Arvadını süpürgə ilə döyən ərin cəzası bəlli oldu
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Bakının Sabunçu rayonunda ər-arvad arasında yaranan narazılıq cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Şakir həyat yoldaşı Təhminə (adlar şərtidir – red.) ilə mübahisə edib.
Buna səbəb qadının əri ilə kobud danışması olub. Aralarında yaranmış mübahisə zamanı Şakir qəsdən əli və süpürgə ilə arvadının bədəninin müxtəlif nahiyələrinə bir neçə dəfə zərbə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Faktla bağlı Şakirin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Sabunçu Rayon Məhkəməsində aparılan araşdırma zamanı təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışdığı müəyyən edilib.
Cinayət Məcəlləsinin 73.2-ci maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. İş üzrə icraata xitam verilib.
Fariz Məlikli
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.

Bu mövzuda digər xəbərlər:Bakıda arvadını döyən ərin işində gözlənilməz qərar
03 İyun 2026 18:31
Arvadını qısqanclığa görə döyən şəxsin cəzası azaldıldı
06 Avqust 2025 09:14
Arvadını namaz üstə öldürən ərin məhkəməsi başladı
01 Sentyabr 2025 13:31
Bakıda arvadını döyən kişi islah işləri cəzası aldı
30 İyul 2025 16:31
Baxış sayı:125
Bu xəbər 04 Avqust 2026 18:34 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları