Icma.az
close
up
RU
Bakıda at qutabı satırlar: Ayırd etmək də olmur AÇIQLAMA

Bakıda at qutabı satırlar: Ayırd etmək də olmur AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

“Hazır məhsulun, xüsusən də qiymə halına salınmış ətin tərkibini laborator analiz olmadan vizual şəkildə müəyyən etmək qeyri-mümkündür”.
Demokrat.az saytı xəbər verir ki, bu sözləri qida məsələləri üzrə baş mütəxəssis Ağa Salamov Bakıda qutabın içərisində at əti aşkar olunması faktını şərh edərkən deyib. O bildirib ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsində fəaliyyət göstərən fərdi sahibkar Cavanşir Quliyevə məxsus müəssisədə hazırlanan qutablarda at DNT-sinin tapılması istehlakçıların birbaşa aldadılmasıdır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) apardığı monitorinqlər zamanı Q.Quliyev küçəsində yerləşən unlu qənnadı məmulatları sexində ciddi qanun pozuntuları üzə çıxıb. Götürülən nümunələrin laborator müayinəsi nəticəsində məlum olub ki, mal əti adı altında təqdim edilən məhsulun tərkibində əslində at əti var. Mütəxəssis vurğulayır ki, at ətinin dadı mal ətinə çox yaxın olduğu üçün sıravi vətəndaşın yemək zamanı bu fərqi hiss etməsi demək olar ki, imkansızdır. Dad fərqi yalnız quzu və ya qoyun ətində kəskin hiss olunur, lakin digər hallarda yalnız laboratoriya cavabları son sözü deyə bilər.
“Laboratoriya yoxlanışı aparılmayınca bunu qəti şəkildə demək mümkün deyil. Ət bütöv halda satışa çıxarılanda müəyyən vizual əlamətlərə görə fərqləndirmə aparmaq olar. Məsələn, ətin rənginin tünd olması, yağ turşularının çoxluğu, sarımtıl çalara malik olması, liflərin sərtliyi kimi göstəricilər bəzi hallarda ipucu verə bilər. Lakin bu əlamətlər həm uzunqulaq, həm də at ətinə aid ola bilər və dəqiq nəticə sayılmır. Bu cür müəyyənləşdirmə yalnız ətin morfoloji xüsusiyyətlərini yaxşı bilən mütəxəssislər tərəfindən aparıla bilər. Qutab kimi hazır məhsulun içindəki qiymə ətə gəldikdə isə, laborator analiz olmadan onun at, dana, mal və ya qoyun əti olduğunu müəyyən etmək mümkün deyil. Dadına görə quzu və ya qoyun ətini müəyyən qədər hiss etmək olar. Ancaq at ətinin dadı mal ətinə çox yaxın olduğu üçün fərqi ayırd etmək çətindir”.
O bildirib ki, məsələnin ən ciddi tərəfi isə istehlakçının aldadılmasıdır:
“Əgər kimsə mal və ya dana əti adı altında at əti satırsa, bu artıq açıq-aşkar işbazlıqdır və qida təhlükəsizliyinə ciddi təhdiddir. Belə hallarda yalnız cərimə deyil, daha sərt inzibati tədbirlər də tətbiq olunmalıdır. Çünki bu cür şəxslər çirklənmiş, keyfiyyətsiz və sağlamlıq üçün təhlükəli ət satmaqdan da çəkinməyə bilərlər. At ətinin özü zərərli deyil və bəzi xalqlar tərəfindən istehlak olunur. Lakin Azərbaycan milli mətbəxində at əti ənənəvi məhsul hesab edilmir. Əgər at əti istifadə olunursa, bu, açıq şəkildə göstərilməli və istehlakçı məlumatlandırılmalıdır. Qutabın üzərində at əti qutabı kimi qeyd olunmalı, ətin haradan və hansı şəraitdə əldə edildiyi bəlli olmalıdır. Qida təhlükəsizliyi sahəsində işbazlığa yol verən şəxslərə qarşı ciddi nəzarət və sərt tədbirlər görülməlidir. Baytarlıq nəzarəti, Qida Təhlükəsizliyi Agentliyinin tələbləri və şəffaf satış mexanizmi olmadan bu cür məhsulların bazara çıxarılması yolverilməzdir”.
Məsələ ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə əlaqə saxladıq.
AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, alıcıların ət məhsullarını alarkən mənşəyi göstərən sənədi tələb etmək hüququ var:
“Alıcının tam hüququdur ki, ət məhsulunu aldığı zaman sənəddə harada kəsildiyi və mənşəyi barədə bütün məlumatlar göstərilsin. Eyni zamanda, ekspertiza aktına da baxmaq mümkündür. Hər hansı şübhə yarandıqda vətəndaşlar agentliyin qaynar xəttinə müraciət edə bilərlər. Mənşə ilə bağlı dəqiq məlumat yalnız AQTA-nın tabeliyindəki dövlət laboratoriyalarında aparılan sınaqlar nəticəsində müəyyən edilə bilər”. 
Leyla Turan
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:233
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 22 Yanvar 2026 16:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see321

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see304

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see289

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see244

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see243

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see240

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see235

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see224

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see222

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see209

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see207

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see203

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see203

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see200

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see191

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see175

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see173

“PƏLƏNG OT YESƏ, SAĞLAM QALA BİLƏR?”

18 Oktyabr 2026 01:29see171

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see168

Rusiya dizeli ilə yüklənmiş ilk tanker yola düşdü

18 Oktyabr 2026 00:00see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri