Icma.az
close
up
RU
Tbilisidə azərbaycanlı rəssamın fərdi sərgisi açılacaq

Tbilisidə azərbaycanlı rəssamın fərdi sərgisi açılacaq

Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Tbilisi, 1 fevral, AZƏRTAC

Tbilisidəki M.F.Axundzadə adına Azərbaycan Mədəniyyəti Mərkəzində gənc azərbaycanlı rəssam Könül Babayevanın rəsm əsərlərindən ibarət fərdi sərgisi açılacaq.

K.Babayeva AZƏRTAC-a müsahibəsində deyib ki, əsasən ana-övlad məhəbbətinə həsr olunmuş sərgi martın 3-də Gürcüstanda qeyd olunan Analar Gününə həsr olunacaq.

Rəssam bildirib ki, tədbirin məqsədi anaların, ana təbiətin və ümumiyyətlə ana sevgisinin və bu sevginin təzahürlərinin incəsənət əsərləri vasitəsilə nümayiş etdirməkdir. Onun sözlərinə görə, sərgidə təkcə analarla onların körpə övladlarının sevgisini təsvir edən rəsmlər deyil, ümumilikdə təbiətdəki canlılar arasındakı bağları əks etdirən əsərlər də təqdim olunacaq.

Rəssam qeyd edib ki, 20-yə yaxın əsərin nümayiş etdiriləcəyi sərginin məqsədi sevginin universal dəyər olduğunu göstərməkdir.

“Ana sevgisi təkcə insanlarda yox, təbiətdə də öz təcəssümünü tapır. Sərgi vasitəsilə hər kəsə bu gözəl duyğuları çatdırmaq istəyirəm”,– deyə K.Babayeva vurğulayıb.

Qeyd edək ki, Könül Babayeva artıq iki ildir Gürcüstanda yaşayır və fəaliyyət göstərir. Rəssamın ötən il 8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş ilk sərgisi də M.F. Axundzadə adına Azərbaycan Mədəniyyət Mərkəzində təşkil olunub.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://azertag.az
archiveBu xəbər 01 Fevral 2025 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see307

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see282

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see281

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see272

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see271

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see263

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see262

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see259

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see252

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see245

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see232

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see231

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see221

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see216

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see214

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see213

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see210

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see198

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see197

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri