Icma.az
close
up
RU
Bakıda “Ahıska türkləri itmiş sürgünün izində” sərgisi açılıb

Bakıda “Ahıska türkləri itmiş sürgünün izində” sərgisi açılıb

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bakı, 21 avqust, AZƏRTAC

Milli Azərbaycan Tarixi Muzeyində “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, sərgi Türkiyə Respublikası Xarici İşlər Nazirliyi və Dünya Ahıska Türkləri Birliyinin əməkdaşlığı çərçivəsində hazırlanıb. Sərgi 1944-cü ildə Ahıska türklərinin doğma torpaqlarından deportasiya edilməsinin tarixi və nəticələrinə həsr olunub. Ekspozisiyada Ahıska türklərinin sürgün zamanı və sonrakı dövrlərdə yaşadıqları hadisələri əks etdirən tarixi sənədlər, fotoşəkillər və şahidliklər təqdim olunur.

Sərginin əsas məqsədi Ahıska türklərinin yaşadığı sürgün faciəsinin tarixi yaddaşda qorunması, onların milli və mədəni kimliyinin gələcək nəsillərə çatdırılması, eləcə də bu tarixi hadisəyə ictimai diqqətin artırılmasıdır. Ekspozisiyada sürgünün yalnız tarixi hadisə kimi deyil, bir xalqın doğma torpağı, kimliyi, mədəniyyəti və yaddaşı ilə əlaqəsi kontekstində təqdim edilməsinə xüsusi diqqət yetirilir. Müxtəlif coğrafiyalara səpələnmiş Ahıska türklərinin həyat hekayələri, parçalanmış ailələr, sürgün illərinin xatirələri və ana vətənə qayıdış arzusu sərginin əsas mövzularını təşkil edir.

“Ahıska türkləri – itmiş sürgünün szində” sərgisi ilk dəfə 12 iyun 2026-cı il tarixində İstanbul Atatürk Mədəniyyət Mərkəzində Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidanın iştirakı ilə ziyarətçilərə təqdim olunub. İstanbulda iki həftə nümayiş olunan sərgi yerli və xarici ziyarətçilərin marağına səbəb olub. Sərginin kuratoru Beste Gürsu, ekspozisiya üçün xüsusi musiqilərin müəllifi isə bəstəkar Fahir Atakoğludur. Tarixi sənədlər, fotoşəkillər və canlı şahidliklər vizual və audio materiallarla bir araya gətirilərək ziyarətçilərə Ahıska türklərinin tarixi və kollektiv yaddaşı haqqında geniş təsəvvür yaradır.

Sərginin İstanbuldan Bakıya Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə qatarla daşınması da xüsusi rəmzi məna daşıyır. Bir zamanlar sürgün nəticəsində ayrılan coğrafiyaların bu gün dəmir yolu vasitəsilə birləşdirilməsi sərginin yaddaş və qardaşlıq mesajını daha da gücləndirir.

Azərbaycanın sərginin növbəti ünvanı olması da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan uzun illərdir Ahıska türklərinə dəstək göstərərək onların ölkənin müxtəlif bölgələrində məskunlaşmasına və yeni həyat qurmasına şərait yaradıb. Saatlı, Sabirabad, Şəmkir, Gəncə, Quba və Xaçmaz kimi şəhər və rayonlarda Ahıska türkləri məskunlaşıb.

Tədbirdə çıxış edənlər Ahıska türklərinin tarixi, 1944-cü il deportasiyasının nəticələri, tarixi yaddaşın qorunmasının əhəmiyyəti, Azərbaycan və Türkiyənin Ahıska türklərinə göstərdiyi diqqət və dəstək, eləcə də Azərbaycan-Türkiyə qardaşlıq münasibətlərindən bəhs ediblər.

Açılış tədbirində Azərbaycan və Türkiyədən olan rəsmi şəxslər, ictimaiyyət nümayəndələri, tarixçilər, Ahıska türklərinin təmsilçiləri, mədəniyyət xadimləri və digər qonaqlar iştirak ediblər.

Tədbirdə Dünya Ahıska Türkləri Birliyinin sədri Ziyəddin Kassanov, Azərbaycan Respublikasının mədəniyyət nazirinin müavini Səadət Yusifova, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün və Ahıska türklərinin nümayəndələri çıxış edərək tarixi yaddaşın qorunması və bu cür sərgilərin təşkilinin gənc nəsillərin öz tarixini daha yaxından tanıması baxımından əhəmiyyətli olduğunu bildiriblər.

Sərgidə nümayiş olunan hər bir fotoşəkil, sənəd və şahidlik Ahıska türklərinin tarixinin müəyyən bir mərhələsini əks etdirir. Sərgi vasitəsilə keçmişin səssiz şahidlikləri bu günün yaddaşına gətirilir. Bu yaddaş isə gələcək nəsillər üçün tarixi məsuliyyətə çevrilir.

Sərginin konsepsiyasında əsas diqqət yalnız sürgünün ağrılarını göstərməyə deyil, eyni zamanda, Ahıska türklərinin bütün çətinliklərə baxmayaraq, öz kimliklərini qoruyub saxlamalarına, ailə və mədəniyyət bağlarını yaşatmalarına və gələcəyə olan ümidlərini itirməmələrinə yönəlib. Bu baxımdan, sərgi həm tarixi hadisənin sənədləşdirilməsi, həm də Ahıska türklərinin kollektiv yaddaşının yaşadılması baxımından mühüm mədəni layihə kimi qiymətləndirilir.

Bakıda nümayiş olunduqdan sonra “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi Türkiyədə davam edəcək. Sərginin növbəti təqdimatı noyabrın 14-də – Ahıska türklərinin 1944-cü il sürgününün ildönümündə Tarixi Ankara Vağzalında təşkil ediləcək. Beləliklə, İstanbuldan Bakıya, Bakıdan Ankaraya uzanan sərgi səfəri Ahıska türklərinin tarixinin müxtəlif auditoriyalara çatdırılmasına xidmət etməklə yanaşı, ortaq yaddaşın, Azərbaycan-Türkiyə qardaşlığının və tarixi-mədəni bağların daha da möhkəmləndirilməsinə töhfə verəcək. Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, “Ahıska türkləri – itmiş sürgünün izində” sərgisi avqustun 21–28-də Milli Azərbaycan Tarixi Muzeyində ziyarətçilər üçün açıq olacaq.

Müxbir - Tünzalə Arazlı

Fotoqraf - Xanlar

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://azertag.az
archiveBu xəbər 21 Avqust 2026 15:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see293

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see290

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see274

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see258

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see249

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see243

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see238

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see233

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see227

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see226

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see215

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see203

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see200

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see199

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see197

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see197

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see194

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see183

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see183

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri