralın 21-i saat 20.00-da açılışı olacaq sərginin kuratoru Sofiya Frankdır.
Kuratorun sözlərinə görə, son illər narahatlıq və sarsıntılar dövrü olub:
"Dünya münaqişələr dalğası ilə üz-üzə qalıb – Qarabağdan Ukraynaya, Qəzza zolağından Kəşmirə, Kosovodan Tayvana qədər. Afrika ölkələri, Yaxın Şərq, Mərkəzi Asiya – zorakılığın coğrafiyası sürətlə genişlənir. "Üçüncü dünya müharibəsi" ifadəsi getdikcə daha çox səslənir və müharibə yenidən insan talelərini müəyyən edən əsas amilə çevrilir".
"Мüharibə yaşamış insanlar artıq heç vaxt əvvəlki kimi olmurlar. Hər kəsin həyatında dönüş nöqtəsi yaranır – elə bir an ki, ondan sonra keçmişə qayıtmaq mümkün deyil. Bu nöqtə itki ola bilər – evin, yaxın insanın, insanlığa inamın itirilməsi. Amma bu, həm də qazanc ola bilər – yeni hisslər, münasibətlər, dərk etmələr. Müharibə insan təcrübəsinin ən ekstremal forması kimi həm cəhənnəmi, həm də ilahi duyğuları üzə çıxarır. Kritik anda biz insanlıq adlandırdığımız anlayışı tanıya bilirik – saf, müqəddəs və dəyərli", – konsepsiyada bildirilir.
Rəssam Vüqar Quliyev zaman keçdikcə hadisələrin qavranılmasının necə dəyişdiyini, xatirələrin şəraitin, ideologiyaların və şəxsi yaşantıların təzyiqi altında necə transformasiya olunduğunu araşdırır.
Sərgidə təqdim olunan hər bir əsər yaddaşda dirçəldilən, yenidən düşünülən, lakin unudulmayan vizuallaşdırılmış dönüş nöqtəsidir.
Çoxqatlı texnika, rəng kontrastı və nöqtələrin ritmi vasitəsilə Quliyev xatirələrdə zamanın izini təsvir edir. Onun əsərləri həm xronika, həm də düşüncədir. Bu işlərdə itki ağrısı ilə yanaşı, işığın əksi, içimizdəki müqəddəsin təzahürü də var.
Məlumat üçün bildirək ki, Vüqar Quliyev ABŞ-da mükafatlara layiq görülmüş rəssamdır. O, 1984-cü ildə Azərbaycanda anadan olub və yaradıcılıq yoluna erkən uşaqlıqdan başlayıb. 1999-cu ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə daxil olub. 2003-cü ildə təhsilini Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında davam etdirib.
Qeyd edək ki, sərgi martın 21-dək davam edəcək.
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:451
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ozan Güven “Aşk ı Memnu”nun “Behlül”ü ola bilərmiş

16 Noyabr 2026 02:02see300

İngiltərə İspaniyanı məğlub edərək qrup lideri OLDU

16 Noyabr 2026 01:51see292

Futbol turniri valideynlərin davranışına görə dayandırıldı

16 Noyabr 2026 01:15see256

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see244

İtaliyadan Ukraynaya yeni hərbi dəstək: İki peykin radar məlumatları veriləcək

15 Noyabr 2026 22:01see242

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see241

Belçikadan möhtəşəm geridönüş: İtaliya darmadağın edildi

16 Noyabr 2026 01:56see238

Braziliya futbolunun əfsanəsi 11 il sonra futbola qayıtdı...

16 Noyabr 2026 00:05see229

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see225

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see223

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see219

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see201

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see201

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see199

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see198

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see194

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see192

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see190

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see182

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri