Icma.az
close
up
RU
Bakıda Türkmənistanın Müstəqillik Günü qeyd edilib

Bakıda Türkmənistanın Müstəqillik Günü qeyd edilib

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakıda Türkmənistanın müstəqilliyinin 34-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil olunub.

525.az xəbər verir ki, əvvəlcə Azərbaycanın və Türkmənistanın Dövlət himnləri səsləndirilib.

Türkmənistanın ölkəmizdəki səfiri Qurbanməmmet Elyasov çıxışında bildirib ki, Türkmənistanın neytral statusu xarici siyasətinin əsasını təşkil etməyə davam edir və qlobal sabitliyin möhkəmləndirilməsində vacib bir vasitə olaraq qalır.

Səfir deyib ki, bu gün Türkmənistan-Azərbaycan münasibətləri qardaşlıq, qonşuluq və əməkdaşlıq prinsipləri üzərində qurulub. Bu münasibətlərin dərin kökləri var. Hər iki xalq ortaq mənşəyə, mədəniyyətə, dilə və qədim tarixi adətlərə malikdir. 30 il ərzində iki ölkə arasında münasibətlər daha da inkişaf edib və strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib. Hər iki qardaş dövlət regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini dəstəkləyir və ortaq maraqlar uğrunda əməkdaşlıq edir.

Səfir söyləyib ki, Azərbaycan və Türkmənistan arasında qurulmuş yüksək səviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərlik prinsiplərinə əsaslanır. Bu münasibətlər dövlət başçıları arasında qarşılıqlı hörmət və vacib siyasi məsələlərə koordinasiyalı yanaşma ilə dəstəklənir. Bu il həyata keçirilmiş yüksək səviyyəli səfərlərin uğurlu mübadiləsi ölkələrimiz arasındakı dostluq münasibətlərinə əsaslanan strateji tərəfdaşlığın sürətlə möhkəmlənməsinə əlavə təkan verib.

"Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov və Prezident İlham Əliyev tərəfindən ikitərəfli münasibətlərin gücləndirilməsinə göstərilən davamlı diqqət və qayğı bu münasibətlərin daha da dərinləşdirilməsi və ticarət-iqtisadi əlaqələrin inkişafı üçün əlavə təkan və stimul verir.

Ölkələrimiz arasındakı münasibətlər siyasi, iqtisadi, enerji, nəqliyyat və logistika, eləcə də mədəni və humanitar sahələrdə davamlı şəkildə inkişaf edir.

Bütövlükdə ölkələrimiz arasında xarici ticarət dövriyyəsi iki dəfədən çox artıb və bu, strateji tərəfdaşlığın sabit inkişafını nümayiş etdirir".

Diplomat əlavə edib ki, oktyabrın 13-də Azərbaycanda Türkmənistan Mədəniyyəti Günləri başlayacaq. Tədbirlər Gəncədə də keçiriləcək. Gələn ilin yazında isə Türkmənistanda Azərbaycan Mədəniyyəti Günlərinin keçirilməsi planlaşdırılır.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycan və Türkmənistanı ortaq tarix, mədəniyyət, etnik köklər, dil və din birləşdirir. Ölkələrimiz arasındakı qardaşlıq münasibətləri bizə birgə layihə və təşəbbüsləri uğurla həyata keçirmək üçün inamla irəliləməyə imkan verir.

Nazir deyib ki, dövlət başçıları arasındakı yüksək etimad, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəkləməsi, qlobal və regional məsələlər üzrə mövqelərin üst-üstə düşməsi tərəfdaşlığımızın inkişafında xüsusi əhəmiyyət kəsb edir. 

M.Cabbarov söyləyib ki, Azərbaycan Türkmənistanla iqtisadi əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. 

"Enerji sektorunda əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial mövcuddur. SOCAR Türkmənistanda perspektivli neft və qaz yataqlarının inkişafı layihələrində iştirak etməyə maraqlıdır. Azərbaycan və Türkmənistan arasındakı əməkdaşlıq Orta Dəhlizin effektivliyinin artırılmasında əsas rol oynayır. Bu marşrut üzrə tranzit daşımaların həcmi ilbəil davamlı şəkildə artır.

Hazırda Türkmənistanda müasir nəqliyyat infrastrukturu mövcuddur. Bu dəhlizdə yerləşən Azərbaycan isə dəniz limanının, dəmir yollarının və logistika mərkəzlərinin inkişafına böyük sərmayə qoyub. Səylərimizi birləşdirmək bütün regiona böyük fayda verəcək", - M.Cabbarov qeyd edib.

Nazir vurğulayıb ki, Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək yeni nəqliyyat dəhlizinin reallaşdırılması ölkələrin tranzit potensialını daha da artıracaq və regionun inkişafına öz töhfəsini  verəcək.

Pərvanə Sultanova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Oktyabr 2025 22:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri