Icma.az
close
up
RU
Bakıda Yunanıstanın Milli Günü qeyd edilib

Bakıda Yunanıstanın Milli Günü qeyd edilib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Aprelin 3-də Bakıda Yunanıstanın Milli Günü qeyd edilib.

SIA xəbər verir ki, əvvəlcə hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Sonra Yunanıstanın Azərbaycandakı səfiri Xristos Kapodistrias açılış nitqi ilə çıxış edərək, Yunanıstan-Azərbaycan əlaqələri barədə danışıb. Diplomat bildirib ki, Azərbaycan müxtəlif sahələrdə Yunanıstanın uğurlu tərəfdaşıdır. Enerji sahəsində isə bu əməkdaşlıq strateji tərəfdaşlıq - müttəfiqlik səviyyəsinə yüksəlib. Trans-Adriatik Boru Kəməri (TAP) bu tərəfdaşlığın bariz nümunəsidir.

"Enerji sektorunda əməkdaşlığımız artıq uğur hekayəsidir. Cənub Qaz Dəhlizinin (SGC) həlledici hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) Avropanın enerji təchizatı problemində Azərbaycan qazını Avropaya nəql edən strateji infrastrukturdur və Yunanıstan üçün əhəmiyyətlidir. Bu layihə ölkəmizin təbii qaz idxalının təxminən 25 faizini təşkil edir ", - deyə səfir vurğulayıb.

Yunanıstan Xarici İşlər Nazirliyinin Baş katibi Dimitris Skalkos Yunanıstan-Azərbaycan əlaqələrinin həm dövlətlər, həm də xalqlar arasında uğurla inkişafı etdiyini və gələcəkdə daha da genişlənəcəyinə ümidvarlığını ifadə edib.

Azərbaycan hökuməti adından çıxış edən xarici işlər nazirinin müavini Elnur Məmmədov deyib ki, 33 illik əlaqələrə malik Azərbaycan-Yunanıstan əməkdaşlığı müxtəlif sahələrdə, o cümlədən iqtisadiyyat, enerji, nəqliyyat, elm və təhsil, mədəniyyət, turizm və digər sahələrdə inkişaf edib.

Diplomat bildirib ki, bu illər ərzində ölkələrimiz arasında müntəzəm olaraq yüksəksəviyyəli məhsuldar görüşlər keçirilib. Prezident İlham Əliyev ilə Yunanıstan Respublikasının Baş naziri Kiriakos Mitsotakis arasında keçən il COP29 çərçivəsində keçirilən görüş ikitərəfli münasibətlərimizin möhkəmləndirilməsində növbəti mühüm addım oldu.

"Biz ölkələrimiz arasında yüksəksəviyyəli siyasi dialoqu yüksək qiymətləndiririk. Qətiyyətlə inanıram ki, Azərbaycan Respublikası ilə Yunanıstan Respublikası arasında qarşılıqlı hörmətə əsaslanan ikitərəfli münasibətlər və əməkdaşlıq dövlətlərimizin, xalqlarımızın rifahı naminə bundan sonra da inkişaf edəcək", - deyə E.Məmmədov əlavə edib.

Sonda Yunanıstan milli musiqisinin səsləndirildiyi bədii hissə qonaqlara nümayiş etdirilib və furşet təşkil olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Aprel 2025 22:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see302

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see301

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see291

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see260

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see255

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see248

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see243

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see238

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see236

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see226

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see214

Yoxa çıxan avropalı müşahidəçilər: “təhlükəsizlik mütəxəssisləri” haradadırlar?

21 Oktyabr 2026 10:33see213

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see212

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see211

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see209

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see207

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see199

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see199

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see191

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri