Icma.az
close
up
RU
Bakıda aptekdə qadın işçini döyən müdir barədə Sensasion iddia: Arvadını boşa...

Bakıda aptekdə qadın işçini döyən müdir barədə Sensasion iddia: Arvadını boşa...

Icma.az xəbər verir, Medicina saytına əsaslanaraq.


Bakı şəhəri, Səbail rayonunda, Rəşid Behbudov küşəsinə yaxın apteklərdən birində .aptek müdiri olduğu bildirilən Cabbarov Elnur Elman oğlu işçisi Aysel adlı xanımı vəhşicəsinə döyüb. Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Yayılanan görüntülərdən müdirin işçini yumruqlayıb yerə yıxdığı, daha sonra təpiklədiyi və yerlə sürüdüyü görünür.

"Medicina" xəbər verir ki, hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Bakupost.az -ın əldə etdiyi məlumata görə, hadisə bu il iyulun 7-də baş verib. Məsələnin üstü aptekin digər işçisi Şəhanə Quliyevanın insidentin görüntülərini döyülən Ayselin yaxınlarına verməsindən sonra açılıb. Bundan sonra isə aptekin müdiri Elnur Cabbarovla Şəhanə Quliyevanın həyat yoldaşı Zamin Quliyev arasında qarşıdurma yaranıb.


Z.Quliyevin qardaşı Qabil Quliyev baş verənlər haqqında Bakupost.az -a ətraflı danışıb. O, əvvəlcə Ayselin döyülməsinin səbəblərinə toxunub:

"Bu hadisədə döyülən, təhqir olunan, zərər çəkən təkcə Aysel deyil. Bu, bütövlükdə Azərbaycan xalqının problemidir. Hadisənin necə baş verməsinə gəlincə, Ayselin iş yoldaşı ona "müəllim dovşana oxşayır" məzmunlu mesaj yazıb. Aysel isə bu mesaja yalnız gülüş smayliki ilə cavab verib. Lakin aptekin Aysel adlı başqa bir işçisi bu mesajın ekran görüntüsünü alaraq müdirə göndərib.

Bundan sonra Elnur Cabbarov aptekə gələrək Ayseli vəhşicəsinə döyüb. Hadisədən sonra döyülən qızın anası mənim qardaşımın yoldaşına zəng edərək kamera görüntülərini istəyib. Kamera görüntülərini əldə etdikdən sonra o, məsələ ilə bağlı 22-ci Polis İdarəsinə müraciət edib. Lakin daha sonra Elnur Cabbarovla Ayselin ailəsi arasında barışıq əldə olunub".

Q.Quliyevin sözlərinə görə, onlar arasında barışıq əldə edildikdən sonra aptekin müdiri Elnur Cabbarov həmin görüntülərin kim tərəfindən yayıldığını öyrənərək, qardaşımın yoldaşı Şəhanə Quliyevanın ünvanına nalayiq ifadələr və əxlaqsız sözlər işlədib. Avqustun 31-də qardaşım Zamin Quliyev bu davranışa biganə qalmayıb və onunla Elnur Cabbarov arasında əlbəyaxa dava baş verib. Aptek müdiri hadisə ilə əlaqədar qardaşımdan xuliqanlıq maddəsi üzrə şikayətçi olub. Hazırda Zaminin işinə Nərimanov Rayon Polis İdarəsində baxılır.

Elnur Cabbarov bizə bildirir ki, Zamin Quliyev həyat yoldaşı Şəhanə Quliyeva ilə boşandığı halda, şikayətini geri götürəcək. Biz bu məsələnin obyektiv araşdırılmasını, həm Ayselin, həm də Şahanənin hüquqlarının müdafiəsini tələb edirik.

Elnur Cabbarov açıq şəkildə bildirir ki, "mənim pulum var, 2 həftədə 50-100 min qazanan oğlanam. Siz mənə heç nə edə bilməzsiniz. Pulumu verib bu işdən çıxaram".

Hətta mənə deyir ki, "elə edəcəm ki, qardaşın öz yoldaşından boşansın, ondan sonra şikayət ərizəmi geri çəkəcəm".

Məsələ ilə bağlı Elnur Cabbarovla da əlaqə saxlamağa çalışsaq da, o, zənglərimizə cavab vermədi.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən isə Bakupost.az -a bildirildi ki, hazırda məsələ ilə bağlı istintaq davam edir.


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 25 Noyabr 2024 14:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see279

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see263

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see220

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see209

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see202

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see201

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see199

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see196

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see192

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see185

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see181

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see176

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see175

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see175

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see174

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see174

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see172

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see171

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see171

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri